Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə201/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   197   198   199   200   201   202   203   204   ...   303
Limfangiosarkoma - xronik limfatik ödemlə müşayiət olunur. Radikal mastektomiyadan 1-25 il sonra meydana gələ bilər. Amputasion şüa terapiyası məsləhət görülür. Beş illik yaşam faizi 9%-dir.

X fəsil. Radikal boyun disseksiyası
Bütün xərçənglər arasında baş-boyun nahiyəsi xərçənglərinin rastgəlmə tezliyi 6% təşkil edir. Bura ağız boşluğu xərçənglərı, dəri xərçəngləri, sümük mənşəli xərçənglər, tüpürcək vəilərinin xərçəngləri və qırtlaq xərçənləri daxildir.

Bu nahiyənin xərçəngləri XIX əsrin birinci yarısında müalicə edilməyə başlanmışdır ki, bunların da çox hissəsini qırtlaq xərçəngləri təşkil edirdi. XX əsrin ikinci yarısında Crile apardığı müşahidələrdə baş-boyun xərçənglərində uzaq metastazın 4500 xəstədən birində rast gəlindiyi, ölümün lokal yayılma nəticəsində baş verdiyini anladıqda boyunda nahiyəvi limfa düyünü disseksiyası aparmağa başlamışdır. O, limfa düyünü disseksiyası aparılan xəstələrin sadəcə birincili törəmə eksiziyası aparılan xəstələrdən 3 il daha çox yaşamasını müəyyən etmişdir.

XX əsrin 40-cı illərində inhalyasion anesteziya, antibiotiklər və qan transfuziyası istifadəyə başlandıqdan sonra daha böyük rezeksiyalar aparılmağa başlandı. Beləliklə dil, ağız əsası və qırtlaq xərçənglərinin müalicəsinə başlandı.

Hazırda limfa düyünlərinə metastaz vermiş baş-boyun xərçənglərində bu düyünlər çıxarlarkən yaxın əlaqələrinə görə bəzi anatomik strukturların çıxarılması da lazım olur. Bu əməliyyat radikal boyun disseksiyası adlanır. Radikal boyun disseksiyası aparılarkən birincili törəmənin lokalizasiyasına və histoloji tipinə görə variasiyalar tətbiq olunmalıdır. Bu variasiyalarda təməl prinsip şişli toxumanın limfatik drenajını təmin edən sistemin tamamilə çıxarılmasıdır.

Radikal boyun disseksiyasında çıxarılmalı olan strukturlar bunlardır :


  • Karotis qılafının ön hissəsi

  • Vena jugularis interna

  • M.omohyoid, m.stylohyoid, m.digastricus

  • M.sternocleidomastoideus

  • N.accessorius

  • N.hypoglossus

  • Submandibulyar üçbucaq və parotisin quyruq hissəsi

Əlavə olaraq geniş bir sahə əldə etmək üçün platysma (boyunun dərialtı əzələsi) kənar edilir və şiş, onunla əlaqəli limfa damarları və limfa düyünləri də kənarlaşdırılır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin