TNM təsnifatı4. Şiş hüceyrələri limfa damarları ilə regionar limfa düyünlərinə çatırlar. Əgər şiş hüceyrələri düyünə çatıbsa, palpasiyada hiss edilməsi üçün düyünün 1 sm ölçüyə qədər böyüməsi lazımdır. 1 sm ölçüyə çatan bir limfa düyünündə 109 şiş hüceyrəsi olur. Klinik olaraq düyün fiksasiya olunubsa, şiş hüceyrələri düyün kapsulasını keçib ətraf toxumaya invaziya olunur. Lakin bu, kapsulu keçən şiş hüceyrələrinə qarşı yaranan immun cavab nəticəsində ola bildiyi kimi ilkin törəmədəki yoluxmuş xoradan bakterial invaziya nəticəsində də ola bilər.
Hematogen yayılma inkişaf etmiş və ya təkrari residiv verən xəstələrdə müşahidə olunur. Şiş ən çox ağciyərlərə, sümüklərə və qaraciyərə metastaz verir. Bu səbəbdən də, inkişaf etmiş və residiv xəstələrdə mütləq döş qəfəsi rentgenoqrafiyası, ağrıyan sümük varsa, sümük rentgenoqrafiyası aparılmalıdır.
Dostları ilə paylaş: |