Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə203/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   199   200   201   202   203   204   205   206   ...   303
TNM təsnifat sistemi:

T - Birincili şiş:

T1 - 2 sm-dən az

T2 - 2-4 sm arası

T3 – 4 sm-dən böyük



N - Nahiyəvi limfa düyünü metastazı:

N0 - Yoxdur

N1 – İpsilateral

N2 – Bilateral və ya kontralateral

N3 – Fiksasiya olunmuş

M - Uzaq metastaz

M0 – Yoxdur

M1 – Mövcuddur

Mərhələ 1: T1N0

Mərhələ 2: T2N0

Mərhələ 3: T3N0 və T1 , T2 və ya T3N1 ilə birlikdə

Mərhələ 4: T1, T2 və ya T3N2 ; N3 ilə birlikdə və ya M1 olan hallar

Bu təsnifat sadəcə kodlaşdırma və statistika üçün deyil, eyni zamanda fərqli klinikalarda şiş müalicəsində əldə edilən nəticələrin qiymətləndirilməsində bir ümumilik yaratmaq məqsədilə istifadə edilir.

Mərhələyə görə müalicə sxemi aşağıda göstərilmişdir.

TNM təsnifatı


Birincili müalicə

Nahiyəvi limfa düyünü müalicəsi

Mərhələ 1

Şüa və ya cərrahi terapiya

Xəstə nəzarətdə olur

Mərhələ 2

Şüa + cərrahi terapiya, buna xemoterapiya da əlavə edilə bilər

Cərrahi + radioterapiya və ya sadəcə biri

Mərhələ 3



Şüa + Cərrahi terapiya + Xemoterapiya

Şüa + Cərrahi terapiya

Mərhələ 4

----------

----------

Göründüyü kimi mərhələ 1 istisna olmaqla bütün xəstələrdə radikal boyun disseksiyası edilməsinə göstəriş vardır. Kəllə əsasına invaziya, dəri limfa düyünlərində blokada və ya dərin strukturlara keçən bir fiksasiya varsa bunlar əməliyyat edilə bilməyən meyarlar kimi qiymətləndirilir.

Radikal boyun disseksiyası ediləcək xəstələrdə bir qayda olaraq traxeotomiya tətbiq olunmur. Lakin, çənə rezeksiyası edildikdə nazal və ya oral intubasiya şişi travmaya məruz qoyarsa, traxeotomiya tətbiq olunur. Traxeotomiya lokal anesteziya altında aparılır, sonra ümumi anesteziya edilir.

Əməliyyat təxminən 3 saat davam edir. Ağırlaşma inkişaf etməzsə qan köçürmə və traxeotomiyaya ehtiyac olmur. Xəstə 10 gün müddətində hospitalizasiya edilir. Əməliyyatdan sonrakı 1-ci gün ağızdan az-az maye verilməyə başlanır. 2-ci həftənin sonunda normal qidaya keçilir. Disseksiyadan sonra çökək bir boyun, boyun kələfi sahəsində sonradan geridönən bir hissiyat azalması, gözəçarpmayan bir çapıq, N.acceorius-un çıxarılması nəticəsində yaranan kürək sümüyünün aşağıda olması ilə əlaqədar olan oynaq deformasiyası yaranır.

Əməliyyatın başlanğıcında aparılan cərrahi kəsiklərin müxtəlif tipləri aşağıda göstərilmişdir.

Şəkil.... Boyunun cərrahi kəsikləri: (A) Mc Fee, (B) hockey-stick, (C) double opposing fleb.


Mc Fee kəsiyi ikiayaqcıqlı fleb olduğundan yaxşı qan təchizatı üstünlüyünə malikdir. Lakin görünüş sahəsinin məhdudluğuna görə disseksiyanı aparmaq olduqca çətindir.

Double-opposing flebdə disseksiya olduqca çətindir, üçbucaq fleb nekrozu inkişaf edə bilər. Xəstəyə əvvəllər şüa terapiyası tətbiq olunmuşsa, xüsusilə diqqət edilməli və ən azı 6-8 həftə sonra əməliyyat edilməlidir.

Hockey-stick kəsiyi yaxşı bir işləmə sahəsi yaratdığı kimi, flebin qidalanması nöqteyi-nəzərdən də problem yaratmır. Daha çox istifadə edilən kəsik formasıdır.

Radikal boyun disseksiyasının ən çox rast gəlinən ağırlaşmaları infeksiya, orofarinqokutanoz fistula, karotisin açılması (liqaturaya alınmasında 60% hallarda ölüm müşahidə olunur), limfodemdir. Lakin, aşağıda göstərilən bütün ağırlaşmalar müşahidə oluna bilər.



  1. Anatomik

  1. Sinir iflicləri

  1. Boyun kələfi

  2. N. frenicus

  3. N. vagus

  4. N. recurrens

  5. N. facialis (marginal mandibulyar şaxə)

  6. N. lingualis

  1. Ductus thoracis yaralanması


  1. Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin