XI Fəsil. Yanıqlar
Yanıqlar travmanın xüsusi bir forması olub, insanın yaranma tarixi qədər qədimdir. Yanıq travmasının vacibliyi ölüm faizinin çox olması ilə ifadə edilməyinə baxmayaraq uzunmüddətli müalicə, aparılan müalicənin bahalığı, müalicəyə baxmayaraq əmələ gələn deformasiyalar və qeyri-estetik nəticələr nəzərdən qaçmamalıdır. Çünki, yuxarıda göstərilənlər də ölüm faizi kimi vacib məsələdir.
Ölkəmizdə yanıqla əlaqədar dəqiq statistik məlumatlar yoxdur. ABŞ-da ildə 2.000.000 yanıq müşahidə olunur. Təqribən 70.000 xəstə geniş və dərin yanıqlarla hospitalizasiya olunur və 12.000 xəstə isə yanıq nəticəsində öldüyü bildirilir.
Dostları ilə paylaş: |