Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci


Avtomobilin hərəkət hissələrinin diaqnostikası



Yüklə 0,71 Mb.
səhifə41/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   52
Avtomobilin hərəkət hissələrinin diaqnostikası

Istismar prosesində avtomobilin hərəkət hissələri daha çox zərbələrə məruz qalırlar. Belə ki, çərçivənin uzununa və eninə tirləri əyilmə deformasiyasına uğrayır, aparılan təkərlərdə qurulma bucaqları tez-tez dəyişir, ressor vərəqlərinin elastikliyi itir, bolt və pərçim birləşmələri boşalır, şinlərin yeyilmə şiddəti artır, amortizatorların rəqsləri söndürmə qabiliyyəti azalır, avtomobilin idarə edilməsi çətinləşir və s. xoşa gəlməyən proseslər baş verir. Nəticədə uyğun olaraq çərmivənin tirlərində çatlar əmələ gəlir, ressor vərəqləri sınır, detallarda dinamiki qüvvələr və birləşmələrdə səslər yaranır, şinlərin protektor və karkas hissəsi dağılır, amortizatorlardan mayenin sızması müşahidə edilir, yanacaq sərfi artır. Bunlarda başqa hərəkət hissələrində dönmə yumruğunun şkvoreni və oymaqları, yastıqların oturacaq səthləri , minik avtomobillərində kürəli(yivli) barmaqlar və ekssentrik oymaqlar da yeyilmə yə məruz qalırlar.

Hərəkət hissələrində diaqnostikanın yerinə yetirilməsində məqsəd dövri olaraq- profilaktika və təmir xarakterli texniki təsirlər göstərmək şərtilə - şkvoren birləşmələrində araboşluğun qiymətini və təkərlərin toplarının yastıqlarında lüftü ölçmək, aparılan təkərlərdə qurulma bucaqlarının (təkərlərin razılaşma və razval bucaqları, yana-eninə və ya arxaya –uzununa maillik bucaqları , daxili və xarici dönmə bucaqları) qiymətlərini təyin etmək , şinlərin daxilindəki təzyiqi ölçmək , ressorların , amortizatorların, bolt və pərçim birləşmələrinin texniki vəziyyətlərini müəyyən etmək, nəhayət , gəkərlərin tarazlığını (balanslaşdırma) yoxlamaqdır.

Şkvoren birləşməsində radial və ox boyu araboşluğu ölçmək üçün indikatordan istifadə edilir. İndikatorla dönmə yumruğunun , şkvorenin qabaq oxda oturma müstəvisinə nəzərən yerdəyişməsi ölçülür. Ölçmə əməliyyatı həm təkərlərin asılmış, həm də döşəməyə dirənmiş vəziyyətlərində aparılır. Bu zaman ox boyu araboşluq yastı şupla ölçülür.

Şinlərin texniki vəziyyəti əsasən onların daxilindəki təzyiqin qiyməti ilə müəyyənləşdirilir. Şinlərdə təzyiq xüsusi manometrlə ölçülür. Şinlər üçün sıxılmış hava istehsal edən kompressor qurğuları stasionar və səyyar tipli olub 800...1100 kPa təzyiqinə uyğun olaraq 0,6...1,0 m3/dəq. məhsuldarlığına malikdirlər. Kompressor qurğusundan sıxılmış hava, təzyiqi avtomatik nizamlayan paylayıcı kalonka vasitəsilə verilir.

Aparılan təkərlərdə qurulma bucaqlarını ölçmək üçün stasionar stendlərdən və səyyar tipli cihazlardan istifadə olunur. İşləmə prinsipinə görə bu avadanlıqlar mexaniki, optiki, elektriki, hidravliki və optik-elektriki tipli olurlar. Bunlardan optik cihazlar geniş yayılmışdır.

Aparılan təkərlərdə qurulma bucaqlarını ölçmək üçün səyyar tipli hidravlik cihazlardan da istifadə olunur. Bunun üçün avtomobil horizontal səthdə saxlanılır, cihaz öz sıxıcıları vasitəsilə təkərin topuna bərkidilir. Vateqpas adlanan bu cihazla razval , şkvorenin eninə və uzununa maillik bucaqları xüsusi metodika ilə ölçülür.

Ressorların texniki vəziyyti vizual üsulla yoxlanılır. Onların sazlıq dərəcəsi ressor vərəqələrinin əyintisi ilə qiymətləndirilir. Əyintilərin normadan artıq olması vərəqələrin elastikliyinin pozulması və onların arasında sürtünmənin azalması ilə izah olunur.

Amortizatorların diaqnostikası onların avtomobil üzərindən çıxarılan və çıxarılmayan variantlarında yerinə yetirilir. Birinci halda amortizatorlar müxtəlif yol rejimlərini yarada bilən xüsusi avadanlıqla, ikinci halda isə onlar qaçış barabanları olan stendlərdə nəzərdən keçirilir. Bu halda təkərlərin yol şəraitindəki nahamarlıqlarını təmin etmək məqsədilə barabanların üzərinə müxtəlif hündürlüklərə (20-30mm) malik çıxıntıları olan elementlər bərkidilir. Barabanların işləmə rejimində təkərlərin hərəkəti asqılara verilir, təkərlərin və kuzanın rəqslərinin ölçülərinə görə amortizatorların texniki vəziyyəti haqqında mühakimə yürüdülür.

İstismar zamanı avtomobilin texniki vəziyyətinə təsir edən amillərdən biri də təkərlərdə tarazlığın təmin edilməməsidir. Tarazlığın pozulması yüksək sürətlərdə müvazinətsiz mərkəzdənqaçma qüvvələrinin əmələ gəlməsinə səbəb olur. Bu qüvvələr yastıqda dinamiki yüklər yaradır, hərəkət hissələrində detalların yeyilməsini sürətləndirir, qabaq oxda qurulma bucaqlarının qiymətlərini dəyişir.

Təkərlər üçün adətən statiki və dinamiki disbalans təyin edilir. Statiki disbalans təkərin tarazlaşmayan kütləsinin ağırlıq qüvvəsinin onun fırlanma oxuna nəzərən alınan momentə görə təyin edilir. Disbalans təkərin materialının onun elementləri arasında qeyri-bərabər paylanması nəticəsində yaranır. Təkərlətin işi fırlanma hərəkəti fırlanma hərəkəti ilə əlaqədar olduğundan onun tarazlığı dinamiki disbalans yerinə yetirildikdən sonra bərpa edilir. Fırlanma zamanı təkərlərdə əmələ gələn mərkəzdənqaçma qüvvələri onları fırlanma səthinə nəzərən döndərməyə çalışır. Bunlar şinlərlə yolun toxunma səthi arasında sürüşmənin əmələ gəlməsinə səbəb olur, protektorun yüksək sürətlə yeyilməsi üçün şərait yaradır.

Statiki və dinamiki disbalansı təyin etmək üçün ANM-də müxtəlif balanslaşdırıcı dəzgahlardan istifadə edilir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin