Azərbaycan tarixi


Azərbaycan SSR 1980-ci illərin ikinci yarısı-1990-cı illərin əvvəl­lərində



Yüklə 0,62 Mb.
səhifə240/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   236   237   238   239   240   241   242   243   ...   269
Azərbaycan tarixi mühazirə

21.5.Azərbaycan SSR 1980-ci illərin ikinci yarısı-1990-cı illərin əvvəl­lərində
Ərazisinə görə Yer kurəsinin altıda birini təşkil edən Sovet Sosialist Res­publikaları İttifaqında 1980-ci illərdə iqtisadi, siyasi və ideo­loji böhran baş­ladı. Bu böhran vəziy­yə­tinin həm daxili, həm də xarici səbəbləri vardı.
1985-ci ilin aprelində Sov.İKP MK-nın Plenumunun qərarı ilə Sovet dövlətində rəh­bərliyə M.S.Qorbaçov gətirildi. M.S.Qorbaçovun, partiya, dövlət rəhbərliynin təşəb­büsü ilə ölkənin iqtisadi əsaslarının, siyasi quruluşunun və mənəvi mühitinin yeniləş­dirilməsi prosesi başlandı və bu siyasət “yenidən­qurma” siyasəti adlandırıldı.
M.S.Qorbaçovun fikrincə, yenidənqurma siyasəti nəticəsində «sosia­lizm yaxşı­laş­dırilmalı», nəhayət ki, “insan sifətli sosializm” (социализм с человеческим лицом) qurulmalı idi.Bu vəzifəni yerinə yetirmək üçün Sov.İKP-nin «partiya» kimi hegemonluğuna son qoy­maq, təkpartiyalı sistemdən çox­partiyalı sistemə keçidi təmin etmək, kommunist partiyasının cəmiyyətdəki rolu və yerini önəmli şəkildə zəiflətmək tələb olunurdu.
Bütün sadalanan vəzifələrin həyata keçirilməsi kommunist partiyasının funda­mentalist qanadını neytrallaşdırmadan mümkün deyildi. Kommunist siyasi-təbliğatını zəiflətmək və kəskin ideoloji durumu aradan qaldırmaq üçün «daha cox sosializm» şuarından, “Ümumavropa Evi” və “ümumbəşəri dəyərlər” ideyaları irəli sürüldü.
İctimai-siyasi sahədə dəyişikliklər aşkarlıq siyasətinin həyata kecirilməsilə başladı. Senzura çökdü və yeni qəzetlərin nəşrinə icazə verildi. Bu, əhalinin ixti­yari fəallığının böyük bir dalğasını doğurdu. Yenidənqurmanı müdafiə edən çoxsaylı ictimai birliklər meydana çıxdı. Sürətləndirmə ideyası əhalinin müxtəlif təbəqələri arasında həm razılıq, həm də etirazlarla qarşılandı. Yeni kursun əleyhdarlarına partiya-dövlət aparatı işciləri arasında da rast gəlinirdi. Yeni­dənqurmanın vəzifələrinin reallaşdırılması ücün partiya və sovet rəhbərlərinin bir hissəsinin əvəzlənməsi həyata kecirildi.
Sov.İKP-nin XXVII qurultayı (1986-cı ilin fevralı) ölkə rəhbərliyi tərə­findən başlan­mış iqtisadiyyatda sürətləndirmə, siyasi qurumların işinin forma və metodlarının yeniləş­məsi kursunun düzgünlüyünü təsdiq etdi. Əvvəllər olduğu kimi, bu kurs yenə də sosialist cəmiyyətinin təkmilləşdirilməsi vəzifəsinin həllilə əlaqələndirilirdi. 1980-ci illərin sonla­rında dəyişikliklər dövlət hakimiyyəti qurum­larına da şamil edildi. Bunun başlan­ğıcını XIX Ümumittifaq partiya konfransı (1988-ci ilin iyulu) qoydu. Konfransda yenidən­qurmanın tərəfdarları ilə əleyhdarları arasında ölkənin inkişaf məsələsi və onun vəzifələrilə bağlı sərt ideya mübarizəsi başlandı. Nümayəndələrin çoxu M.S. Qorbacovun iqtisadi isla­hat­lara başlanması və cəmiyyətin siyasi sisteminin dəyişdirilməsi zərurəti barədə fikirlərini müdafiə edirdi.
1986-cı ildə Cernobıl AES-dəki qəza oldu. Qəza barədə məlu­mat əhaliyə və dünya ictimaiyyətinə gec çatdırıldı. Bu isə fəlakətin nəticə­lərinin qlobal xarakter almasının səbəblərindən biri oldu.Cernobıl AES-dəki qəza iqtisadi islahat xəttinin qəbul edilməsini (1987-ci il) sürətləndirdi. Onun əsas istiqaməti inzibati - amirlikdən bazar iqtisa­diyyatına keçiddən ibarət idi.
Şərqi Avropada ortamənzilli sovet raketlərinin yerləş­dirilməsi, 1979-cu ildə sovet qoşununun Əfqanıstana daxil olması, sovet dövlətinə qarşı hazırlanan hərbi proqrama qarşı cavabın hazırlanması da Sovet cəmiyyətinin tənəzzülünü sürətləndirdi.
Sov. İKP MK-nin Baş katibi M.S.Qorbaçov 1988-ci ildə həm də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri oldu. 1989-cu ildə ölkədə xalq deputatlarının çoxmandatlı sistem əsasında ilk seçkiləri keçirildi.
Fərdi əmək fəaliyyətinə və bir sıra malların istehsalı üzrə koope­rativlərin yaradılmasına icazə verildi. Müəssisələr plandan əlavə istehsal etdikləri məh­sulu müstəqil satışa cıxarmaq imkanı əldə etdi. Lakin iqtisadiyyatda bazar mexanizmlərinin olmaması bu müddəanın həyata kecirilməsi yolunda cətinliklər yaradırdı.
İqtisadi islahatlar SSRİ-nin xalq təsərrüfatında vəziyyətini yaxşı­laşdırmadı. 1989-1990-cı illərdə sənaye məhsullarının artım tepm­ləri kəskin şəkildə aşağı düşdü. 1980-cı illərin sonlarında SSRİ-də nəinki iqtisadiyyatın artım sürəti azalmışdı, eyni zamanda 1990 - 1991-ci illərdə milli sərvətlər «yeməyə sərf edilirdi», dövlət büdcəsinin kəsiri ildən ilə böyüyürdü, işsizliyin səviyyəsi artırdı. Rəsmi məlumatlara görə, 1990-cı ilin əvvəlində ölkə üzrə işsizlərin sayı 6 mln. nəfərə catmışdı.
Demokratikləşmə və aşkarlıq siyasəti, mətbuatda əvvəlki qadağa və məh­dudiy­yətlərin ləğvi Sövet dövləti və Sov.İKP-nin bütün institutlarının ünvanına yönəldilən tənqid dalğası yaratdı. Sov.İKP kadrlarının önəmli hissəsinin sosializm ideyalarına qarşı çıxması partiyanın müqavimət gücünü zəiflətdi, marksizm-leninizmin ideolo­giyasına inananların sayı kəskin azaldı. 1990-cı ilin martında SSRİ Konstitusiyasında Sov.İKP-nin cəmiyyətdə aparıcı rolu barədə 6-cı maddə ləğv edildi.
Tezliklə Baltikyanı respublikalarda, Azərbaycanda, Gür­cüs­tanda və Ukray­nanın qərb bölgələrində həm ziyalıların, həm milli dövlər kadrlarının, həm də adi vətəndaşların bir qisminin müstəqilliyə can atdıqları üzə cıxdı.1989-cu ilin avqust-sentyabr aylarında Baltikyanı respublikalarda nümayişlər başlandı. Nümayişcilər öz respublikalarının SSRİ-nin tərkibindən cıxmasını tələb edir­dilər.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin