Azərbaycan tarixi


Cənubi Azərbaycan 1947-1980-cı illərdə



Yüklə 0,62 Mb.
səhifə244/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   240   241   242   243   244   245   246   247   ...   269
Azərbaycan tarixi mühazirə

21.6.Cənubi Azərbaycan 1947-1980-cı illərdə.

1941-1946-cı illərin milli-azadlıq hərəkatı yatırıldıqdan sonra İranda şah rejimi 1947-1949-cu illərdə Cənubi Azərbaycanda yüzlərlə şəxsləri güllələdilər, minlərlə insan sür­gün edildi. Həmin dövrdə Cənubi Azərbaycanda görünməmiş bir qıtlıq, dərin bir iqtisadi böhran hökm sürürdü.İctimai-iqtisadi sahədə mövcud olan əsas problemlər neft səna­yesində ingilis şirkətlərinin ağalığına son qoymaq və neft səna­ye­sinin milliləşdirilməsi, aqrar məsələnin həll olunması (torpağın kənd­li­lərə paylanması) və ölkənin ictimai-siyasi həyatının demokra­tikləş­məsi (siyasi qadağaların ləğv edilməsi) idi. 1948-ci ilin payızında Cə­nubi Azərbaycanın bir sıra kəndlərində kəndlilərlə mülkədarlar arasında münaqişələr baş verdi, nəticədə onlar məhsul bölgüsündə öz paylarının artırıl­masına nail oldular. 24 oktyabr 1949-cu il tarixdə İran məclisinə seckilər zamanı Milli Cəbhə yara­dıldı. O, İngiltərə-İran Neft Şirkətinin milliləşdirilməsi uğrunda hərəkata rəh­bər­lik edirdi. 1951-ci ildə demokratik millətçi Məhəmməd Mossadiq İranda yaranmış olan vəziyyətə qarşı qalxdı və Baş nazir seçildi. Baş nazir kimi o ölkənin neft sərvətlərinə nəzarəti ələ keçirməyə və Anqlo-İran Neft Kampaniyasını (indiki BP) milliləşdirməyə çalışırdı. Onun bu istiqamətdə cəhdləri Qərbi narahat etməyə başladı. Mossadiq beynəlxalq siyasətdə İranın "neytral­lığını" qorumağa çalışırdı. Bunun cavabında isə Britaniya İrana embarqo qoydu. Tezliklə Amerika Birləşmiş Ştatları da Britaniyaya qoşuldu. Nəticədə, 1953-cu il avqustun 19-da ölkədə çevriliş oldu - Nazirlər Kabineti qovuldu, Mossadiq həbs edildi, Milli Cəbhənin fəaliyyəti qadağan edildi. Şah Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın dəstəyi ilə ölkəyə qayıtdı.


1950-ci illərin xalq hərəkatının müsbət nəticəsi o oldu ki, neft sənayesində ingilis şirkətlərinin ağalığına son qoyuldu. Ancaq neft səna­yesi milliləşdirilmədi, aqrar məsələ həll olun­madı və bu yeni kəndli cıxışlarına səbəb oldu. Ölkənin ictimai-siyasi həyatında olan ziddiyətlər həll olunmadı. İranın ən böyük aqrar rayonlarından biri olan Cənubi Azər­baycanda sosial-siyasi və iqtisadi böhran kəskinləşdi. 1961-ci ilin payızında milli burjuaziyanı təmsil edən «Milli Cəbhə» yenidən fəallaş­dı. Ölkədə siyasi mübarizə kəskin­ləşdi.İnkişaf üçün böyük imkanlara malik olmasına baxmayaraq, 1960-cı illərin əvvəl­lərində Cənubi Azər­baycan iqtisadi cəhətdən İranın geridə qalmış bölgələrindən biri idi. Şah burada inkişaf planını həyata kecirməyə calışmır, bu cətinliyi «ölkənin şimali-qərbində» etnik və dil fərqlərinin möv­cudluğu»nda görürdü.1961-ci ilin yaz və yayında demokratik azadlıqlar uğrunda tələbə hərəkatı başlandı. Tələbələr milli siyasətə qayıdış, məclisə azad seckilər tələb edirdilər. 1962-ci ilin yanvarında Təbriz və Şirazda tələbə mitinqləri baş verdi. Malika­nələr yandırılır, yerli hökumət dairələrinə qarşı hərəkat artırdı. Şah rejimi yaranmış təhlükənin qarşısını almaq ucun «yuxarıdan islahatlar kecir­mək” yolunu secdi. Qan axıdılmadan həyata kecirilən bu islahatlar «ağ inqilab» adlandırıldı.
1962-ci ildə başlanmış «ağ inqilab»ın strateji məqsədləri ölkənin kapitalist inkişafını sürətləndirməkdən, İranı inkişaf etmiş sənaye və aqrar-sənaye ölkəsinə cevir­məkdən və ölkədə savadsızlığın ləğv edil­mə­­sindən ibarət idi. 1963-cü ilin 26 yan­varında İslahatlar üçün qanun layihəsi Ümumiran referen­dumunda xalq tərəfindən təsdiq edildi. 1962-ci ilin yayında A.Əmini istefaya gedəndən sonra A.Aləm hökuməti şahın sərəncamı ilə 6 qanun layihəsi hazırladı.Onların məzmunu aşağı­dakılardan ibarət idi: 1) bütün ölkədə torpaq islahatının kecirilməsi; 2) meşələrin milliləşdirilməsi; 3) torpaq islahatını maliy­yələşdirmək üçün dövlət zavodlarının və fabriklərinin satılması; 4) məclisə seckilərin kecirilməsi qaydasının dəyiş­dirilməsi; 5) işcilərin müəssisələrin gəlir­lərinin bölüş­dürülmə­sində iştirakı; 6) kənd yerlərində savadsızlıqla mübarizə üçün "Maarif korpu­sunun" yaradılması.
"Ağ inqilabın" əsasını torpaq islahatı təşkil edirdi və aqrar islahat haqqında qanun hələ 1962-ci ilin yanvarında qəbul edil­mişdi. Aqrar islahat 3 mərhələdə həyata keçirildi. Aqrar islahatın birinci mərhələsi 1962-ci ilin martından 1963-cü ilin sonunadək, ikinci mərhələ 1964-1969-cu illərdə və üçüncü mərhələ 1970-1974-cü illərdə həyata keçirilmişdir.
Torpağın bölüşdürülməsi Marağa rayonundan və Azər­baycan ostanlarının başqa rayonlarından başladı. Kənd təsər­rüfatında kapitalist sisteminin bərqərar olması müəyyən mənada mütərəqqi idi, çünki İranda buna qədər feodalizm münasibətləri hökm sürürdü. Amma islahatın ancaq mülkədar və kapitalist zümrənin marağında keçirilməsi, geniş kəndli kütləsinə çox baha başa gəldi. Xüsusi ilə kənd icmasının düşün­mədən dağıdılması kəndlilərin böyük şəhərlərə üz tutmasına səbəb oldu. Sürətli urbanizasiya ölkədə kəndlə şəhər arasında əhalinin qeyri-bərabər bölüşdürülməsinə gətirdi. Öz kəndlərindən və deməli adət etdikləri patriarxal həyat tərzindən belə tezliklə ayrılan kəndlilər, sürətli moder­nizasiyaya tab gətirə bilmədilər. Aqrar islahatın sosial effekti partlamaq ərəfəsində olan kəndli həyəcanlarının qarşısını almaqdan ibarət oldu. İqtisadi nəticələr isə sosial nəticələrə nisbətən cox da böyük olmadı. Cənubi Azərbaycanda kənd təsərrüfatının əsas sahələri əkincilik və heyvandarlıq idi. 1960-1970-ci illərdə bu struktur əsaslı şəkildə dəyişmədi.
“Ağ inqilab” islahatları Pəhləvi monarxiyasının ömrünü uzatsa da, onun uzun­müddətli sürəkliyini təmin edə bilmədi. İslahatlar İranın modernləşməsi baxımından önəmli mərhələ oldu, amma özü ilə bərabər yeni ziddiyyətlər gətirdi. 1973-cü ildən sonra İranın neft ixracından əldə etdiyi gəlirlərin dəfələrlə artmasına baxmayaraq, bu gəlirlər siyasi-iqtisadi sabitliyə deyil, ziddiyyətlərin dərinləşməsinə xidmət etdi. Nəticədə, müxalif ruhanilər xalqın bu narazılığından istifadə edib 1979-cu ildə Məhəmməd Rza Pəhləvini devirdilər.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin