Биринҹи фәсил


OTUZUNCU FƏSİL BOŞANMA VƏ İRS



Yüklə 2,31 Mb.
səhifə169/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   165   166   167   168   169   170   171   172   ...   175

OTUZUNCU FƏSİL

BOŞANMA VƏ İRS

BOŞANMANIN ÇİRKİNLİYİ


Boşanma öz-özlüyündə yaxşı məsələ deyil. Talaq olduqca çirkin, Peyğəmbər (s) və imamların (ə) nifrətinə səbəb olan bir işdir. Boşanmaya, yalnız şəri səbəb üzündən olduqda haqq qazandırmaq olar.

Həva-həvəs üzündən olunan boşanma insaniyyətə zidd, şəri hökmlərlə, insanların şəxsiyyəti ilə oynamaq deməkdir.

Bu fəsildə öncə boşanma məsələsinə aid mühüm rəvayətləri diqqətinizə çatdıracaq, sonra isə bu məsələ haqqındakı Quran ayələrini və Quranın boşanmaya olan baxışını araşdıracağıq.

Hacı Səbzivari «Şərhe-məsnəvi» kitabında məsumlardan belə bir rəvayət nəql edir: «Allah-təala yer üzərində qul azad etməkdən sevimli və boşanmaqdan pis şey yaratmamışdır».

Həzrət Peyğəmbər (s) buyurur: «Allahın halal buyurduqları arasında boşanmadan çox acığı gələn şey yoxdur»;1 «Allah-təala qadını əyləncə sanan kişiləri, kişini əyləncə sanan qadınları və hər an boşanmaq ardınca olanları sevmir».2

İmam Baqir (ə) buyurur: «Həqiqətən, Allah hər bir boşayanın düşmənidir. Hansı ki, qadını və ya kişini bir əyləncə sanır».3

İmam Sadiq (ə) buyurur: «Allah toy olan evi sevir, boşanma olan evi isə sevmir».4

Həzrət Peyğəmbər (s) bir kişiyə buyurdu:

- Həyat yoldaşın nə etdi?

Kişi dedi:

- Onu boşadım.

- Heç bir səbəb olmadanmı?

- Bəli, səbəbsiz.

Həmin kişi yenidən ailə qurdu. Peyğəmbər (s) onu gördükdə evlənib-evlənmədiyini soruşdu. Kişi evləndiyini bildirdi. Həzrət (s) buyurdu: «Həyat yoldaşın indi necədir?» Kişi «Onu boşadım»-deyə bildirdi. Həzrət (s) səbəbini soruşduqda, kişi «Heç bir səbəb olmadan»-deyə cavab verdi.

Həmin kişi yenə də evləndi. Həzrət (s) onu gördükdə yenə evlənib-evlənmədiyini soruşdu və kişi evləndiyini bildirdi. Rəsulullah (s) «İndi arvadın nə edir?» buyurduqda, kişi dedi: «Onu boşadım». Həzrət (s) «Heç bir səbəb olmadanmı?»-deyə soruşdu. Kişi yenə də Peyğəmbərin sualına «Bəli» deyə cavab verdi. Bu dəfə Həzrət (s) buyurdu: «Allah-təala qadını əyləncəyə çevirən kişiyə və ya kişini əyləncəyə çevirən qadına lənət edir».1


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin