«f a t I h ə» s u r ə s I (1)


«Qarışqalar» surəsi (27) 14 -22 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə171/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   167   168   169   170   171   172   173   174   ...   325

«Qarışqalar» surəsi (27) 14 -22 -ci ayətlər

(14).Və öz nəfslərində ona yəqinlikləri olsa da, dandılar onu zülmlə və təkəbbürlüklə. Nəzər sal necə oldu aqibəti fəsad edənlərin! (15).Əlbəttə, əta etdik Davuda və Süleymana elm. Dedi: «Həmd Allah üçündür – Odur ki, fəzilətli etdi bizi inanan bəndələrinin əksəriyyəti üzərində!» (16).Və Süleyman varis idi Davuda və dedi: «Ay insanlar! Öyrədildi bizə quşların nitqi və əta olundu bizə külli şeylərdən! Həqiqətən, bu, aşkar fəzilətdir!» (17).Toplandı Süleyman üçün cinlərdən və insanlardan və quşlardan olan qoşunu və onlar cərgə ilə düzüldülər. (18).Ta onda ki, yetişdilər qarışqalar vadisinin üzərinə, ana qarışqa dedi: «Ay qarışqalar! Daxil olun məskənlərinizə ki, Süleyman və onun qoşunu bilmədən sizi ayaq altında əzməsin!» (19).O, təbəssüm etdi gülərək onun sözündən və dedi: «Rəbbim, öyrət mənə şükr edim Sənin nemətinə, hansı ki, nemət verdin mənə və mənim valideynlərimə və ondan ötrü ki, əməllərimi islah edim, hansı ki, Sən ondan razı olasan və daxil et məni Öz rəhmətinə, saleh bəndələrinin içərisində olan halda!». (20).Və başladı quşu axtarmağa və dedi: «Nə üçün hudhudu görmürəm? Yoxsa qeybdə olanlardan oldu? (21).Mən əzab edərəm onu şiddətli əzabla, ya kəsərəm onu, ya da o mənim yanıma aşkar sultanlıqla gələr». (22).Bir azdan o gəldi və dedi: «Mən öyrəndim onu ki, sən bilmirsən və gəldim sənə Səbadan yəqin xəbərlərlə.




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin