«f a t I h ə» s u r ə s I (1)


«Əraf» surəsi (7) 74 -81 –ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə69/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   65   66   67   68   69   70   71   72   ...   325

«Əraf» surəsi (7) 74 -81 –ci ayətlər

(74).Zikr edin, onda ki, O sizi xəlifə etdi Addan sonra və ərzdə sizi yerləşdirdi ki, onun düzündən qəsirlər saldırıb və dağlarında ev tikəsiniz. Zikr edin Allahın nemətlərini və səy etməyin ərzdə fəsad etməyə!» (75).Onun qoumundan o kəslər ki, təkəbbürlü idi böyükləri, onlardan olan inanan zəiflərə dedilər: «Ə, Salehin Rəbbi tərəfindən göndərilmiş olduğunu bilirsinizmi?» Dedilər: «Həqiqətən, biz o, nə ilə göndərilib, inanırıq!» (76).O kəslər ki, təkəbbürlü idilər, dedilər: «Həqiqətən, ona ki, siz inanırsınız, biz kafirik!» (77).Dəvəni tutub kəsdilər və Rəblərinin əmrinə qarşı çıxıb, dedilər: «Ay Saleh! Əgər mürsəllərdənsən, verdiyin vədi gətir bizə!» (78).Onları bərk titrəyiş tutdu və sübh etdilər öz diyarlarında üzləri üstə düşüb qalmış halda. (79).Onlardan üz döndərdi və dedi: «Ay qoumum! Mən sizə Rəbbimin risalətini təbliğ etdim və sizə nəsihət etdim və lakin siz nəsihət edənləri sevmirsiniz!» (80).Və Lutu! Onda qoumu üçün dedi: «Ə, o fahişəliyimi edirsiniz, hansı ki, sizdən qabaq aləmlərdən heç kəs etməyib?» (81).Həqiqətən, siz qadınlardan başqa, şəhvətlə kişilərin üstünə gəlirsiniz. Bəli, siz israf edən qoumsuz!



«Əraf» surəsi (7) 82 -87 –ci ayətlər
(82).Olmadı onun qoumunun cavabı, ancaq ki, dedilər: «Xaric edin onları kəndinizdən. Həqiqətən, onlar paklığa can atan insanlardır!» (83).Biz nicat verdik ona və əhlinə onun, ancaq arvadından başqa ki, qalanlardan oldu. (84).Biz onların üzərinə yağış yağdırdıq. Nəzər sal necə oldu aqibəti cərimə olunmuşların! (85).Mədyənə tərəf - onların qardaşı Şueybi. Dedi: «Ay qoumum! Allaha ibadət edin. Sizin üçün Ondan qeyri İlahi yoxdur. Sizə Rəbbinizdən bəyanat gəldi. Vəfalı olun ölçüdə və mizanda və insanların əşyalarını əskiltməyin və ərz islah olduqdan sonra orada fəsad etməyin. Bu, sizin üçün xeyirdir, əgər oldunuz inananlar! (86).Əyləşməyin küllisilə yolun iman gətirənləri qorxudaraq və Allah yoluna sədd çəkərək və onu əyməyə çalışaraq. Zikr edin onda siz az idiniz və O sizi çoxaltdı. Nəzər salın necə oldu aqibəti fəsad edənlərin! (87).Əgər sizdən bir tayfa mənimlə göndərilənə inanıb və bir tayfa isə inanmayıbsa və səbr edin, ta hökm etsin Allah bizim aramızda. O hakimlərin ən xeyirlisidir!»


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin