Sionist işğalçılığının üç təməli
Sionistlərin Fələstinə qarşı bu işğalçılığının üç təməli vardı:
Bir təməli ərəblərə qarşı qəddarlıqdan ibarət idi. Onların əsl sahiblərlə rəftarları daşürəkli, şiddətli və çox kobud rəftar idi; bunlarla heç cür yola getmirdilər.
İkinci təməl dünyanın ümumi rəyini aldatmaq idi. Dünyanın ümumi rəyini aldatmaq qəribə məsələlərdən biridir. Onlar yəhudilərin əlində olan bu sionist informasiya vasitələri ilə o qədər yalan dedilər ki, həmin yalanlara görə bəzi yəhudi kapitalistlərini tutdular. Çoxları da onların yalanlarına inandılar. Hətta özümüz gənclikdə bir müddət çox sevdiyimiz insan və insanlar növündən bu fransalı ictimai filosof və yazıçını - Jan Pol Sartrı da aldatdılar. Jan Pol Sartr bir kitab yazmışdı. Mən otuz il öncə onu oxudum. Yazmışdı: "Torpaqsız xalq, xalqsız torpaq"! Yəni yəhudilər torpağı olmayan xalq idilər. Onlar xalqsız torpaq olan Fələstinə gəldilər. Xalqsız nə deməkdir? Orada bir xalq vardı və işləyirdi; çoxlu dəlillər var. Bir xarici yazıçı deyir ki, bütün Fələstin torpaqlarında göz işlədikcə uzanan yaşıl dəniz kimi buğda tarlaları vardı. Xalqsız torpaq nə deməkdir? Dünyaya belə göstərdilər ki, Fələstin xaraba qalmış, boş qalmış və buraxılmış bir yer idi, biz gəlib buranı abadlaşdırdıq. İctimai rəyə yalan söyləmək budur! Həmişə özlərini məzlum göstərməyə çalışırdılar; indi də belədir. Bu Amerika jurnallarında, məsələn Taym və Nyusvikdə - mən hərdən bunlara baxıram - əgər bir yəhudi ailəsinə qarşı ən kiçik hadisə baş versə, öldürülənin şəklini, təfsilatını, yaşını və uşaqlarının məzlumluğunu böyüdürlər. Lakin işğal olunmuş Fələstində və Livanda fələstinli gənclərə, fələstinli ailələrə, fələstinli uşaqlara və fələstinli qadınlara qarşı yüzlərlə və minlərlə qəddarlıq nümunəsi baş verir, amma ən kiçik işarə belə etmirlər.
...İndi də sionizmin əsas məqsədi Böyük İsrail yaratmaqdır. Əlbəttə, bu günlər bunun adını az çəkirlər, onu gizlətməyə çalışırlar. Yenə də ictimai rəyi aldadırlar. Nə üçün? Çünki indiki mərhələdə özlərinin ekspansionist məqsədlərini gizlətməyə ehtiyacları var.
Üçüncü təməl də dəm-dəsgah, müzakirə və özləri demiş, lobbidir; otur bu hökumətlə, o şəxsiyyətlə, o siyasətçi ilə, o ziyalı ilə, o yazıçı ilə, o şairlə söhbət et və anlaş. Bunların işinin indiyədək üç təməli olmuşdur. Bu hiylə və kələklə bu ölkəni tuta bilmişlər. Xarici qüvvələr də bunların yanında olmuşdur. Əsas İngiltərə idi. Millətlər Təşkilatı və ondan öncə müharibədən sonra dırnaqarası sülh məsələləri üçün yaradılan Millətlər Cəmiyyəti bəzi yerlər istisna olmaqla həmişə bunları müdafiə etmişdir. Həmin 1948-ci ildə Millətlər Cəmiyyəti bir qətnamə qəbul edib dəlilsiz və səbəbsiz olaraq Fələstini böldü. Dedi ki, Fələstin torpaqlarının 57 faizi yəhudilərə məxsusdur. Halbuki ondan öncə Fələstin torpaqlarının təxminən beş faizi bunlara məxsus idi. Onlar da dövlət qurdular və sonra da müxtəlif hadisələr - kəndlərə, şəhərlərə, evlərə və günahsızlara hücum başlandı. Düzdür, ərəb hökumətləri də səhlənkarlığa yol verdilər. Bir neçə müharibə baş verdi. 1967-ci il müharibəsində israillilər Amerikanın və digər dövlətlərin köməyi ilə Misir, Suriya və İordaniyanın bəzi hissələrini ələ keçirə bildilər. Sonra 1973-cü ildə bunların başlatdığı müharibədə yenə də o qüvvələrin köməyi ilə müharibənin nəticəsini öz xeyirlərinə tamamlayıb digər yerləri ələ keçirə bildilər.
Dostları ilə paylaş: |