Sionistlərin əvvəldən təbliğat üsulu: özünü məzlum göstərmək
Sionistlər işlərinin əvvəlindən informasiya və təbliğat vasitələrinə sarı getdilər. Onların siyasətlərindən biri dünyanın təbliğat vasitələrini ələ keçirmək idi. Bu gün belədir. Onlar əvvəldən bir təbliğat fəndi seçdilər. Bu çox əhəmiyyətli və təyinedici idi; bu günə qədər də təsirli olmuşdur. Bu təbliğat fəndi özlərini məzlum göstərməkdən ibarətdir. Özlərini məzlum göstərmək üçün çoxlu dastanlar və əfsanələr quraşdırıldı, xəbərlər düzəldildi, dayanmadan səylər göstərildi. Bu gün qəddarlığın zirvəsində ola-ola həmin təbliğat yenə də davam edir. Yəni yenə də təbliğat dünyasında sionistlərin ən mühüm işi özlərini məzlum göstərməkdir. Bunlar yəhudilərin psixoloji nigaranlıq məsələsini ortaya atıb dedilər ki, yəhudilər uzun əsrlər boyunca təzyiq altında olublar, psixoloji cəhətdən nigaranlığa düçar olublar və psixoloji sabitliyə ehtiyacları var. Sionistlər Qərb ölkələrinin başçıları ilə və sonralar İslam və ərəb ölkələri ilə müzakirələrində psixoloji sabitlik məsələsini irəli sürüb dedilər ki, bizim psixoloji sabitliyə ehtiyacımız var və bu təmin olunmalıdır. Bu psoxoloji sabitlik nə deməkdir? Onun heç bir müəyyən mənası və heç bir sonu yoxdur. Hər hansı bir addım atılmaq istədikdə əgər onların xeyrinə olmasa, psixoloji sabitlik bəhanəsi ilə onu zərərsizləşdirə bilirlər. Dünyada bir çoxlarını qane etdilər ki, psixoloji sabitliyə ehtiyacları var və onların bu sabitliyi təmin olunmalıdır.
İsrailin psixoloji sabitlik ehtiyacını təmin etmək torpaqlara göz yummaqdan daha çətindir. Siz torpağı əldən verdikdə nəyi əldən verdiyinizi bilirsiniz. Lakin İsrailin psixoloji sabitliyə dair ehtiyacını təmin etmək istəsəniz, haraya qədər təslim olmalı və nə qədər güzəştə getməli olduğunuzu bilmirsiniz. Bu güzəştə getmənin sonu yoxdur, ardıcıl olaraq imtiyaz vermək lazımdır. Bu sahədə Avropanın təcrübəsi ibrətamizdir. Almaniya yəhudilərə 150 milyard mark kompensasiya ödədi, amma onların Almaniyadan təzminat istəmələri hələ bitməmişdir. Yenə də təzminat tələb edirlər və onlara verilməlidir. Yəhudilərin Almaniyaya qarşı gördükləri iş az-çox digər Avropa ölkələrinə – misal üçün, Avstriya, İsveçrə, Fransa, hətta bir neçə il öncəyə qədər Vatikana qarşı da edildi. Hamı təzminat verməlidir. Bu təzminat bitəsi deyil.
Psixoloji cəhətdən israillilərin çox əhəmiyyətli fəaliyyətləri vardır. Qərbin bütün siyasətçiləri, jurnalistləri, ziyalıları, məmurları və görkəmli şəxsləri insan yandıran sobanın xatirə binası önündə təzim göstərməlidirlər. Yəni hamı doğruluğu bəlli olmayan əhvalat üzərində təkid göstərməli, özünü o hadisəyə borclu bilməlidir. Bunlar təbliğatda işlətdikləri üsullardır və hamısı özlərini məzlum göstərməyə yönəlmişdir.
Əlbəttə, dünyanın digər bir hissəsində Tövratda qeyd olunmuş dastanlara arxalanaraq - yəni bura İsrail övladlarına bağışlanmış torpaqlardır - bir çox məsihiləri də özləri ilə həmfikir və həmrəy etmişlər. Mən bir statistikada gördüm ki, bunlar bəzi ölkələrdə, əsasən də Amerikada həmin təbliğatla ictimai rəyin dayağı kimi milyonlarla qeyri-yəhudi sionist yetişdirə bilmişlər. Bunlar illərdir bu təbliğatı aparırlar. Bu gün də həmin təbliğat dünyada bacardıqları qədər güclü şəkildə davam edir. Bu gün dünyada sionist media şəbəkələri İsrailin davamlı və gündəlik təcavüzlərini ötəri şəkildə göstərir. Əgər bunu da göstərməyə bilsəydilər, göstərməzdilər. Onların media maraqları bunu tələb edir; amma çox ötəri, çox səthi, çox yarımçıq və seçilmiş formada. Lakin varlıqlarını, şərəflərini, vətənlərini və torpaqlarını müdafiə edən fələstinlilərin əməliyyatlarını elə əks etdirirlər ki, sanki İsrail məzlumdur. Həqiqi məzlum olan Fələstin xalqını terrorçu və cinayətkar kimi təqdim edirlər, qaniçən və cinayətkar işğalçını isə məzlum göstərirlər. Bu gün dünya mediası bu işi görür. Siyasətçilər də öz sözlərində bunları təkrarlayırlar.
Dostları ilə paylaş: |