İmperializmin üsyankar ruhunu cilovlamaq amili - yalnız xalqların oyanışı və iradəsi
Bu gün hegemonluğun malik olduğu üsyankar və azğın ruhunun qarşısında onu cilovlaya biləcək, bu azğınlığın qarşısını ala biləcək yeganə amil mövcuddur və bu, xalqların oyanışı və iradəsidir. Xalq ayıq olduqda öz hüququnu tanıyır, düşməni tanıyır, onun məqsədini bilir və qarşısında dayanmağa qərar verir. Bu zaman imperializmin və Amerikanın atları və bütün hərbi texnikalar axsayır. Burada daha bir iş görə bilmir. Bu, İslam inqilabının əvvəldən üzərində təkid göstərdiyi və İslam quruluşunun bu möhkəm təməl əsasında özünü ucaltdığı əsaslı məqamdır. Bunun üçün siz gənclər öz qədrinizi bilməlisiniz. Ölkə məmurları bu aktiv, mömin və iradəli gənclərin qədrini bilməlidirlər. Təlim və tərbiyə məmurları, ali təhsil işinin və universitetlərin məsul şəxsləri bu mömin, əzmkar və iradəli gənclərə dəyər verməlidirlər. Milli şərəfə, istiqlaliyyətə və özünün uca dini dəyərlərinə önəm verən şəxslər düşmənin varlığını və hücumunu bəyənmir, onun müdaxiləsini rədd edirlər. Bunlar bir xalq üçün dəyərlidirlər.