25 ildir İran xalqı İsrail əleyhinə şüar verir. İran xalqı dəfələrlə öz şüarında deyib ki, sionistlərin riyakar sülh çağırışlarına güvənməyin. Bu gün bütün ərəb və İslam dünyası öz qarşılarında Fələstinin faciəli səhnəsini görürlər. Bu gün işğalçı sionist dövlətinin başçıları ərəb ölkələri və Fələstin tərəfləri ilə razılaşdıqları bütün qərar və müqavilələri ayaq altında tapdamışlar. Onlar heç kimə, heç bir beynəlxalq öhdəliyə etina etmirlər. Digər xalqlar İran xalqının sözünün doğruluğunu anlayırlar.