Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-1-2) VӘHHABİ HӘRӘKATININ KÖKLӘRİ, XÜSUSİYYӘTLӘRİ VӘ İDEOLOJİ-SİYASİ MÖVQEYİ



Yüklə 1,29 Mb.
səhifə73/118
tarix10.01.2022
ölçüsü1,29 Mb.
#107804
1   ...   69   70   71   72   73   74   75   76   ...   118

(6-1-2) VӘHHABİ HӘRӘKATININ KÖKLӘRİ, XÜSUSİYYӘTLӘRİ VӘ İDEOLOJİ-SİYASİ MÖVQEYİ


Vəhhabiyyət cərəyanı, Islam tarixindəki keçmiş məzhəbi hərəkatlardan kök alır. Ilk banisi və inkşafı yolunda gərginliklə çalışmış şəxsin Nəcdin h.q. XII əsrindəki alimlərindən Məhəmməd ibn Әbdülvəhhabın olmasına baxmayaraq, vəhhabilərin əqidələrini yaradan o deyil. Hələ ondan çox əsrlər öncə, bu əqidə və fikirlərin bir hissəsi müxtəlif formalarda söylənmişdi. Lakin münasib coğrafi, ictimai və siyasi şəraitin yoxluğu üzündən, yeni məzhəbə çevrilməyib, ətrafına çoxlu tərəfdar toplaya bilmədi. Bu əqidə sahiblərindən aşağıdakı şəxslərin adlarını çəkmək olar:

1. Qəbirlərin ziyarətini qadağan etmiş IV əsr hənbəli alimi, Әbu Muhəmməd Bərbəhari;

2. Peyğəmbərin ziyarətini və şəfaətini inkar etmiş, Ibn Bəttə adı ilə tanınan Hənbəli alimi, Abdulla bin Məhəmməd Ukbəri (h.q. 387-ci ilində vəfat etmişdir);

3. H.q. 387-ci VII-VIII əsrlərin hənbəli alimi, Ibn Teymiyyə (h.q. 728-ci ildə vəfat etmişdir);

4. Ibn Teymiyyənin şagirdlərindən olan Ibn Qəyyum Cəvziye (h.q. 751-ci ildə vəfat etmişdir).

Bu şəxslərin arasında, Ibn Әbdül Vəhhabın fikirlərinə tə᾽siri, daha çox Ibn Teymiyyə göstərmişdir və Ibn Әbdül Vəhhabın ən mühüm fikirləri ondan götürülmüşdür. Buna görə də, Ibn Teymiyyənin nəzərlərini aşağıdakı dörd cümlədə xülasə etmişlər:

1. Allahın kitabına, Peyğəmbər (s)-ın sünnətinə qayıdış, Allahın sifətlərinə aid olan ayə və hədislərin dərk olunmasında saleh əcdadların yolu ilə getmək, filosof və sufi natiqlərin yolundan ‒ saleh sələflərin yolu ilə uzaqlaşmadığına görə ‒ imtina;

2. Bid᾽ət və pisliklərlə, xüsusilə şirkə səbəb olan işlərlə mübarizə. O cümlədən, qəbir üzərinə əl qoymaq və onun kənarında namaz qılmaq, qəbir əhlindən arzu istəmək, Allahdan başqasından kömək istəmək, avam camaatın xeyir və şər gözlədiyi ağac və daşlardan imdad diləmək;

3. Peyğəmbər (s) barəsində ifrat və yalan söyləməmək və yalnız, onun məsləhətlərinə əməl etmək;

4. Ictihad yolunun (imkanının) tam açıq olmasına e᾽tiqad və təəssübkeş ardıcılları ilə mübarizə.

Hənbəli məzhəbindən olan, ruhani ailəsində böyümüş şeyx Məhəmməd bin Әbdül Vəhhab, Ibn Teymiyyə kimi bir çox keçmiş hənbəli alimlərinin əsərlərindən istifadə etmək imkanına malik idi. Bundan başqa o, digər ölkələrə səfərlərində hənbəli alimləri, o cümlədən Dəməşq alimləri ilə əlaqə qurmuş, Mədinədə Şeyx Abdullah bin Ibrahimin tə᾽siri altında olmuşdur. Bəsrədə uzun müddət qalması, onun elmi şəxsiyyətinin və fikirlərinin formalaşmasında böyük rol oynamışdı.

Ibn Әbdül Vəhhabın tə᾽liminin əsas aspektləri və islahedici prinsiplərini aşağıdakı formada söyləmək olar:

1. Şirk və xurafatla mübarizə və saleh əcdadların Islamına (əsl Islama) qayıdış.

Şeyx Məhəmmədin əsas fikri, şirklə mübarizə və tövhidə ‒ özünün uydurduğu tövhid ‒ də᾽vət məsələsi idi. «Kitab ət-tohid kəşf şübəhat əl-üsul əs-səlasə» və «Məcmuətun-hədisun-nəcdiyyə» kimi əsərlərində fiqhi məsələ və hökümləri öz baxışlarına uyğun izah edirdi.

2. Ağıl, fəlsəfə, ictihad, Qur᾽anın təfsiri, sufilik, irfan və istənilən yeniliklə, bid᾽ət adı altında mübarizə.

Ibn Әbdül Vəhhab əcdadlarından təqlid edərək, «Istənilən bid᾽ət yol azmaqdır və hər yol azma, atəşə girməyə səbəb olar» fikrinə inanırdı.

3. Vəhdət və dini-ərəb xilafəti məsələsi və osmanlı türkləri ilə ziddiyyət;

Vəhhabiyyət hərəkatı və Nəcdlə Hicazın dağınıq ərəb qəbilələri və köçəri tayfalarının Ali Səudun qüdrəti altında birləşdirilməsi, daha çox osmanlı əleyhinə milli hərəkata bənzəyir və vəhhabilərin, dinə qərb baxımından baxmalarından xəbər verir. Öz aralarında birliyə nail olmalarına və hökumət qurumlarına baxmayaraq, bu hərəkatın qərb cəmiyyətin və Islam dünyasında müsbət tə᾽siri müşahidə edilir. Әksinə, Ibn Әbdülvəhhab və ardıcılları, hətta qeyri-ərəb sünnüləri də müsəlman saymamış və onlara qarşı döyüşmüşdür. Bu hərəkat, xilafətin ərəblərə məxsus olduğunu qeyd edirdi. Onu da demək lazımdır ki, vəhhabilərin osmanlılara zidd mövqe tutmaları, tamamilə ingilislərin siyasət və mənafeləri ilə üst-üstə düşürdü (bu barədə ötən səhifələrdə qeyd olundu).

4. Şiələrlə düşmənçilik.

Şiələrə qarşı məzhəbi-siyasi mövqe tutmaq, tarixi keçmişə malikdir. Vəhhabilər ağıl, fəlsəfə, ictihad, sufilik, irfan və zahirdən başqa digər təfsirləri inkar etməklə ağıl, fəlsəfə, ictihad və s. kimi əsaslara malik olan şiəliklə, tam qarşı-qarşıya durur. Onların şiələrlə düşmənçiliyinə, fikri amillərdən başqa, siyasi amillərdə tə᾽sir göstərmişdir. Onların əsas baxışlarında dəyişikliklərin baş verməsinə baxmayaraq, yarandıqları gündən indiyə qədər şiə ilə düşmənçilikləri, sabit və daimi bir mövqe olaraq qalmışdır. Hətta bə᾽zi dövürlərdə, bu düşmənçilik qeyri-hənbəli sünnülərə qarşı da edilmişdir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin