İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə66/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   62   63   64   65   66   67   68   69   ...   79

DÜŞMƏNİN GÖZLƏRİ


İbni Riyah deyir: “Aşura hadisəsindən bir müddət sonra Kərbəlada düşmən qoşunu tərəfindən vuruşmuş bir şəxsin gözlərinin kor olmasının səbəbini soruşduqda dedi: “Biz on nəfər dost idik və Hüseyni öldürmək üçün Kərbəlaya getmişdik. Mənim bu niyyətimə baxmayaraq orda nə qılıncdan, nə oxdan və nə də ki, nizədən istifadə etdim. Aşura günü evə qayıdıb işa namazını qılıb yatdım. Yuxuda gördüm ki, bir nəfər yanıma gəlib deyir: “Allahın Elçisi səni görmək istəyir, gedək mənimlə!”

Dedim: “Görəsən, Allahın Elçisinin mənimlə nə işi var?”

Həmin şəxs qəzəblə yaxamdan tutub sürüyə-sürüyə məni Həzrətin hüzuruna apardı. Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) qollarının köynəyini yuxarı qaldırmış və əlində qılınc səhralıqda əyləşmişdi. O Həzrətin yanında əlində atəşdən qılınc tutmuş bir mələk də var idi. Mələk Kərbəlada mənimlə bir yerdə olmuş doqquz nəfər dostumun hərəsinə zərbə endirdikdə onları atəş bürüyürdü.

Mən Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) qarşısında diz çöküb dedim: “Salam olsun Sizə, ey Allahın Elçisi!”

Lakin O Həzrət mənə fikir vermədi və salamın cavabını belə qaytarmadı. Biz azdan başını qaldırıb buyurdu: “Ey Allahın düşməni! Mənə ehtiramsızlıq edib Əhli-beytimi öldürməklə haqqımızı tapdaladın?!”

Cavab verdim: “Ey Allahın Elçisi! Allaha and olsun ki, mən nə qılınc vurdum, nə də ox atdım.”

Buyurdu: “Düz dedin, lakin Hüseynin üstünə hücum edən qoşuna qoşuldun. Yaxın gəl!”

Mən Ona tərəf yaxınlaşdıqda qarşısında qanla dolu bir teşt gördüm.

Buyurdu: “Bu qan övladım Hüseynin qanıdır.” Bunu deyib o qandan bir qədər gözlərimə sürtdü.

Yuxudan ayıldıqda gözlərimin kor olduğunu duydum. O vaxtdan indiyə kimi bu vəziyyətdə yaşayıram.”1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin