Иран Ислам Республикасынын



Yüklə 398,5 Kb.
səhifə11/11
tarix10.01.2022
ölçüsü398,5 Kb.
#108490
1   2   3   4   5   6   7   8   9   10   11
و هم يدعلي سواهم

«Yəni onlar güclü dövlətlərin həmlə və hücumları qarşı­sın­da bir cəbhədə birləşsinlər.»

Və bu elə bir həyat tərzi və sünnətdir ki, İslamın ali mə­qam­lı canişin və imamları öz əxlaqi və ictimai münasibət­lə­rində ona təkid etmiş, özləri də ona əməl etmişlər.

Bu barədə böyük İslam mütəfəkkiri Ustad Şəhid Murtəza Mütəhhərinin maraqlı bəyanı vardır və deyir: «İslam vəhdətində məqsəd nədir? Məqsəd budurmu ki, İslam məzhəb­ləri arasında biri seçilsin? Məqsəd budurmu ki, bütün məzhəb­lərin müştərək tərəfləri götürülsün və aralarındakı fərqlər kənara qoyulsun və beləliklə, yeni məzhəb ixtira olunsun ki, məzhəblərdən heç birinin eyni olmasın. Yaxud, İslam məzhə­binin heç vəchlə məzhəblərin vəhdəti ilə əlaqəsi yoxdur. Müsəl­man­ların birliyində məqsəd yadların qarşısında əsaslar və ikinci­də­rə­cəli cəhətlərin qorunması ilə yanaşı müxtəlif məzhəb ardı­cıllarının birliyidir.»

Müsəlmanların birliyi ilə müxalif olanlar İslam vəhdətindən qeyri-məntiqi və qeyri-əməli məfhum düzəltmək üçün onu məzhəbi vəhdət adı ilə izah edirlər ki, ilk addımdaca məğlubiyyətlə üzləşirik. Aydındır ki, İslamın mütəfəkkir alimlərinin İslam vəhdətində məqsədi əqli və məntiqi olsa da, bəyənilən və əməli olmayan bir məzhəblə məhdudlaşdırmaq, ya müştərəklikləri götürüb fərqləri rədd etmək deyil. Alimlərin məqsədi müsəlmanların müştərək düşmənləri qarşısında bir cərgədə təşkilatlanmaqdır. Bu iş kitab və sünnətin meyarları ilə uyğunlaşmaqdan əlavə əqli və bəyənilən də olacaqdır.

Misir alimi Məhəmməd Fikir Əbunnəsrin bəyanına əsa­sən, hətta yəhudilər xristianlarla birləşməyə çalışırlar. Hətta Papa tərəfindən elan olunur ki, yəhudilər Həzrət Məsihin qətlində müqəssir deyillər və beləliklə, neçə əsrlik kin-kü­durətləri öz qəlblərindən çıxarmağa və düşmənləri qarşısında mə­sihi və yəhudi birliyini yaratmağa səy göstərirlər.1

Qüdrətli dövlətlər siyasət sahəsində də müsəlmanlar arasındakı ixtilaflardan son dərəcə sui-istifadə edib onları pərakəndə və ləziz loxmalar kimi udurlar.

Aşağıda qeyd etdiklərimiz bu mənanı isbat edən və bu hə­də­fi daşıyan məsum imamların həyat tərzindən dəlil və sübut­lar­dır.

Əli(ə) öz siyasi sistemində xilafət məsuliyyəti ilə müna­si­bətdə İslamın əsas istiqamətini təhlükədə görəndə şəxsi haqqını qurban verir və müsəlmanların ümumi xeyirləri üçün özünü İslam xəlifələri ilə uyğunlaşdırırdı.

Necə ki, beyətə imtinadan sonra Malik Əştərə yazdığı məktubda qeyd edirdi: «Mən birinci öz əlimi cilovladım. Müşahidə edirdim ki, İslam camaatının çoxu dindən qayıdırlar və digərləri Məhəmməd(s) dininin aradan getməsinə çalışırlar. Onda qorxdum ki, əgər İslam və müsəlmanlara köməyə qalxmasam, İslam məhv olacaq ki, onun müsibəti bir neçə günlük xilafətin aradan getməsindən daha böyük olacaq. Buna görə özümü beyətlə uyğunlaşdırdım.»2

Hətta o Həzrət sonra da xəlifə ilə həmkarlığını belə bəyan etdi: «Siz özünüz bilirsiniz ki, mən xilafətə başqalarından daha layiqəm. Amma Allaha and olsun. Madam müsəlmanların işi yaxşıya doğru gedir, mən zülmə məruz qalsam da, bu vəziy­yətdə (İslamın əsasının qorunması üçün) təslim olacağam və heç bir iddiam olmayacaq.»1

Beyət işində razılaşmadan sonra o Həzrət nə mövcud və­ziy­yəti bütövlüklə rəsmi tanıdı və nə də qapalı şəkildə ha­di­sə­lər­dən kənara çəkildi. Cari işlərdə heç bir əməkdaşlıq etməsə də, İslam və müsəlmanların taleyi ilə əlaqəli məsə­lə­lərdə onun­la məşvərət edirdilər, o da öz xeyirli tövsiyələrini ve­rirdi. Belə ki, İslam ordusu o zamankı İranın qüvvələri mü­qa­bilində məğ­lu­biyyətlə üzləşəndə və onun komandiri Əbu Übeydə Səqəfi öl­dürüləndə bəzilərinin təklifinə əsasən qərara alındı ki, mü­səl­man­ların bütün qüvvələri Yəmən-Məkkə-Mə­dinə-Kufə-Bəsrə və Şamda cəbhəyə səfərbər olunsunlar, xəlifə də onların ko­man­danlığını öhdəsinə götürsün. Amma o Həzrət nəsihət və ürək-dirək verməklə yanaşı, İslam millətinin öz birliyinə görə qüv­vət və şövkətə malik olduqlarını bəyan edib xəlifəyə bu­yur­du: «Sən dəyirman kimi ol, Mədinədə qal və döyüş mey­da­nın­da iştirak etmə, cəmiyyətin çarxını müsəl­man­ların vasitəsilə hərəkətə gətir. Çünki əgər Mədinədən xaric olsan ərəb səninlə öz əhdi-peymanını pozacaq, ətrafdan İsla­mın mərkəzinə doğru qiyam edib fəsad və dağıntılar törədə­cək­lər. Belə ki, sənin ön cəbhə və xarici düşmənlərlə mübari­zə­dən daha çox arxa cəbhədəki problem və böhranların yara­na­caq.»2

Romalılarla müharibədə Ömərə məsləhət edərkən onu döyüşdə komandanlıqdan çəkindirir və buyurur: «Əgər özün düşmənə tərəf yollansan, onlarla qarşılaşmada məğlub ola­caq­san, müsəlmanlara ucqar şəhərlərdə belə sığınacaq qalma­ya­caq. Səndən sonra fitnə və toqquşma atəşini söndürmək üçün müqavimət göstərən olmayacaq.»1

Həmin əsasa uyğun imamlar (ə) razılaşma və uyğunlaşma mövqeyində olmuş, müsəlmanların cərgələrində iştirakı on­la­rın əzəmət və yüksəlişi üçün çox faydalı və təsirli bilmişlər. İmam Musa ibn Cəfər (ə) buyurur: «İmam Həsən və İmam Hüsyen (ə) Mərvanın arxasında namaz qılırdılar və biz də elə edirik.»2

İmam Sadiqin (ə) dostlarından olan Əbu Əli imam-cama­at haqqında etiraz edəndə səhabələrə qarşı pis danış­ma­sını İma­­ma bildirir. İmam həmin sözlərə əhəmiyyət vermir və öz dostlarını ağıllı və qurucu üsullarla tövsiyə edir və buyurur: «Al­­laha and olsun, əgər sən əməli düzgün olsan, məscidə get­mək üçün daha ləyaqətli olacaqsan. Buna əsasən məscidə daxil olan ilk kəs və məsciddən çıxan axırıncı kəs olmalısan, öz əx­la­qını gözəlləşdir, müsəlmanlarla yaxşı və gözəl sözlərlə da­nış.»3

Vəhdətlə bağlı məsum imamların həyat tərzi belə müsəl­manların arasında iştirak şəklində idi. İslamın ali məqamlı imamları əxlaqi və ictimai münasibətlərdə həmişə cəmiyyətin quruculuğu, onun yüksəliş və inkişafını nəzərdə tuturdular. Bu ali məqsədi öz ictimai münasibətləri, əxlaqi rəftarlarında da həyata keçirirdilər və onu başqalarına da tövsiyə edirdilər.

Abdullah ibn Sənan deyir: «İmam Sadiq(ə) buyurmuşdur ki, həmişə Allahı nəzərdə tutun və günahlardan çəkinin. Müsəlman xəstələrə baş çəkin, onların dəfnlərində iştirak edin, onların əleyhinə olsa da dəvət edildiyiniz şəhadətlərdə hazır olun, onlarla birgə camaat namazını qılın.»

İmamların göstərişlərindən əlavə böyüklərin də ictimai münasibətlərdə aydın şəkildə bəyanatları vardır ki, müsəl­manlar heç bir fərqə varmadan bir-birinə məhəbbət və ehtiram bəsləməlidirlər. Beləliklə, bu yolla müsəlmanların səmimiy­yəti və məhəbbəti daha da artar.»1

Əli(ə) öz övladı Məhəmməd Hənəfiyyəyə sifarişində bu­yurur: «Ey övladım, başqalarının sənə yaxşılıq etməsini istə­di­yin kimi insanlara yaxşılıq et. Onlar üçün elə şeyə razı ol ki, onu özün üçün bəyənirsən, özün üçün çirkin və bəyənilməyən saydığını başqaları üçün də bəyənmə və öz əxlaqını bütün insanlara qarşı layiqli və gözəl et.»2

O Həzrət öz övladlarından birinə başqa xitabında buyu­rur: «Öz müsəlman qardaşını sev, özün üçün istədiyini baş­qa­ları üçün də istə, özünün bəyənmədiyini başqadarı üçün də bə­yənmə.»

Bu barədə çoxlu mətnlər və dəlillər vardır ki, biz bu məqalədə yazdıqlarımızla kifayətlənirik. Bəli, İslam kəlmə­sinin yüksəldilməsi üçün əzəmətli məqam sahibi olan imamların sünnət və yaşayış tərzi bu idi. Onların ardıcılları da bu ali məqsədə çatmaq üçün çalışırlar və dünya müsəl­man­larının məhəbbətlə vahid bir sırada durmasının şahidi olacaq­larına ümidləri böyükdür.




1 Ali-İmran surəsi, ayə 97

2 Fürui-Kafi, c. 4, səh 271

3 Vəsailüş-şiə, c.5, səh 6.

1 Ali-İmran surəsi, ayə 103

2 Ənbiya surəsi, ayə 103

1 Hucurat surəsi, ayə 10

2 Tövbə surəsi, ayə 71

3 Fəth surəsi, ayə 29

4 Ənfal surəsi, ayə 46

5 Ənam surəsi, ayə 159

1 Şura surəsi, ayə 13

2 Şura surəsi, ayə 14

3 Ənam surəsi, ayə 159

4 Ali-İmran surəsi, ayə 103

1 Şərəfəddin Fəzli, 45, səh. 175-176

2 Nəhcül-bəlağə, məktub 62, səh 1048

1 Nəhcül-bəlağə, xütbə 72, səh 171

2 Nəhcül-bəlağə, xütbə 146, səh.442

1 Nəhcül-bəlağə, xütbə 124, səh.415

2 Vəsailüş-şiə, c.5, səh.381-383

3 Vəsailüş-şiə, c.5, səh. 482

1 Vəsailüş-şiə, c.5

2 Müstədrikül-vəsail, c.1,səh153




Yüklə 398,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin