VI Tərbiyədə nikbinlik prinsipi.
Bu prinsip pedaqoji ədəbiyyatda “müsbətə istinad etmə prinsipi”də adlanır. Nikbinlik prinsipinin tələbinə görə, müəllim-tərbiyəçi tərbiyə prosesində öz işini uşaqda müəyyən etdiyi müsbət keyfiyyətlərə əsaslanaraq qurmalıdır.
Nikbinlik prinsipinin qaydaları:
tərbiyə prosesində müəllimlə şagirdlər arasında münaqişə, qarşıdurma, öcəşmə və kəskin mövqe ziddiyyəti olmamalıdır. Müsbət nəticələr yalnız səbr və dözümlü əməkdaşlıq nəticəsində əldə edilə bilər;
uşaqların davranışında mənfi cəhətləri axtarmaq yox, əksinə, kiçik də olsa müsbət keyfiyyətləri görə bilmək, müsbəti inkişaf etdirməklə mənfi keyfiyyətləri yox edə bilmək pedaqoji ustalıq sayılır;
uşağın tərbiyəsindəki, davranışındakı çatışmazlıqları hər an onun üzünə vurmaq, həm də bunu başqalarının yanında etmək heç bir səmərə vermir. Bu iş daha çox fərdi aparılmalıdır;
“nadinc” hesab edilən uşağın kiçicik müsbət hərəkətini belə gözdən qaçırmayaraq, bu hərəkətə görə onu tərifləmək, rəğbətləndirmək, alqışlamaq lazımdır;
uşaqları öz müvəffəqiyyətləri ilə fəxr etməyə, müsbət hərəkətlərindən ləzzət almağa alışdırmaq lazımdır.
İxtisas: Təhsildə sosial psixoloji xidmət
Kurs: I
Fənn: Pedaqogika
Mövzu: XVIII mövzu: TƏRBİYƏNİN ÜMUMİ ÜSULLARI
Ədəbiyyat siyahısı:
Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.
İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh
Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.
Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.
Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
PLAN
Tərbiyə üsulları haqda anlayış.
Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar
Fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşdırılmasına xidmət edən üsullar.
Fəaliyyət və davranışın stimullaşdırılması üsulları
Tərbiyədə nümunənin mövqeyi
Dostları ilə paylaş: |