alicənablıq- ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhrət, eyş və işrət kimi şeylərə aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlənməyə, hətta ölümdən də qorxmaya;
mətanət- ona deyirlir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya;
helm – ona deyilir ki, nəfsdə həlimlik olsun, qəzəb onu tez yerindən oynada bilməsin, xoşuna gəlməyən bir hadisə baş verdikdə özündən çıxıb fitnə qoparmasın;