Kurs: I fənn: Pedaqogika


Sosial formalarına görə fəaliyyət növləri



Yüklə 298,36 Kb.
səhifə47/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   242
Sosial formalarına görə fəaliyyət növləri:

  • oyun fəaliyyəti;

  • əmək fəaliyyəti;

  • təlim fəaliyyəti;

İstiqamətlərinə görə fəaliyyət növləri:

  • idraki fəaliyyət;

  • ictimai fəaliyyət;

  • idman fəaliyyəti;

  • bədii fəaliyyət;

  • texniki fəaliyyət;

  • sənətkarlıq fəaliyyəti və s.

V Şəxsiyyətin sosiallaşması məsələləri.

  • Şəxsiyyətin sosiallaşması dedikdə - onun sosial dəyərləri və sosial davranış qaydalarını mənimsəyərək, cəmiyyətlə qarşılıqlı təsir prosesində sosial mühitə inteqrasiyası, ona uyğunlaşması başa düşülür. Sosiallaşma - şəxsiyyətin sosial reallığa yiyələnməsidir. Sosiallaşma prosesində insan sosial normaları mənimsəyir, sosial vəzifələr daşımağa alışır.

Şəxsiyyətin formalaşması mexanizmi və prosesi sosiologiyada "sosiallaşma" anlayışı vasitəsilə açıqlanır. Sosiallaşma prosesdir, onun vasitəsilə fərd mədəniyyətin əsas elementlərini: simvolları, mənaları, sərvətləri, normaları mənimsəyir. Bu mənimsəmənin əsasında (sosiallaşmanın gedişində) sosial keyfiyyətlərin, xüsusiyyətlərin, əməllərin və bacarıqların formalaşması baş verir, bunların sayəsində insan sosial qarşılıqlı əlaqə və qarşılıqlı təsirin səlahiyyətli iştirakçısı olur. Başqa sözlə, sosiallaşma - sosial "Mən"in inkişafı prosesidir. Sosiallaşma fərdin mədəniyyətə, tədrisə və tərbiyəyə qoşulmasının bütün formalarını əhatə edir.

Cəmiyyət - insanların dünyasıdır. İnsan bu dünyada doğulur, burada yaşayır, inkişaf edir, şəxsiyyətə çevrilir. Onun vasitəsilə müəyyən bilikləri, dəyərləri, davranış normalarını və s. mənimsəyir. İctimai həyatda insan fəaliyyətin müxtəlif növlərinə qoşulur, ətrafdakılarla qarşılıqlı təsirdə olur, müəyyən sosial mövqe qazanır. Sosiallaşma, sosial statuslar və rollar deviant (qeyri - normativ) davranış, münaqişələr və s. kimi mühüm sosioloji anlayışlar göstərilən prosesin müxtəlif cəhətlərini əks etdirən abstraksiyalardır.

Beləliklə, dünyaya gələn hər bir insan və ya fərd, tədricən insan mədəniyyətini mənimsəməyə başlayır, öz xüsusiyyətlərini qazanır, cəmiyyətə daxil olur, başqa insanlar arasında özünü təsdiq edir və şəxsiyyətə çevrilir. Bu proses iki istiqamətdə gedir. Bir tərəfdən, fərd sosial münasibətlər sisteminə daxil olaraq, öz cəmiyyətinin mədəni təcrübəsini, onun dəyərlərini və normalarını mənimsəyir. Bu halda o, ictimai təsirin obyektidir. Digər tərəfdən isə sosiallaşmaq insan cəmiyyətinin işlərində və onun mədəniyyətinin gələcək inkişafında daha geniş və fəal iştirak edir. Burada o artıq sosial münasibətlərin subyekti, iştirakçısı kimi çıxış edir.

Sosiallaşma erkən uşaqlıqdan başlanır və mahiyyətcə qocalığın sonuna kimi davam edir. O, fərdin mədəniyyətə daxil olmasının bütün proseslərini (onun öyrədilməsi və tərbiyəsi, başqa insanlarla qarşılıqlı təsiri, onun cəmiyyətin dəyər və birgə fəaliyyət növlərini mənimsəməsi, müəyyən hüquq və vəzifələrin, baxışların, vərdişlərin, və s. qazanılması) əhatə edir. Nəticədə insan tədricən bioloji varlıqdan cəmiyyətdə yaşamağa və fəaliyyət göstərməyə qabil olan sosial varlığa çevrilir.

Sosiallaşmanın bilavasitə sferalarını ailə, tərbiyə və tədris müəssisələri, əmək kollektivləri, dostların, tanışların, qohumların əhatəsi, kütləvi informasiya vasitələri və s. təşkil edir. Bununla yanaşı, insanların fasiləsiz sosiallaşması prosesində mədəni təcrübənin toplanılması və nəsildən-nəslə ötürülməsi baş verir.

İxtisas: Təhsildə sosial psixoloji xidmət

Kurs: I

Fənn: Pedaqogika

Mövzu: V mövzu: UŞAQLARIN YAŞ XÜSUSİYYƏTLƏRİ

Ədəbiyyat siyahısı:



  1. Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.

  2. İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh

  3. Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh

  4. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh

  5. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.

  6. Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
PLAN

  1. Uşaqların yaş dövrləri haqda məlumat.

  2. Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri.

  3. Kiçik məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri.

  4. Orta məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri.

  5. Böyük məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri.




Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin