Didaktikanın inkişaf mərhələləri:
I mərhələ - Y.A.Komenskiyədək – elməqədərki mərhələ.
Bu mərhələdə didaktik mülahizələr bilavasitə tərbiyəvi ənənələrin icrası prosesində yaranırdı.
II mərhələ -Y.A.Komenskidən – idarəetmə proseslərinin ümumi nəzəriyyəsi kimi meydana gələn kibernetikanın yaranmasınadək (1950). Bu mərhələdə pedaqoji və didaktik nəzəriyyələrin, əsas qanun və qanunauyğunluqların formalaşması sürətlə inkişaf edir.
III mərhələ - Kibernetikanın meydana çıxmasın-dan bu günə qədər. Pedaqogika və didaktikada olan problemlərin həlli üçün keyfiyyətcə yeni nəzəriyyələrin yaranması, yeni didaktik materialların, İKT-nin, öyrədici və nəzarətedici proqramların tətbiq edildiyi mərhələ.
Didaktikanın əsas məqsədi təlim prosesinin qanunauyğunluq-ları əsasında təhsilin məzmununun şagirdlər tərəfindən maksimum səmərəli mənimsənilməsini, onların tərbiyə olunmasını və inkişafını təmin edən yolların və şərtlərin müəyyənləşdirilməsidir.
Didaktika əhatə dairəsinə örə ümumi və xüsusi olur. Ümumi didaktika təlim və təhsil haqqında nəzəriyyə kimi ba-şa düşülür. Xüsusi didaktika dedikdə fənlrin tədrisi metodikaları başa düşlür. Didaktikanın tədqiqat obyekti təhsil prosesidir.
Didaktikanın əsas kateqoriyaları: təlim prosesi, təlimin prinsipləri, təlimin metodları, təhsilin məzmunu, təliin təşkili formaları.
Dostları ilə paylaş: |