Kurs: I fənn: Pedaqogika


V Böyük məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri



Yüklə 298,36 Kb.
səhifə53/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   242
V Böyük məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri.

Böyük məktəbyaşı – ilk gənclik dövrüdür. Bu dövrdə fiziki və psixi yetkinlik baş versə də şəxsiyyətin inkişafı qeyri-stabil, ziddiyyətli ola bilir.

Uşaqların fiziki inkişafının xarakterik cəhətləri, təxminən, bunlardır:


  • bədənin və ətrafların qeyri-mütənasibliyi aradan qalxır;

  • döş qəfəsinin həcmi artır;

  • ürəyin ölçüsü bədənin çəkisi ilə mütənasib olur;

  • ürək – damar sistemindəki ləngimələr aradan qalxır;

  • əzələ qüvvəsi artır;

  • fiziki işgörmə və hərəkətlərin koordinasiyası böyüklərdə olan səviyyəyə yaxınlaşır;

  • boyartımı ləngiyir, lakin fiziki güc və sağlamlığın möhkəmlənməsi davam edir.

Böyük məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətlərindəki xarakterik əlamətləri, təxminən, bu cür qruplaşdırmaq olar:

  • sinir sistemi daha yüksək inkişaf mərhələsinə qalxır;

  • idraki fəaliyyətdə mücərrəd təfəkkür üstün olur, öyrənilən fakt və hadisələrin mahiyyətini və səbəb-nəticə əlaqələrini dərk etmə səyi artır;

  • analiz-sintez, müqayisə, kəmiyyət və keyfiyyət göstəricilərinin dialektik mahiyyəti kimi fikri əməliyyatlar üstünlük təşkil edir;

  • nitq inkişaf edir, lüğət fondu zənginləşir;

  • hisslər və iradi proseslərin səviyyəsi yüksəlir;

  • əxlaqi görüşləri, əxlaq məsələlərinə münasibəti nizamlanır, inam və əqidə formalaşır;

  • qarşılıqlı münasibətlər daha düşünülmüş, səmimi xarakter alır. Bir çox hallarda bütün sonrakı həyata təsir edən sevgi, borc, vətəndaşlıq kimi ali hisslər formalaşır;

  • həyatda öz yerinin müəyyən edilməsi, özünütəsdiq, peşəyönümü kimi məsələlər ön plana çəkilir;

  • müasir həyatın yenilikləri, ədəbiyyat, musiqi, geyimdə olan müasir dəb, həmçinin psevdomədəniyyət onları daha çox cəlb edir.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin