Kurs: I fənn: Pedaqogika


IV Orta məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri



Yüklə 298,36 Kb.
səhifə52/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   242
IV Orta məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri.

Orta məktəbyaşlı uşaqların orqanizmi sürətlə inkişaf edir. Yeniyetmə oğlanlarda bir ildə 6-10 sm. qızlarda isə 6-8 sm. boy artımı müşahidə olunur. Sümükləşmə inkişaf edir, möhkəmlənir, əzələ qüvvəsi artır. Daxili orqanların inkişafı isə qeyri-bərabər olur, qan damarlarının inkişafı – ürəyin inkişafından geri qalır, ürək döyünmələri artır. Yeniyetmələrin beyin həcmi, böyüklərin beyin həcminə yaxınlaşır. Baş-beyin yarımkürələri qabığının nəzarət funksiyası artsa da, oyanma prosesləri ləngimə proseslərindən üstün olur.

Yeniyetmələrdə cinsi yetişkənlik baş verir.

Yeniyetmələrdə qavrayış daha məqsədyönlü, planlı və mütəşəkkil olur. Diqqətin ixtiyariliyi, seçiciliyi və davamlılığı stabilləşir. Dərketmə, informasiyanın sistemləşdirilməsi və təhlili ilə müşayiət olunan hafizə ön planda durur. Tənqidi təfəkkür möhkəmlənir və mücərrəd təfəkkür qabiliyyətləri yaxşılaşır.

Yeniyetmələrin təlim fəaliyyətinin təşkilində onların idrakı fəallığının daxili stimullaşdırılması mühüm əhəmiyyətə malikdir.

Yeniyetmələrin əxlaqi tərbiyəsi hərəkətlərinin dərk edilməsi ilə müşayiət olunduqda daha səmərəli olur. Yeniyetmə yaşıdları arasında özünütəsdiqə, özününümayişə can atdığından, onun kollektivdə özünü aparmasına çox həssaslıqla yanaşılmalıdır.

Yeniyetmələr öz gələcəkləri barədə yüksək romantik arzu və xəyallarla yaşadıqlarından onların peşəyönümü işinə çox həssaslıqla yanaşılmalıdır.

Yeniyetmənin təlim fəaliyyətinə verilən tələblər də dəyişir: fənn çoxluğu yaranır, şagird elmlərin sistematik tədrisi ilə əhatə olunur, buna görə də təlimə münasibət dəyişir.




Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin