HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari fəNNİNDƏn test suallari



Yüklə 0,56 Mb.
səhifə1/7
tarix17.01.2017
ölçüsü0,56 Mb.
#376
  1   2   3   4   5   6   7
HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ ƏSASLARI FƏNNİNDƏN TEST SUALLARI
1. Cəmiyyətin müasir inkişaf dövrü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyətlərin kəskinləşməsi nə ilə xarakterizə olunur?

  1. Fövqəladə hadisələrin artmasi tendensiyasi ilə

  2. Fövqəladə hadisələrin azalmasi tendensiyasi ilə

  3. Fövqəladə hadisələrin qarsisinin alinmasi tendensiyasi ilə

  4. Fövqəladə hadisələrinin vurdugu ziyan ilə

  5. Fövqəladə hadisələrə təsir edən amillərlə

2. Təhlükəsizliyin təmin olunması problemi riskin idarə edilməsi üzrə neçə prinsip əsasında həll etmək olar?



  1. 4

  2. 3

  3. 2

  4. 10

  5. 6

3. Təhlükəsizliyin təminatı problemi üzrə elmi işlər hansı istiqamətləri əhatə edir?



  1. Sosial-iqtisadi sistemin inkişafını göstərən dinamik modellərin yaradılması, məqsədli funksiyanın tərtib edilməsi

  2. Sosial-elmi, hərbi-iqtisadi sistemin inkişafını göstərən ekonomik modellərinin yaradılması

  3. Texnogen, təbii, partlayış, yanğın sisteminin inkişafını göstərən dinamik modellərin yaradılması

  4. Sosial, texnogen, siyasi, hərbi, ekoloji xarakterli amillərinin təsiri nəticəsində baş verən sahələri

  5. Təbii, texnogen və ya digər amillər nəticəsində insanların, heyvanların və bitkilərin zədələnməsi və məhv olması, obyektlərin, maddi sərvətlərin dağıdılması məsələləri

4. Fövqəlaqdə hadisələrinin qabaqlanması (qarşısının alınması) üzrə siyasəti neçə istiqamətə bölünür?



  1. 2

  2. 4

  3. 5

  4. 3

  5. 6

5. Fövqəladə hadisələrinin qabaqlanması üzrə siyasətin birinci istiqamətə hansı məsələlər aid edilir?

  1. Fövqəladə hadisə mənbələrinin yaratdığı risklərin edentifikasyası, risklərin idarə edilməsi, fövqəladə hadisə mənbələrinin monitorinqi və s.

  2. Fövqəladə hadisə mənbələrinin monitoronqi, proqnozu, nəticələrinin aradan qaldırılması,planların işlənməsi

  3. Fövqəladə hadisələrin törətdiyi risklərin idarə edilməsi, onların qarşısının alınması, əhalinin maarifləndirilməsi, nəticələrinin qiymətləndirilməsi

  4. Fövqəladə hadisə və onun nəticələrinin aradan qaldırılması üzrə oporativ planlarının işlənib hazırlanması,əhalinin maarifləndirilməsi

  5. Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün səmərəli texnologiyalar və texniki vasitələrinin işlənib hazırlanması

6. Fövqəladə hadisələrin qarşısının alınması üzrə siyasətin ikinci istiqamətinə aşağıdakılardan hansı məsələ aid deyil?



  1. Fövqəladə hadisə mənbələrin yaratdığı riskin yüksəldilməsinə yönəldilən siyasət

  2. Fövqəladə hadisələrin insanlara və ərazilərə təsirinin nəticələrinin zəiflədilməsinə yönəldilən siyasət

  3. Fövqəladə hadisə və onun nəticələrinin aradan qaldırılması üzrə operativ fəaliyyət planının işlənilməsi

  4. Fövqəladə hadisə və onun nəticələrinin zəiflədilməsi tədbirləri burada əhalinin məlumat və bilik səviyyəsinin yüksəldilməsi

  5. Fövqəladə hadisə mənbələrinin yaratdığı “ Qalıq” riskler üzrə monitorinq sisteminin yaradılması, fövqəladə hadisənin proqnozlaşdırılması və qiymətləndirilməsi

7. Aşağıdakı məsələlərdən hansı məsələ həyat fəaliyyətinin təhlükəsizliyi elminin nəzəri əsaslarına aid deyil?



  1. Beynəlxalq humanitar tədbirlərin təşkili və həyata keçirilməsi sisteminin yaradılması əsasları

  2. Texnosfera şəraitində təsir göstərən neqativ amillərin modelcə eyniləşdirilməsi və kompleks halında təsirinin əsasları

  3. Texnosferanın ünsürlərinə insanların icazəsiz təsirinin yaranması və sənədlərinin eyniləşdirilməsinin əsasları

  4. Texniki sistemlərin operatorların və əhaliyə verilən tələblərin formalaşdırılması

  5. Texnosferanın ekoloji təhlükəsizlik üzrə göstəricilərinin əsasları

8. Aşağıda qeyd olunan müddəalardan hansı müddəa həyat fəaliyyətinin təhlükəsizliyi elminin vəzifələrini müəyyənləşdirmir?



  1. Əməli fəaliyyətə və görüləcək işlərə haqq qazandırılması, mühafizələrin optimallaşdırılması

  2. İnsan- texnosfera sisteminin bir sıra neqativ amillə həmçinin texnosferanın təbii mühitlə qarşılıqlı fəaliyyəti prosesində də reallaşaraq özündə biruzə verir

  3. İnsan- texnosfera, texnosfera- təbii mühit sistemlərində mühafizə edilən obyektlər insan və biosferadır

  4. Neqativ təsirlərin meydana çıxmasına təkan verən səbəblər-təbii prosəslərdir, habelə insanların icazəsiz, yalnış fəaliyyəti və texniki sistem qeyri mükəmməl ünsürləridir

  5. Neqativ təsiri tamamilə aradan qaldırmaq mümkün deyil, yalnız dairəsini məkan, zaman və ya təsirin təkrar olunması tezliyi üzrə məhdudlaşdırmaq olar

9. Həyat fəaliyyətinin təhlükəsizliyinin funksiyalarını reallaşdırarkən nəzərə alınan sanitarya gigiyena tələblərinə aşağıdakılardan hansı aid deyil?



  1. Bir neqatif təsir ikinci, üçüncü və s. dəfə ardıcıl surətdə təkrar olunan təsirlər silsiləsi törədə bilər

  2. Zərərli amillərin yol verilən təsiri haqqında anlayış

  3. Yol verilən texnogen təhlükə və təbii zədələyici amillərin təhlükəsi anlayışları

  4. Zərərli amillərin adi və toplanış təsirləri haqqında anlayış

  5. Zərərli amillərin təsir müddətinə nisbətən mühafizə vasitələrinin tətbiqi müddətinin üstünlüyü haqqında əsasnamə

10. Həyat fəaliyyətinin təhlükəsizliyində ekoloji mühafizəsinin reallaşdırılması üçün hansı üsullardan istifadə olunur?



  1. Neqativ təsirin mənbəyini təkmilləşdirməklə təsiri tonunu azlatmaq, təsir zonasını insanlar olan zonadan və ya təbii zonalardan ekran vasitəsi ilə təcrid etmək

  2. Neqativ təsirlərin, meydana çıxmasına təkan verən səbəblərin, təbii prosəslərin habelə insanların icazəsiz yalnış fəaliyyəti

  3. Təhlükənin inteqral, yəni ayrılmaz tam bir halda qiymətləndirilməsi

  4. Ekoloji sistemlərinin dayanıqlığı, ekosistemlərə göstərə biləcək təsirlərin yol verilən kəmiyyətlərdən artıq olması

  5. Təbii və texnogen xarakterli fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan idarəetmə orqanlarının fəaliyyətə hazırlığının təmin edilməsi

11. Aşağıdakı prinsiplərdən hansı prinsip təhlükəsizliyin təmin olunması üzrə riskin idarə edilməsi prinsiplərə aid deyil?



  1. Fövqəladə hadisə və onun nəticələrinin aradan qaldırılması prinsipi

  2. Əməli fəaliyyətdə və görüləcək işlərə haqq qazandırmaq prinsipi

  3. Mühafizənin optimallaşdırılması pirinsipi

  4. Təhlükənin inteqral, yəni ayrılmaz tam bir halda qiymətləndirilməsi pirinsipi

  5. Ekoloji sistemlərin dayanıqlığı pirinsipi

12. Əhalinin təhlükəsizliyinin təmin edilməsinə necə nail olunur?



  1. Əhalinin təhlükəsizliyinin təmin edilməsinə vahid dövlət siyasətini həyata keçirməklə

  2. Əhalinin təhlükəsizliyinin təmin edilməsinə neqativ təsir mənbələrinin təkmilləşdirməklə nail olunur

  3. Əhalinin təhlükəsizliyinin təmin edilməsinə fövqəladə hadisə mənbələrinin monitorinqi keçirməklə nail olunur

  4. Əhalinin təhlükəsizliyinin təmin edilməsinə ekoloji sistemini yaratmaqla nail olunur

  5. Əhalinin təhlükəsizliyinin təmin edilməsinə sosial iqtisadi sistemini yaratmaqla nail olunur

13. Fövqəladə hal nəyə deyilir?



  1. Texnogen təbii və ya digər fəlakətlər, epidomiya, epizotiya, epitotiya, habelə müasir qırğın vasitələrinin işlədilməsi nəticəsində müəyyən ərazidə insan təlafatina, xeyli maddi itkilərə, ətraf mühitə zərər dəyməsinə səbəb olan və əhalinin normal həyat fəaliyyətini pozan hadisələrə

  2. Texnogen, təbii, hərbi və siyasi xarakterli amillər nəticəsində obyektlərin işinin dayanması, avadanlıqların bir hissənin dağılması və adamların zədələnməsinə səbəb olan hadisələrə deyilir

  3. Texnogen, təbii, ekoloji, zəlzələlər, daşqınlar nəticəsində avadanlıqların qurğuların dağılması istehsalın pozulması, maddi itgilərin baş verməsi və insanların zədələnməsinə səbəb olan hadisələrinə deyilir

  4. Texnogen, ekoloji fəlakətlər, qəzalar , partlayışlar, yanğınlar nəticəsində insanların tələfatına, ətraf mühitə zərər dəyməsinə səbəb olan hadisələrə deyilir

  5. Ekoloji hadisələr, müasir qırğın silahlarının işlədilməsi, iqlim dəyişiklikləri, qlobal istiləşmələr nəticəsində müəyyən ərazidə insanların təlafatına, xeyli miqdarda itgilərə, insanların sağlamlığına zərər dəyməsinə səbəb olan hadisələrə deyilir

14. Fövqəladə hallar baş verməsinə görə necə təsnif olunur?



  1. Təbii, texnogen, ekoloji, hərbi, sosial-siyasi xarakteri

  2. Texnogen, sülh,yanğın, nəqliyyat, hərbi, kriminal xarakterli

  3. Ekoloji, təbii, zəlzələlər, daşqınlar, partlayışlar, siyasi xarakterli

  4. Təbii, ekoloji, texnogen, qəza, partlayış, zəhərlənmələr, sosial-siyasi xarakterli

  5. Sülh, sosial-siyasi, hərbi, texnogen, təbii ekoloji, kimyəvi, fiziki xarakterli

15. Fövqəladə hallar miqyasına görə necə təsnif olunur?



  1. Qismən, obyekt, yerli, regional, qlobal miqyaslı

  2. Qismən obyekt, yerli, rayon, regional, respublika, avtonom, yerüstü miqyaslı

  3. Lokal, sahə, obyekt, rayon, yerli, təbii, qlobal miqyaslı

  4. Obyekt, yerli, sahə, rayon, regional, dünya, ekoloji, xarakterli

  5. Qismən, obyekt, regional, texnogen, qlobal xarakterli

16. Risk nəyə deyilir?



  1. Hər hansı əməl, yaxud hadisə zamanı baş verə biləcək arzuolunmaz nəticəyə deyilir

  2. Şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati əhəmiyyətli mənafelərinin daxili və xarici hədə-qorxulardan və təhlükələrdən müdafiə olunma nəticəsinə deyilir

  3. Hər hansı proses zamanı istehsalatın pozulması nəticəsində yaranan hadisəyə deyilir

  4. Hər hansı iş yaxud proses zamanı işçilərin təhlükə ilə qarşılaşma hadisəsinə deyilir

  5. Hər hansı iş zamanı şəxsiyyətin, cəmiyyətin təhlükələrindən müdafiə tədbirlərinin işlənib hazırlanmasına deyilir

17. Riskin qiymətləndirilməsi nəyə deyilir?



  1. Risk ehtimalının və onun dərəcəsinin hansı şərtlərdən aslı olduğunu müəyyən edən meyarlara deyilir

  2. Riskin qabaqcadan müəyyən edib onun zəiflədilməsi üçün tədbirlərinin görülməsi prosesinə deyilir

  3. Riski müvafiq amillər üzrə qiymətləndirilməsi əsasında idarə edilməsinə deyilir

  4. Risk ehtimalının və obyektin müəyyən təhlükəli təsirlərə məruz qalmağa meyilliyinə deyilir

  5. Risk obyektin təhlükələrindən təsirlərindən mühafizə dərəcəsinə deyilir

18. Riskin dərəcəsi necə qiymətləndirilir?



  1. Riskin dərəcəsi arzuolunmaz nəticələrin baş verməsi ehtimalına və ya itkilər gözlənilən miqyasına görə qiymətləndirilir

  2. Riskin dərəcəsi obyektdə baş vermiş qəzanın xarakterinə görə və nəticələrinin aradan qaldırılması ilə qiymətləndirilir

  3. Riskin dərəcəsi arzuolunmaz nəticələrin sosial psixoloji amilləri ilə qiymətləndirilir

  4. Riskin dərəcəsi zərərli və zədələyici təsirlərin gerçəkləşməsi, reallaşması ilə qiymətləndirilir

  5. Riskin dərəcəsi əhalinin həyat şəraitinin və təsərüfat fəaliyyətinin sürətlə pozulması ilə qiymətləndirilir

19. Mənşəyinə görə riskin əsas növləri hansılardır?



  1. Təbii, texnogen, ekoloji, sosial

  2. Təbii, hərbi, siyasi, sosial, yerli

  3. Təbii , sülh, ekoloji zəlzələlər

  4. Lokal, yerli, regional, qlobal

  5. Texnogen, yanğın, təbii, hərbi

20. Təbii xarakterli fövqəladə halların təsnifatına aşağıdakılardan hansı aiddir?



  1. Metroloji, aqrometroloji, hidroloji, kortəbii yanğınlar, insanların, heyvanların geoloji və bitkilərin yoluxucu xəstəlikləri, geoloji və geofiziki

  2. Metroloji, hidrodinamik, nəqliyyat-komunal qəzalar, yoluxucu xəstəliklər, zəlzələlər, torpaq sürüşmələri

  3. Hidroloji, daşqınlar, sel axınları partlayışlar, güclü təsirli zəhərli maddələrin yayılması

  4. Aqrometroloji, su mənbələrinin çirklənməsi , radioaktiv çirklənmələr, su basmalar, tufan, qasırğalar

  5. Metroloji, yanğınlar, yoluxucu xəstəliklər, qar uçqunları, qəzalar, radioaktiv çirklənmələr

21. Texnologen xarakterli fövqəladə halların təsnifatına aşağıdakılardan hansı aiddir?



  1. Yanğınlar, qəzalar, partlayışlar, güclü təsirli zəhərli və radioaktiv maddələrin yayılması

  2. Yanğınlar, nəqliyyat qəzalar, hidroloji, geoloji hadisələr, radioaktiv çirklənmələr

  3. İstehsalat qəzaları, komunal enerji şəbəkələrində qəzalar metroloji, geofiziki hadisələr

  4. Nəqliyyat qəzaları, su anbarlarının dağılması, hidrodinamik hadisələr, sellər, daşqınlar, zəhərlənmələr

  5. Yerin, atmosferin, hidrosferin və litosferin vəziyyətinin deyişməsi

22. Riskin idarə edilməsi nəyə deyilir?



  1. Riski qabaqcadan müəyyən edib onun zəiflədilməsi üçün tədbirlərin görülməsi prosesinə deyilir

  2. Təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan idarəetme orqanları qüvvə və vasitələrinin fəaliyyətinin hazırlığına deyilir

  3. Beynəlxalq humanitar tədbirlərinin təşkili və həyata keçirilməsi sisteminin yaradılmasına deyilir

  4. Riski qabaqcadan müəyyən edib onun qarşısının alınması üçün tədbirlərinin görülməməsinə deyilir

  5. Fövqəladə hadisə mənbələrinin yaratdığı qalıq risklər üzrə monitorinqin aparılmasına deyilir

23. Təbii fəlakət nədir?



  1. fövqəladə təbii hadisələrdirki, onların nəticəsində əhalinin həyat şəraitinin, təsərüfat fəaliyyətinin sürətlə pozulması, maddi sərvətlərin məhv olması baş verir

  2. fövqəladə təbiət hadisələridirki, onların nəticəsində xeyli əhalinin və iqtisadiyyat obyektlərinin normal fəaliyyəti pozulsun, ətraf mühitin radioaktiv çirklənməsi, işıq şüalanması və maddi sərvətlərin məhv olması baş verir

  3. fövqəladə qəzalar, fəlakət və partlayışlardırki, onların nəticəsində əhalinin həyat şəraitinin və təsərrüfat fəaliyyətinin sürətlə pozulması və maddi sərvətlərinin məhv olması baş verir

  4. fövqəladə təbiət hadisələridirki, onların nəticəsində xeyli əhalinin və iqtisadiyyat obyektlərinin normal fəaliyyəti pozulur, maddi sərvətləri məhv olur, müharibələr baş verir və insanların zədələnməsi, ölməsi baş vərir

  5. fövqəladə qəzalardırki, onlar nəticəsində iqtisadi obyektlərində iş dayanır, istehsalat pozulur avadanlıqların dağılması, insanların zədələnməsi və ölməsi baş verir

24. Təbii fəlakətlərə hansılar aiddir?



  1. Zəlzələlər, sel axıntıları, torpaq sürüşmələri, qar uçqunları, qasırğa, vulkanlar, yoluxucu xəstəliklər

  2. Zəlzələlər, sel axıntıları, radioaktiv çirklənmələr, qəzalar, tufanlar, daşqınlar

  3. Zəlzələlər, daşqınlar, subasmalar, güclü təsirli zəhərli maddələrin yayılması, partlayışlar, torpaq sürüşmələri

  4. Zəlzələlər, qar uçqunları, sel axmaları, yoluxucu xəstəliklər, nəqliyyat qəzaları, hidrodinamik qəzalar

  5. Zəlzələlər, vulkanlar, tufanlar, yanğınlar, zəhərlənmələr, qasırğalar, komunal enerji xətlərində qəzalar, su axınları

25. Yanğın nədir?



  1. İnsanın nəzarətindən çıxmış və maddi sərvətləri məhv edən, adamların həyatı və sağlamlıqları eləcə də kənd təsərrüfatı heyvanları və bitkilərinə təhlükə törədən yanma prosesidir

  2. Xeyli miqdarda istilik və işıq ayrılması ilə müşayət olunan itisürətli kimyəvi prosesdir

  3. Maddələrin, mayenin elə bir minimal tempraturudur ki, bu tempraturda ona od mənbəyi təsir etdikdə qısa müddətdə alışma prosesidir

  4. Maddənin məhdud həcimdə xeyli miqdarda enerjinin azad olması ilə müşayet olunan itisürətli fiziki-kimyəvi prosesdir

  5. İnsanın nəzarətindən çıxmış, ətrafa yayılan zərbə dalğalarının təsirindən insanların həyat və sağlamlıqlarına iqtisadi obyektlərinə təhlükə törədən fiziki-kimyəvi prosesdir

26. Fəlakət nədir?



  1. İnsanların tələbatına, adamların xəsarət almasına, habelə xeyli miqyasda obyektlerin və digər maddi sərvətlərin məhvinə, ətraf mühitə ciddi zərər dəyməsinə səbəb olmuş kortəbii hadisə və güclü qəzaya deyilir

  2. Texnogen mənşəli və ya digər təsadüfi təsir nəticəsində texnikanın, nəqliyyat vasitələrinin, bina qurğularının sıradan çıxmasına eləcə də insanların xəsarət almasına səbəb olan ekstrimal hadisədir

  3. Obyektin qəfildən dayanması nəticəsində avadanlıqların, qurğuların dağılmasına istehsalın pozulmasına və insanların xəsarət almasına səbəb olan qəzadır

  4. Adamların xəsarət almasına, obyektin avadanlıqlarının və qurğuların dağılmasına, istehsalın pozulmasına səbəb olan ekstrimal hadisədir

  5. Adamların həyatına və sağlamlığına xələl gətirən istehsalın pozulmasına səbəb olan, habelə texnikanın bina və qurğularının, nəqliyyatın sıradan çıxmasına səbəb olan hadisədir

27. Partlayış nədir?



  1. Maddələrin məhdud həcimdə, xeyli miqdarda enerjinin azad olunması ilə müşayət olunan iti sürətli fiziki kimyəvi çevrilmələr prosesidir

  2. İnsan nəzarətindən çıxmış, maddi sərvətləri məhv edən, adamların həyatına və sağlamlığına və ətraf mühit üçün təhlükə törədən yanma prosesidir

  3. O fövqəladə hadisədirki, onun nəticəsində əhalinin həyatına sağlamlığına, ətraf mühitə xeyli dərəcədə ziyan dəyir, iqtisadiyyat obyektlərinin işinin pozulması başverən prosesdir

  4. Texnogen və digər xarici təsirlər nəticəsində texnikanın, bina və qurğuların dağılması, insanların zədələnməsi və ölməsi baş verməsinə deyilir

  5. Hər hansı maddələrin yanması və istiliyin ayrılması ilə müşayət olunan fiziki-kimyəvi prosesdir

28. Zədələnmə ocağı nəyə deyilir?



  1. Təbii, texnogen fəlakətlərinin və müasir qırğın vasitələrinin təsiri nəticəsində əhalisi, kənd təsərüfatı bitkiləri və heyvanları kütləvi surətdə məhv və ya zədələnməsi, maddi sərvətlərin xeyli miqdarda dağıntılara məruz qalan əraziyə deyilir

  2. Təbii, texnogen, sosial, siyasi amiller nəticəsində fəaliyyəti müəyyən şəraitdə əhaliyə və təbii mhüitdə təhlükə törədə biləcək əraziyə deyilir

  3. İnsanların fəaliyyətinə bilavasitə və ya dolayı yolla təsir göstərən təbii mühitin yaxud adamların fəaliyyəti sayəsində dəyişilmiş əraziyə deyilir

  4. Təbii, texnogen və ya digər fəlakətlər nəticəsində normal fəaliyyəti pozan insanların zədələnməsi və ölməsinə səbəb olan və maddi sərvətləri məhv edən hadisəyə deyilir

  5. Texnogen, təbii, ekoloji, sülh xarakterli amillər, zəlzələlər, qasırğalar nəticəsində külli miqdarda insan, heyvan, bitki təlafatı baş verən dağılmalar, yanğınlar, yerin radioaktiv və güclü təsirli zəhərli maddələrlə zəhərlənməsi baş verə bilən amillərə deyilir

29. Təhlükəli obyekt nəyə deylir?



  1. Fəaliyyəti müəyyən şəraitdə, ətrafdakı əhali və ətraf mühit üçün təhlükə törədə biləcək müəsisəyə deyilir

  2. Qəza nəticəsində insanların, tufanların və bitkilərin zədələnməsi, ətraf mühitin kimyəvi maddələrlə zəhərlənməsi baş verən hadisəyə deyilir

  3. İnsan təlafatına, adamların xəsarət almasına, maddi sərvətlərin məhvinə və Ətraf mühitə zərər dəyməsinə səbəb olan kimyəvi, radioaktiv hadisəyə deyilir

  4. Kimyəvi, radioaktiv maddələr saxlanılan anbar və ya müəsisələrdə baş verə biləcək qəzaya deyilir

  5. Zədələnmiş ərazidə havadakı zəhərli maddələrin miqdarı yol verilən həddən artıq olarkən insanlara, heyvanlara və bitkilərə zərərli təsir göstərə biləcək kimyəvi birləşmələrə deyilir

30. Təlükəsizlik nədir?



  1. Şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati əhəmiyyətli mənafelərinin daxili və xarici hədə-qorxudan və təhlükələrdən müdafiə olunmuş vəziyyətidir

  2. Şəxsiyyətin, cəmiyyətin dövlətin dünya birliyinin müxtəlif xarakterli riskləri və zərərli amillərinin araşdırılmasıdır

  3. Texnosferanın vəziyyətini nəzərə almaqla onun yeni yaradılan və ya bərpa edilən ünsürlərinin ekoloji təhlükələri üzrə ilkin göstəricilərinin formalaşmasıdır

  4. Neqativ təsirlərin meydana çıxmasına təkan verən səbəblərin, amillərin formalaşmasıdır

  5. Fövqəladə hadisələrin monitorinq və proqnozlaşdırılması sisteminin yaradılmasıdır

31. Kollektiv mühafizə vasitələri nədir?



  1. Bir qurup insanların həyatını və sağlamlığını təhlükəli obyektlərdə və rayonlarda istehsalat qəzalarının, təbii fəlakətlərinin nəticələrindən habelə müasir qırğın vasitələrindən qorunmaq məqsədi ilə onları daldalandırmaq üçün nəzərdə tutulan mühafizə qurğlarıdır

  2. Bir və ya bir neçə nəfərin həyatının və sağlamlığını qəzalardan, təbii fəlakətlərdən və müasir qırğın vasitələrin zədələyici amillərindən mühafizə məqsədi ilə nəzərdə tutulan fərdi mühafizə qurğularıdır

  3. Bir qrup insanların tənəffüs üzvlərini zəhərləyici, bakterloji maddələrdən və radioaktiv tozlardan qorunmaq məqsədilə istifadə olunan mühafizə vasitələridir

  4. Fövqəladə hallarda insanların həyatını və sağlamlığını havadakı radioaktiv və zəhərləyici maddələrdən, tozlardan qorunmaq üçün istifadə olunan dərinin mühafizə vasitələrinə deyilir

  5. Bir qrup insanların həyatını və sağlamlıqlarını təhlükəli qəzalardan, təbii fəlakətlərdən, radioaktiv və zəhərləyici maddələrdən qorunmaq üçün nəzərdə tutulmuş kipləşdirilmiş və hopdurulmuş yardımcı vasitələrdir

32. “İnsan-texnosfera” və “texnosfera-təbii mühit” sistemində mühafizə edilən obyektlər hansılardır?



  1. İnsan və biosfera

  2. Texnosfera və litosfera

  3. İnsan və litorosfera

  4. Radiasiya kimyəvi təhlükəli obyektlər

  5. Ozon qatı və parnik effektliyi

33. Neqativ amillər təsir müddətinə görə necə təsnif olunur?



  1. Fasiləsiz, qısa müddətli, birdən birə

  2. Davamlı, davamsız

  3. Məişət, region və rayon

  4. Fasiləsiz, qısamüddətli, qismən

  5. Bioloji, kimyəvi, radioaktiv

34. Neqativ amillərin insanlara və biosferaya təsirlərinin nəticələri nədən asılıdır?



  1. Kəmiyyətindən, əhəmiyyətindən, təsir müddətindən

  2. Kəmiyyətindən, konsentrasiyasından, qatılığından

  3. Aşkar oluna bilən müddətdən, təsir müddətindən, texnika sistemindən

  4. Yayılma zonasından, texniki vəziyyətindən

  5. Energetik göstərilərindən, enerji daşıyıcılarından

35. Neqativ amillərin meydana çıxmasına təkan verən səbəblər hansılardır?



  1. Təbii proseslər, insanların icazəsiz və yalnış fəaliyyəti, texniki sistemin qeyri mükəmməlliyi

  2. Texniki sistemin köhnə olması, işçilərin savadsızlığı, qanunları bilməməsi

  3. Əhalinin savadsızlığı, mariflənməməsi, zəif olması, informasiya qıtlığı

  4. Texniki sistemlərin düzgün istismar olunmaması, insanların psixo-mənəvi hazır olmaması

  5. Zəlzələnin baş verməsi, sel, daşqın, uçqunların əmələ gəlməsi, urbanizasiyanın düzgün aparılmaması

36. İnsanların və biosferanın, neqativ amillərin təsirindən mühafizəsi hansı halda vacibdir?


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin