Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə57/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   242
III Təlim prosesi vahid pedaqoji prosesin tərkib hissəsi olub, inkişafın uzunmüddətli tarixi proseslərinin (mənimsəmə və idrak proseslərinin) fərdi inkişafa köçürülməsidir. Başqa sözlə, təlim prosesi bəşəriyyətin hazırlamış olduğu maddi və mənəvi sərvətlər haqqında bilik, bacarıq və vərdişlərin məqsədyönlü və mütəşəkkil şəkildə gənc nəslə çatdırılmasıdır.

Təlim prosesi anlayışını daha yığcam şəkildə səciyyələndirən Y.K.Babanski yazır: “Ümumtəhsil məktəblərində təlim prosesi mü-əllim və şagirdlərin elə xüsusi təşkil olunan fəaliyyətidir ki, təhsil, tərbiyə və inkişaf vəzifələrinin həllinə yönəldilir”. Təlim prosesində, doğrudan da təhsil, tərbiyə və inkişaf vəzifələri daxili vəhdətdə yerinə yetirilir



Öyrətmə - müəllimin təlim məqsədlərini reallaşdırma, məlumat vermə, tərbiyəetmə, biliklərin dərk edilməsi və praktik tətbiqi haqqında sistemli fəaliyyətidir.

Öyrənmə - dərketmə, çalışma və təcrübəyə yiyələnmə sayəsində şagirddə yeni davranış və fəaliyyət formalarının yaranması prosesidir.

Təlim – qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətidir. Təlim şagirdlərin xüsusi olaraq təşkil edilmiş elə idraki fəaliyyətidir ki, bu prosesdə elmi biliklər, zəruri fəaliyyət qaydaları, ətraf aləmə emosional-yaradıcı münasibət formalaşır və şagirdlərin ümumi inkişafı təmin edilir.

Təlim prosesi şagirdin (tələbənin) idrak yolundakı hərəkəti ilə bağlıdır: o, biliksizlikdən bilikliliyə doğru inkişaf edir. Təlim prosesinin xarakteri, məzmunu və təşkili formaları cəmiyyətin tələbi ilə, elmi-texniki tərəqqinin təsiri ilə müəyyən olunur.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin