Humanistləşmə - müasir məktəbdə şagirdlər elmlərin əsaslarını insan və onun həyatı haqda olan biliklərlə birlikdə mənimsəyirlər. Bu hal humanist təfəkkür tipinin formalaşmasına, həyatın mənasını dərk etməyə, problemlərə optimist yanaşmağa kömək edir. Humanistləşmədə əsas rol dil və ədəbiyyatın tədrisinə, estetik tərbiyəyə, insanşünaslığa ayrılır.
İnteqrasiya – təlim prosesində eyni obyekt haqqında müxtəlif fənlər üzrə öyrədilən biliklərin təhlil, tərkib, müqayisədən istifadə etməklə əsas anlayışlar üzərində birləşib vahid təsəvvür formalaşdırmasına deyilir. Müasir məktəbdə iki-üç fənnin bu cür birləşməsindən əmələ gələn inteqrasiyaolunmuş kursların sayı artmaqdadır.
Differensiasiya – təhsilin məzmununun məktəbin tipindən, regional xüsusiyyətlərdən, şagirdlərin istedad səviyyəsindən asılı olaraq fərqləndirilməsinə (invariant hissəsi saxlanılmaqla) deyilir.