Memar əCƏMİ naxçivani yaradiciliğinda ahəngdarliq



Yüklə 0,87 Mb.
səhifə7/32
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#107750
1   2   3   4   5   6   7   8   9   10   ...   32
3. Simmetriya

Mütənasibliklə yanaşı harmoniyanın əsas anlayışlarından biri də simmetriyadır. Təbiət elmlərinə və fəlsəfəyə nəzər saldıqda görürük ki, simmetriya bəşər mədəniyyəti üçün qəribə sxemlərin ( naxışlar ) məqsəd və vəzifəsini qarşılıqlı əlaqələndirir və tarazlaşdırır. Simmetriyanın dərkinə əsaslanan nəzəriyyə bu sahədə bəşər bilgisi üçün çox önəmli rol oynaya bilər, simmetriyanın tətbiqi üsulu isə detallar üzərində incə məna ilə düşünməyi tələb edir. G. Veyl yazır: "Mən nə qədər mühakimə etdimsə gördüm ki, faktlarsız (aksioma) qəbul olunan bütün müddəalar öz mənbəyini simmetriyadan götürür"[16. s.13]. Elm və incəsənətin bir çox sahələrində qəbul olunan forma və ifadələr nəticə etibarı ilə simmetriyaya söykənir. Simmetriyanın prinsipləri bilik dairəsini vahid şəklə salır və bütünləşdirir. Simmetriya ilə məşğul olanlar bilir ki, onun tətbiq dairəsi nə qədər genişdir. Rəssamlar, musiqiçilər və alimlər eyni anlayışlara söykənirlər, lakin müxtəlif dillərdə danışırlar. Buda onlara imkan vermir ki, eyni problemin həlli üçün bir - birini başa düşsünlər.

Müasir dövrdə simmetriya iki cür anlaşılır: Antik dövrdən gələn və mütənasibliklə anlaşılan birinci anlayışa görə "Simmetriya ayrı-ayrı hissələrin qanunauyğunluğunun elə növüdür ki, onları vahid məqsəddə birləşdirir" [3. s. 35] .İkincisi, simmetriyanın müasir anlayışı olan qruplar çevrilməsidir. Lakin hər iki halda simmetriyanın mahiyyəti müxtəlifliklərin eyniliyindən başqa bir şey deyil. Təbiət elmlərinin bütün sahələrində simmetriya fəzanın strukturunu saxlayan həndəsi çevrilmədir. Bu çevrilmə təbii obyektləri güzgü əksetdirmə, dönmə (fırlanma), köçürmə əməliyyatları yolu ilə özünə konqrent cisimlərə çevirir və nəticədə uyğun simmetriya növləri-güzgü, köçürmə və dönmə simmetriya növləri meydana çıxır.

Qədim Yunan mifologiyasına görə biçimsizliyi, qaydasızlığı, qarma-qarışıqlığı, xaosu əcdahalar (sehirli qüvvələr) törədirlər. Allahlar isə qayda-qanunun, harmoniyanın ifadəçisidir. Buna görə də onlar allahların parlaq obrazlarını harmoniya və onun qanunları olan simmetriya və mütənasibliklə əbədiləşən gözəl heykəllərdə ifadə edirdilər.

Harmoniya və onun qanunları simmetriya ilə, mütənasibliklə təbii şeylərin quruluşunu təcəssüm etdirir. Beləliklə, qədim Yunanlar qayda- qanunu və gözəlliyi harmoniya ilə eyniləşdirirdilər [4.s.158].

Simmetriya harmonik anlayışdır. Bütün kainatın simmetrik quruluşda olması onun sonsuz xassələrini ortaya çıxarır. Xüsusi halda bərabərliyi ifadə edən simmetriya mütənasmiblik xassəsinə malikdir. Bizim üçün ən vacibi ölçünün dəyişmə hadisəsi və inkişaf xassəsidir ki, bu da dinamiki simmetriyadır. "Eyni və bərabər hesab edilən hissələrin ölçüləri arasında funksional asılılığın olması dinamiki simmetriyanın əsas xüsusiyyətidir" [4. s. 19].

Simmetriyanın əyrixətli elementlərinin vacib dəyişkənliyi nəzərə alındıqda bu prinsip dissimmetriya anlayışında öz əksini tapır. Düzxətli simmetriyanın evalyusiya prosesində əyrixətli hala çevrilməsi zamanı simmetriya prinsipləri itmir.

Cansız təbiətdə düzxətli simmetriyanın əyrixətli simmetriyaya (homologiya) çevrilməsi canlı təbii varlıqların hərəkətli orqanlarına çevrilməsi ilə nəticələnir. İnsan və heyvan bədəninin quruluşu xaricən statiki simmetriyaya malikdirsə, daxilən dinamiki xarakter daşıyır, asimmetrikdir. Ömrünün sonlarında görkəmli təbiətşünas və mütəfəkkir V. İ. Vernadski göstərirdi: "Mənə elə gəlir ki, canlı varlıqların simmetriyası onların xarici formalarının simmetriyasından daha dərin mahiyyət kəsb edir" [1. s. 151]. Simmetriya və mütənasiblik harmoniyanın əsas prinsipi olmaqla, mütənasblik bərabər, eyni, eyni cins dəyişmə, simmetriya isə bərabər, eyni, eyni cins quruluşun saxlanmasıdır.





Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin