Memar əCƏMİ naxçivani yaradiciliğinda ahəngdarliq



Yüklə 0,87 Mb.
səhifə8/32
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#107750
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
4. Mütənasiblik
Mütənasiblik məfhumu altında tam və onun hissələrinin bir-birinə və tama olan münasibəti başa düşülür. Antik dövrdə mütənasiblik belə başa düşülürdü; "İki hissə və ya kəmiyyət üçüncünün vasitəsi olmadan əlaqə yarada bilməz, bu mütanasibliklə qazanılır. Ədədlərin mütənasibliyinə gəldikdə isə üç ədəd o vaxt mütənasib olur ki, birincinin ortancıya nisbəti, ortancının üçüncüyə nisbəti kimi eyniləşsin"

[57. s.7]. Burada ifadə olunan orta müənasiblik hissələr arasında əlaqə qanunun ifadə etdiyinə görə harmoniyanın tərkib hissələrindən biridir. Mütənasibliyin aşağıdakı növləri var:

1. Ədədi mütənasiblik: a - x = x - b

Hesabi orta:

2. Həndəsi mütənasiblik: a:x = x:b . Həndəsi orta x =

3. Orta harmonik: 1 : x=1 : 2

4. Qızıl bölgü: Bu tamın elə iki hissəyə bölünməsidir ki, tamın özünün böyük hissəsinə olan nisbəti, böyük hissəsinin kiçik hissəsinə olan nisbəti kimidir. Yəni

(a+b) : a=a : b=( +1) : 2=1.618..=F

Belə ki, F-1=0,618... - 1 = F

Qeyd etmək lazımdır ki, mütənasibliyin qızıl bölgü prinsipi qədim Yunan filosoflarına məlum idi. Qədim Yunan fəlsəfəsinin dahi nümayəndəsi Platonun "Timey" əsərində əsas etibarı ilə dünyanın mənşəyi, quruluşu, onu dərk etmək üsullarından bəhs edilir. Platona görə səliqə - səhmanlı kainatın elementləri onun təşəkkülünə qədər başdan-başa qayda və əndazədə məhrum olmuş vəziyyətdə idi [82 s 238].

Amma onları bu vəziyyətdə görən yaradıcı müəyyən qanunauyğunluqla əşyavi elementləri ciddi səbəbiyyət əlaqəsinə malik qanunauyğun qarşılıqlı təsir vəziyyətinə gətirmişdir. "Həm də ən yaxşı əlaqə, şübhəsiz ki, iki şeyi bölünməz bütöv bir şeydə birləşdirən əlaqədir" [82 s. 211].

Platon şeylərin növlərinin həm formalarına, həm qarşılıqlı təsirlərinə, həm də birinin digərinə çevrilməsi üsullarına görə çox müxtəlif olduqlarını göstərməklə, həmin şeylərin bizə hansı qaydada müxtəlif cür təsir göstərdiklərini də izah etməyə çalışmışdır.

Mütənasiblik harmoniyanı müəyyən edən prinsiplərdən biri olduğu üçün birmənalı deyil. Forma araşdırıcıları üçün cəbrdə ədədi, həndəsədə həndəsi kateqoyria olmaqla ölçünün bərabər dəyişməsidir. Onun bu xassəsi cəbrdə ədədlər münasibətini, həndəsədə həndəsi oxşarlığı müəyyən edir.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin