Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan



Yüklə 0,65 Mb.
səhifə42/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   38   39   40   41   42   43   44   45   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Şəkil. Fillips əyrisi:

T- inflyasiyanın tempi;

U- işsizlik səviyyəsi;

Ph- Fillips əyrisi.

Lakin bu tədbirlərin həyata keçirilməsi heç də həmişə istənilən nəticəni vermir.

Pul kütləsinin artım tempinin aşağı salınmasının qaçılmaz nəticəsi istehsal və məşğulluq səviyyəsinin aşağı düşməsidir. Bu qarşılıqlı asılılığın xarakterini Fillips əyrisi əks etdirir, həmin əyri göstərir ki, işsizlik artdıqca əmək haqqının artım tempi azalır və deməli, işlizliklə inflyasiya arasında sabit və qabaqcadan görülə bilən əks əlaqə mövcuddur. Fillips əyrisi iqtisadiyyatda qiymətlərin praktik olaraq artmadığı işsizlik səviyyəsinin mövcud olduğunu göstərir.

Fillips nəzəriyyəsi bəzi iqtisadçılar tərəfindən tənqid olunur, amma bununla belə qısamüddətli dövrdə o, gerçəklik tərəfindən təsdiq olunur.

1974-1975-ci illərin dərin iqtisadi böhranı zamanı staqflyasiya adı almış vəziyyət yarandı ki, bu zaman inflyasiyanın yüksək tempi yüksək işsizlik səviyyəsi ilə eyni zamanda mövcud idi. XX əsrin 80-ci illərində işsizlik və inflyasiya eyni zamanda azalırdılar, yəni onlar əks asılılıqda deyil, bir-başa asılılıqda idilər (staqflyasiya Fillips əyrisinin sağa yerdəyişməsi kimi təsvir oluna bilər). Bu, Fillips nəzəriyyəsinə və onun əsasında aparılan iqtisadi siyasətə etibarı azaltdı.

Fillips əyrisinin yeni şəraitdə təhlilini təbii işsizlik səviyyəsi nəzəriyyəsi əsasında E.Felps və M.Fridmen verdilər. Bu nəzəriyyəyə görə uzunmüddətli dövrdə Fillips əyrisi şaqulidir. Əgər işsizliyin faktik səviyyəsi təbiiyə yaxındırsa, əmək bazarı müvazinətli vəziyyətə gəlir və inflyasiyanın faktiki səviyyəsi gözlənilənə yaxın olur.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin