Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə134/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   130   131   132   133   134   135   136   137   ...   141
Humanist yönümlü tərbiyə konsepsiyaları şəxsiyyətin özünüaktuallaşdırması, özünü­re­al­laş­dır­ması üçün onu olduğu kimi qəbul etməyi, onun hüquqlarının valideynlər, müəllim və tərbiyəçilər tərəfindən qorunmasını tələb edir.

Müasir pedaqogikada müxtəlif konkret tərbiyə konsepsiyaları irəli sürülür:



  • yüksək mədəniyyətə və əxlaqa malik vətəndaşlar tərbiyəsini əsas götürən konsep­siya. Bu konsepsiyaya görə tərbiyə şəxsiyyətin sosiallaşmasının zəruri şərtik olub, mədəni dəyərlərin qoruyucusu, yaradıcısı və inkişafetdiricisi olan insanlar yetişdir­məyə xidmət etməlidir.

  • Tərbiyəyə insanın bir fərd və subyekt kimi, şəxsiyyət və fərdiyyət kimi inkişafı prosesini pedaqoji baxımdan səmərəli idarəetmə vasitəsi kimi konsepsiya.

  • Tərbiyəyə insanın cəmiyyətdə rolunu müəyyənləşdirmək sistemi kimi yanaşan konsepsiya. Bu konsepsiyaya görə, insan yaşadığı sosiuma aiddir və burada müəy­yən sosial rola malikdir. Sosial rol- insanın missiyası, cəmiyyətdəkireal fəaliyyəti­dir. Tərbiyə insanı öz sosial rolunu yerinə yetirməyə hazırlamalıdır. Insan ailədə - oğul, qız, valideyn; əmək kollektivində- iqtisadi, təşklilati, pedaqoji əlaqələndirici; cəmiyyətdə -vətənpərvər, siyasətçi, hüquqi və s. rollar daşıya bilər.

Mövzu 15


Məktəbşünaslıq

Plan:

  1. Məktəbin idarə olunması və ona rəhbərlik

  2. Məktəbdə metodiki işlər və pedaqoji şura

  3. Məktəbdaxili nəzarət

  4. Məktəb sənədləri

  5. Məktəbin maddi-texniki bazası

ƏDƏBİYYAT:

1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s. 256-268

2.Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı, “Elmvə Təhsil”,2016,456 s.

3. Sadıqov F. Pedaqogika. Dərs vəsaiti. Bakı, Adiloğlu, 2012


1. Məktəbşünaslıq ümumi pedaqogikanın sahəsi olub, məktəb işinin məzmununu idarəetmə yollarını, məktəbə rəhbərlik sisteminin xüsusiyyətləri və təşkilatı işlərini öyrənir. Məktəbşünaslığın predmetinə, həmçinin müxtəlif tip məktəblərin təşkili, onlara rəhbərlik və maliyyə məsələlərinin həlli daxildir. Ümumi təhsil məktəbi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Qanunu, Ümumtəhsil məktəbinin Nizamnaməsi əsasında qurur.

Müair dövrdə məktəbdə təlim-tərbiyə prosesinə rəhbərliyin elmi səviyyəsinin yüksəldilməsi yolları təxminən aşağıdakılardır:



  • təlim-tərbiyə prosesi vəzifələrinin dəqiq müəyyən edilməsi və bunun hər bir məktəbin konkret şəraiti üçün nəzərə alınması;

  • məkətəbdə vəzifələrin səmərəli, dəqiq bölünməsi, adamların qabiliyyət, təcrübə və imkanlarından məqsədəuyğun isifadə edilməsi;

  • təlim-tərbiyə prosesinin intensivləşdirilməsi, daha səmərəli forma və metodlarının müəyyən edilməsi;

  • hər bir məktəb işçisinin vaxtdan səmərəli istifadə etməsi;

  • məktəbin maddi-texniki bazasından, maddi və maliyyə ehtiyatlarından düzgün və daha məqsədəmüvafiq istifadə edilməsi;

  • müəllim və şagirdlərin yüksək iş qabiliyyətinin təmin edilməsi, məktəbdə sağlam, yaradıcı mühit yaradılması;

məktəbin idarə edilməsinin elmi səviyyənin yüksəldilməsində obyektiv və vaxtında verilən informasiyanın olması vacibdir

Məktəb işinin müvəffəqiyyəti məktəbə rəhbərliyin güzgün təşkilindən asılıdır. Məktəbə rəhbərliyin düzgün təşkili aşağıdakıları nəzərdə tutur:



  1. Ümumiyyətlə pedaqoji kollektivin və ayrıca hər bir məktəb işcisinin, eyni zamanda özünün fəaliyyətinin elmi təhlili.

  2. Planlaşdırma və proqnozlaşdırma.

  3. Kollektivin işinin təşkili (dəqiq vəzifə bölgüsü, məktəb işçilərinin təlim-tərbiyəsi).

  4. Şəxsi pedaqoji fəaliyyət.

  5. Təlim-tərbiyə prosesinə rəhbərlik və ona nəzarət.

  6. İnzibati – təsərrüfat və ictimai fəaliyyət.

MƏKTƏB RƏHBƏRLƏRİ


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin