Нязяри вя практики риторика


IV FƏSİL. Elokusiya §1. Ritorikanın tərkibində elokusiyanın yeri



Yüklə 3,92 Mb.
səhifə58/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   54   55   56   57   58   59   60   61   ...   107

IV FƏSİL. Elokusiya




§1. Ritorikanın tərkibində elokusiyanın yeri

Elokusiyanı rəsmi şəkildə təqdim etmək üçün aşağıdakı yoldan istifadə etmək olar.

Dinləyicilərə hər hansı məlumatı təqdim edən şəxs yal­nız müəyyən materialı təqdim etmək (invensiya) və bu mate­rial­dan rahat şəkildə istifadə etmək üçün onu bölüşdürmək (dis­pozisiya) vəzifələrini deyil, həm də bu materialı müəyyən şəkildə, başqa sözlə, müəyyən üslubda «çatdırmaq» vəzifəsini öz üzərinə götürür.

Mahiyyətcə elokusiya əvvəlcədən kifayət qədər geniş sa­hədə məsləhətlər verir və aşağıdakı kateqoriyalara əsaslanır:

- aptum – məqsədəuyğun dil vasitələrinin seçimi;

- puritasqrammatik cəhətdən düzgünlük;

- perspecuitas – fikrin səlisliyi;

- ornatus – ifadənin gözəlliyi.

Aydın məsələdir ki, necə danışmaq deyərkən xüsusi ola­raq «qəşəng danışmaq» nəzərdə tutulmurdu. Qəşənglik yuxa­rıda adı çəkilən kateqoriyalarla əlaqədar olaraq onların fonun­da mükəmməl düşüncənin və izahın özünəməxsus nəticəsi ki­mi çıxış edirdi.

Burada elokusiyanı dispozisiyaya oxşar şəkildə təqdim etməyə, daha doğrusu məntiqi səhvlərin adlarını təkrarlamağa və onları «pozitiv variantda» nəzərdən keçirməyə çalışmaq nə­zəri cəhətdən aldadıcı xarakter daşıya bilər.

Amma istənilən həddindən artıq «mükəmməl» nəzəriyyə şübhəli görünə bilər. Buna görə də bu ideyanı bir kənara qo­yaq. Amma hər dəfə bu və ya digər fiquru ona müvafiq olan pa­ra­logizm ilə əlaqələndirmək imkanı yarananda biz buna cəhd edəcəyik.

Elokusiyanı çox vaxt həm də fiqur adlandırırlar. Fiqur nə­zə­riyyəsinə keçməmişdən əvvəl yenidən xatırlayaq ki, bu dərs­likdə fiqurlar məntiqi səhvlərin pozitiv analoqları kimi nə­zərdən keçirilir.

Məlum olduğu kimi, məntiqi səhvlər və ritorik kəşflər (biz indi ritorika terminini bu sözün sonrakı mənasında işlədə­cəyik, yəni dildən istifadənin ritorik funksiyasını nəzərdə tuta­ca­ğıq) eyni mahiyyətə malikdirlər. Amma bu «mahiyyət»in məhz nəcə təzahür etməsi hələ sual altındadır.

Ətraflı və hərtərəfli cavab vermək iddiasında olmasaq da, yalnız onu qeyd edək ki, cavab hər şeydən əvvəl «koordinat sis­­tem»i sahəsində ola bilər. Bu və ya digər nitq hadisəsi bu koor­dinat sisteminə nəzərən araşdırılır. Məsələ belədir ki, qiy­mətləndirmə koordinat sisteminin özü tərəfindən həyata ke­çirilir.

Eyni, bir-biri ilə əlaqəli olan komponentlərin sistemi kimi tam nitqin «daxili «mühiti» problematik nitq hadisəsinin qavra­nılması üçün zəruri» fon yaradır: onun məntiqi səhv və ya rito­rik kəşf olması isə onun daxili mühitin digər komponentləri ilə ne­cə qarşılı əlaqədə olmasından asılıdır.

Müəyyən koordinat sistemi daha ümumi xarakterə malik olan digər koordinat sisteminə daxil olur: təxminən eyni şə­kildə tərtib edilmiş hər hansı növ məlumatların bütün cəmi, öz növbəsində bu cəmi müəyyən nitq üslubu kimi təsnif etmək imkanı yaradır.

Üsbula dair təlim kimi ritorikanın incəliklərinə nəzər salmaq yəqin ki, burada məqsədəuyğun deyil. Amma ritorika əvvəllər həqiqətən bu funksiyanı da yerinə yetirirdi. Sonralar bu funksiyanı poetika və stilistika həyata keçirməyə başlayıb.

Qeyd edək ki, hətta üslub anlayışını öyrənmədən də me­ta­fora, hiperbola, parafraz kimi «ritorik kəşflərin» heç də istə­nilən mətn üçün münasib olmadığını təsəvvür etmək olar. Və ya, başqa sözlə desək, onlar istənilən mətndə təbii şəkildə çı­xış edə bilməzlər.

Amma burada söhbət xüsusi olaraq fərdi metafo­radan, hiperboladan, parafrazdan və s. gedir. Halbuki nitq pro­se­sində ümumdil variantları mövcuddur.

Bu ümumdil variantları ritorik funksiyada bir təbii dildən digər təbii dilə körpü rolunu oynayır. «Dilin strukturunda tro­­pun möhkəmlənməsi -tropların ən görkəmli tədqiqatçısı V.N.To­­­porov yazır, - və tropların qurulmasına qarşı dilin təbii meyli heç bir zaman inkar edilməyib, amma aydın şəkildə lazımi qə­dər qiymətləndirilməyib» (Toporov V.N. Tropı.// Linqvis­ti­çeskiy gnüiklopediçeskiy slovarğ. M. 1990, s.520).

Həqiqətən fiqurlardan istifadənin qadağan edilməsi məlumatın növündən asılı olmayaraq öz əksini tapmır.

Bu günkü müxtəlif növ mətnlər arasındakı əlaqələr və məsələn, antik dövrdə olan müxtəlif növ mətnlər arasındakı əla­qələr təbii ki, eyni deyil. Bu səbəbdən də üslub nəzəriy­yə­sinin müasir nitq praktikasına proyeksiyası səmərəsiz ola bilər.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin