Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə55/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   51   52   53   54   55   56   57   58   ...   107
Məlumatın predmetinə yönələn yekunlaşdırıcı nəticə ri­torik ənənəyə uyğun olaraq hadisənin sxemini təkrar edən nə­ticə kimi müəyyən edilir. Bəzən belə nəticəyə kəskin ehtiyac hiss oluna bilər – xüsusən də əsas hissə fabulyar olaraq, daha doğ­rusu xətti sxemə uyğun olmayaraq qurularsa bu ehtiyacı duy­maq olar.

Əsas hissə belə qurularkən dinləyicilər aydın şəkildə ha­disənin strukturunda nizam yaratmağa, "nəyin nədən sonra baş ver­diyini" izləməyə ehtiyac duyurlar. Əgər onlar "həyatın mən­tiqinə" deyil, danışanın məntiqinə uyğun olaraq əsas hissə­də hadisəyə dair informasiya alıblarsa, onların şüurunda bu nizam yaranmaya da bilər.

Və əksinə, əgər onlar "həyatın məntiqinə" uyğun olaraq hadisələrə dair informasiya alsalar, onda onlar müəllifin şərhi­nə ehtiyac hiss edəcəklər (danışan hadisə ilə niyə maraqlanır, burada ən mühüm aspektlər kimi hansı məqamları fərqlənir və s.). Beləliklə, istənilən halda nəticə əsas hissə ilə elə əlaqə­lən­dirilə bilər ki, bundan həm "predmet" (hadisə), həm də dinlə­yi­cilər fayda götürər. Əlbəttə, bunun üçün yekunlaşdırma prose­du­ru düzgün həyata keçirilməlidir.

Məsələn, mən məlumatın predmeti istiqamətində "Alisa möcüzələr ölkəsində" kitabını yekunlaşdırarkən, yəqin ki, Alisanın kim olduğunu və onun möcüzələr ölkəsinə necə gedib çıxdığına dair yığcam sürətdə məlumat verməliyəm, onun mö­cüzələr ölkəsində hərəkətinin əsas "məqamlarını" və onun yol­da rast gəldiyi əsas fiqurları qeyd etməliyəm, onun evə qayıt­masını da qısaca olaraq təsvir etməliyəm.

Məlumatın predmetinə yönəlmiş yekunlaşdırma prose­duru xülasənin işlənilib hazırlanması proseduruna oxşardır və əslində eyni qaydalar əsasında qurulur. Bu qaydalar aşağıda­kılardır:

- faktı faktın qiymətləndirilməsi ilə (daha doğrusu obyek­tiv olanı subyektiv olan ilə) qarışdırmaq olmaz;

- mühüm olanı təsadüfi olanla qarışdırmaq olmaz;

- predmet sahəsinin sərhədlərini genişləndir­mək/da­ralt­maq olmaz;

(daha doğrusu mənzərəyə yeni məlumatlar əlavə etmək və ya zəruri olan əvvəlki məlumatlardan hər hansı birini nə­zər­­dən qaçırmaq olmaz)

- ilkin olaraq formulə edilənləri həddindən artıq güclü şəkildə dəyişdirmək olmaz;

- kənara çıxmaq olmaz;

Bu yekunlaşdırma növündən fərqli olaraq məlumatın struk­turuna yönəlmiş yekunlaşdırma hadisənin özünün sxemini deyil, onun haqqında olan məlumatın məntiqi sxemini təkrar etməyi nəzərdə tutur. Bu çox faydalı ola bilər, çünki məsələn, mürəkkəb struktura malik oaln məlumat bir dəfə səslənməklə dinləyicilərin yaddaşında qalmaya da bilər.

Əgər kompozisiyada «izahatın – əsaslandırmanın fraq­men­ti», «izahatın – əsaslandırmanın digər fraqmenti» və s. ki­mi məqamlar daim bir-birini əvəzləyirsə nəticə mərhələsində bu məqamlardan hansının danışan üçün daha çox əhəmiyyət kəsb etdiyini dinləyicilərə göstərmək lazımdır. Bunun üçün mə­lumatın strukturuna yönəlmiş yekunlaşdırıcı nəticədə mə­lumatın konstruksiyanın ən ümumi cəhətləri, həmçinin burada işlənən arqumentlərin ardırıcıllığı və s. təkrar edilə bilər.

Məsələn, «Alisa …» kitabının məzmununu məlumatın strukturu istiqamətində ümumiləşdirərək, mən Alisanı 12 fə­sil­dən ibarət olan ki­tabın əsas qəhramanı kimi qasıca olaraq təq­dim etməliyəm; hər bir fəsildə qəhrəmanın möcüzələr ölkə­sindəki sərgüzəştlə­rin­dən bir epizod təsvir edilib. Daha son­ra kitab üçün mühüm əhəmiyyət kəsb edən fəsilləri – mə­sə­lən, 1, 3, 8, 11, 12 (Ali­sa­nın kraliça ilə qarşılıqlı əlaqələr təs­vir edilən) seçib ayırmaq və bu fəsillərdə baş verənlər haq­qın­da qısaca məlumat vermək lazımdır. Təbii ki, bu zaman mən bu fəsillərin tamın tərkibin­dəki yerini (əvvəldə, ortada, axırda) göstərməli olacam.



Məlumatın strukturuna yönəlmiş yekunlaşdırmanı annota­siya vermə ilə eyniləşdirmək olar. Annotasiya prosesi hadisəyə dair informasiyanın verilmə ardıcıllığı və həcmi barəsində qısa xülasəni nəzərdə tutur və müəyyən qaydalara tabedir:

- məlumatın strukturunun ümumi zəruri xarakteristikasını yaddan çıxarmamaq;

- məlumatın strukturunu çıxış zamanı dəyişdirməmək;

- bir hissədən digərinə keçid zamanı əsaslandırmanı nə­zər­dən qaçırmamaq.

Bir daha xatırladaq ki, burada yalnız yekunlaşdırma isti­qa­mətində oriyentirlər göstərilib. Aydın məsələdir ki, məz­mu­nu yekunlaşdırarkən məlumatın komponentlərinin adlandı­rıl­ma­sından qaçmaq çətindir. Bundan başqa, xülasə üçün irəli sü­rülən tələblər annotasiyaya yanaşmada düzgündür. Əsas məsə­lə danışanın hansı növ yekunlaşdırmaya üstünlük verməsidir.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin