«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi


Elektrik cihaz və alətləri ilə işləyərkən təhlükəsizlik tədbirləri



Yüklə 1,63 Mb.
səhifə10/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   6   7   8   9   10   11   12   13   ...   29
TTQ FHN emr 150

4.7. Elektrik cihaz və alətləri ilə işləyərkən təhlükəsizlik tədbirləri.

4.7.1. Xilasedicilər elektrik cərəyanı daşıyıcıları ilə çox ehtiyatlı davranmalıdırlar. Bir sıra təhlükələrdən fərqli olaraq, insan elekt­rik təhlükəsini müəyyən edə bilmir. Belə ki, onun nə rəngi, nə iyi, nə səsi var, yəni görmə, eşitmə, iybilmə və dadbilmə duyğuları burada heç bir köməklik etmir. Beşinci hissə-toxunma hissinə isə güvənmək qadağandır. Çünki bu həyat bahasına başa gələ bilər. Ona görədə elektrik naqillərinin şəbəkəyə qoşulu olub-olmadığının barmaq (digər ətraf orqanlarla) vasitəsi ilə yoxlanılması qəti qadağandır.

4.7.2. Elektrik təhlükəsizliyi məqsədilə hər bir məftil və elektrik cihazı gərginlik altında olan kimi qəbul edilməlidir. Hətta “ölü” (yəni elektrik şəbəkəsindən ayrılmış) məftillə belə ehtiyatlı davranılmalıdır. Belə ki, əlin “ölü” məftilə toxundurulması zamanı bilmədən kimsə həmin “ölü” məftili cərəyana qoşa bilər.

4.7.3. Nəm torpaq və ya rütubətli ərazilərdə yerdən izolə olunmaq üçün rezin çəkmə və ya qaloşlardan istifadə edilməli, ayağın altına is cərəyan keçirməyən material sərilməlidir.

4.7.4. Təhlükəsizlik tədbirləri:

4.7.4.1. tutacaqları izolə edilmiş alətlərdən istifadə etdikdə, barmaqlarla alətlərin metal hissələrə sürüşməsinin qarşısını alan tirlərdən (upor, burtik) tutulmamalıdır;

4.7.4.2. dielektrik çexol və ya örtük alətin tutacağına boş oturan, izolə olunmamış (tutacaqları), şişmiş, təbəqələşmiş, çatlamış və s. hissələri olan elektrik alətlərin istifadəsi qadağandır;

4.7.4.3. tutacağı izolə olunmuş alətlər bağlı otaqlarda, rəflərdə saxlanılmalıdır və istilik cihazlarından, günəş şüalarından, nəmişlikdən qorunmalıdır;

4.7.4.4. tutacaqları izolə olunmuş alət sınaqdan keçməlidir;

4.7.4.5. elektrik alətləri, əl elektrik maşınları, daşınan transformatorlar və işıqlandırıcılar iş zamanı təhlükəsiz olmalıdırlar, açıq cərəyan keçirici hissələri olmamalıdır, korpusda və naqillərin izolyasiyasında zədələr olmamalıdır;

4.7.4.6. elektrik aləti quru otaqda saxlanılmalıdır, inventar nömrəsi olmalıdır, 6 ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır;

4.7.4.7. cərəyan 42 Voltdan yuxarı olduqda elektrik alətinin korpusu xüsusi naqil (cərəyan keçirən naqil olmayan) vasitəsi ilə yerlə birləşdirilməlidir (zazemlit);

4.7.4.8. elektrik aləti ilə iş zamanı onun kabel və naqilləri boş (asılmış) vəziyyətdə olmalıdır;

4.7.4.9. naqil və kabellərin metalik, isti, nəm və yağlı səthlərinə və ya əşyalara toxunmaq qadağandır;

4.7.4.10. elektrik aləti ilə iş zamanı elektrik cərəyanın kəsilməsi və ya işin sona çatması zamanı alət elektrik şəbəkəsindən ayrılmalıdır;

4.7.4.11. elektrik aləti ilə işləyən zaman elektrik alətində nasazlıq və ya elektrik cərəyanın azacıq təsiri hiss edilərsə, dərhal iş dayandırılmalı və nasaz alət yoxlanışa və ya təmirə təhvil verilməlidir;

4.7.4.12. elektrik işıqlandırıcıları reflektor və asmaq üçün qarmağı olan qoruyucu tor ilə təchiz olunmalıdır;

4.7.4.13. yüksək təhlükə olan və açıq sahələrdə işləri yerinə yetirərkən elektrik cərəyanı 42 voltdan yuxarı olmayan, daha yüksək təhlükəyə malik və əlverişsiz şəraiti olan yerlərdə isə 12 voltdan yuxarı olmayan daşınan işıqlandırıcılar və elektrik alətlərindən istifadə olunmalıdır;

4.7.4.14. ölçü cihazlarının metalik korpusları və daşınan transformatorların örtüyü və onların sarğıları yerlə birləşdirilməlidir (zazemlit);

4.7.4.15. stasionar iş yerlərinin kənarında yalnız ikili izolə edilmiş elektrik drelindən istifadə edilməlidir;

4.7.4.16. işlər yalnız müvafiq hazırlıq keçmiş və təhlükəsizlik texnikası üzrə birinci ixtisas qrupuna malik və attestasiya keçmiş şəxslər tərəfindən aparılmalıdır;

4.7.4.17. uçqunlarda metal konstruksiyalar və yüksək rütubət olduqda dielektrik əlcəklər, rezin ayaqqabılar və yaxud rezin ayaq altıqlardan istifadə edilməli və 127 – 220v gərginlikdə işləyən elektrik alətlərindən istifadə olunmalıdır;

4.7.4.18. 30V-dan yuxarı gərginlikdə işləyən elektrik alətin korpusu mütləq torpağa birləşdirilməlidir;

4.7.4.19. bütün elektrik alətləri bağlı və izolə olunmuş giriş elektrik naqilləri ilə təchiz olunmalıdırlar;

4.7.4.20. elektrik alətlərinin naqillərinin açıq başlarını elektrik xətlərinə və yaxud ayırıcının (rubilnikin) kontaktlarına birləşdirilməsi qadağandır;

4.7.4.21. elektrik xətləri bir-biri ilə kəsişməməli və zədəli olmamaldırlar;

4.7.4.22. yağış və qarlı havada elektrik aləti ilə yalnız üstü örtülü yerlərdə işlər yerinə yetirilməlidir;

4.7.4.23. birfazalı elektrik avadanlıqlarının korpusunu yerə birləşdirmək üçün işlək “O” naqilindən istifadə etmək qadağandır;

4.7.4.24. elektrik naqillərin yer səthindən çəkilməsi, yalnız quru və kabelin zədələnmə təhlükəsi olmayan yerlərdə həyata keçirilməlidir (kabel zədələrdən qorunması üçün asılmalıdır).

4.7.5. Elektrolingdən istifadə edərkən kabelin uzunluğu elə olmalıdır ki, burulmalar və çəkilmələr olmasın. Linglə işlər yalnız qoruyucu eynəklərdə və dielektrik əlcəklərdə yerinə yetirilməli, nəm torpaqda isə dielektrik rezin ayaq altı istifadə olunmalıdır. Dəliklərin açılması “yuxarıdan – aşağı” şaquli və maili vəziyyətdə aparılmalıdır. Ətraf mühitin tempraturu 25-35oC olduqda alət 1,5 saatdan çox işlək vəziyyətdə olmamalıdır (əgər fasilə uzun çəkirsə, alətin sınmaması və dəliyin izolyasiyası üçün ling əvvəlcədən +30oC tempraturunda qızdırılır). Elektrik açarının qoşulmuş vəziyyətində ştepsel lingin birləşdiricilərini birləşdirmək və qoruyucu – söndürücü qurğunu torpağa ötürmək qəti qadağandır.




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin