Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə29/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   25   26   27   28   29   30   31   32   ...   218
3) Əsli müsəlman olub, hansısa səbəbdən kafir olanlar. Onlara hüccət qalxandan və şübhələr qaldırılandan sonra bu qismə aid edilirlər. Buna həmçinin Kufrun Riddə də deyirlər. İnsanın müsəlman olandan sonra mürtəd olması. Riddə irtidattan törədilmiş bir isimdir. Dəyişmək, bir şeydən başqa bir şeyə dönmək deməkdir. İslamdan dönmək də buradan törənmişdir. Bir şeyin halını dəyişdirmək, bir haldan başqa hala çevirmək deməkdir. Mən onu çevirdim, o da döndü mənasında – Radəttuhu Fərtəddə deyilir. İrtidad və Riddə gəldiyi yoldan geri dönmək deməkdir. Lakin riddə küfrə məxsusdur. Küfrə geri dönməyi ifadə edər. «Ey qövmümgeriyə dönməyin». (əl-Maidə 21). Mürtəd geri dönən deməkdir. O, dinindən dönən, İslamı qəbul etdikdən sonra kafir olan kimsədir273. İstilahi Mənası İslamı qəbul etdikdən sonra istəyərək kafir olmaq. Küfrə dönmək – İslama zidd – bir inancla, bir davranışla və ya bir sözlə və ya bir şübhə ilə gerçəkləşir. İmam İbn Muflih – rahmətullahi aleyhi – deyir ki: “Bu İslam dinindən küfrə qayıtmaqdır. Bu da sözlə, etiqadla, şübhə və ya əməllə ola bilər”274. İmam Subki – rahmətullahi aleyhi – deyir ki: “Təkfir – şəriət hökmlərindəndir. Səbəbi isə - Allahı, Peyğəmbərliyi inkar və Allahın (Rəsulunun) küfr adlandırdığı söz və əməli etməkdir. Hətta bu küfrün Cühüd küfrü ilə əlaqəsi olmasa da belə”275. İmam Buxti – rahmətullahi aleyhi – deyir ki: “Bu o kəsdir ki, İslamdan sonra böyük küfrə düşmüşdür – söz, etiqad, şübhə və ya əməllə”276. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: “Əgər həddi buluğa çatmış kişi və ya qadın şirkdən İmana, sonra isə imandan şirkə keçərsə, onlar tövbəyə dəvət edilir. Tövbə etdikləri zaman tövbələri qəbul edilir, əgər tövbə etməzlərsə, onları öldürmək lazımdır”277. İmam Məvradi – rahmətullahi aleyhi – deyir ki: “Əhli Riddə - müsəlman olmuş, lakin dindən dönərək küfrə girmiş kimsədir. İstər müsəlman kimi doğulmuş olsun, istərsə də İslamı qəbul etmiş olsun. Hər iki qism də dindən dönmüş sayılır. Fərq etməz – istər Xristianlığı, Yəhudiliyi, bütpərəstlərin dinini və ya müşriklərin dinini qəbul etsin”278. İmam Nənəvi – rahmətullahi aleyhi – Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hədisi barsində deyir ki: “Öz dinini dəyişdirəni öldürün”279. Söz və əməl ilə İslam dinini dəyişərək başqa dinə keçmiş və bunda inadkarlıq etmişdir”280.

Mürtədin Hökmü - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur ki: «Kim öz dinini dəyişərsə onu öldürün». Alimlər mürtəd kişilərin öldürülməsində ittifaq ediblər. Əgər qadınlar mürtəd olarsa cumhura görə onun da hökmü mürtəd olaraq öldürülür. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «O, həbs olunur, lakin öldürülmür». Həmçinin ixtilaf ediblər ki, mürtədin ölümdən qabaq tövbə etməsində. Bəziləri deyir ki: «Ölüm hökmü verilməmişdən qabaq 3 dəfə tövbə olunmalıdır və bu da bir çox alimlərin rəyidir». Onlardan Ömər, Əli, Məlik, İshaqın, Şəffinin və İmam Əhməd – Allah onlardan razı olsun – rəyidir ki, ölümdən qabaq tövbə etməlidir. Bəziləri isə qeyd edirlər ki, onlar tövbə etdirilmirlər. Tövbə etmədən öldürülürlər. Muaz b. Cəbəl, İmam Həsən, Tavus – Allah onlardan razı olsun – bu rəydədirlər ki, bir başa öldürülürlər. Daha səhih odur ki, tövbə etdirilirlər. Həmçinin ixtilaf edilib tövbənin müddətində: Bəziləri qeyd edirlər ki: Bir dəfə etməlidir, bəziləri üç dəfə, bəziləri üç gün, bəziləri bir ay və s. Bu rəylərin hər birini İbn Həzm öz «Muhəlləq» kitabında gətirir.

Mürtəd Olmağın Şərtləri: İnsan ağıl sahibi olmalı, həddi-buluğa çatmış olmalıdır. Ancaq uşaqdan, məcnundan, ağlını itirən şəxsdən mürtədlik qəbul olunmur. Əgər uşaq, dəli Quranı tullayarsa, Peyğəmbəri – sallallahu aleyhi və səlləm – söyərsə, Allahı söyərsə onun bu küfrü qəbul olunmur. Mürtədin kəsdiyi heyvanın ətini yemək haramdır. Hətta Əhli kitab olsa da belə. Məs: Bir insan müsəlman olduqdan sonra dini dəyişib Nəsrani olur. Baxmayaraq ki, Əhli kitabın əti bizə halaldır, ancaq bu mürtədin əti bizə haramdır. Bu barədə Malik, Şəffii və başqa alimlər – Allah onlardan razı olsun - bu rəydədirlər. Bəzi alimlərin rəyinə görə isə: Əgər Əhli kitaba keçibsə, onun kəsdiyi əti yemək olar. Səhih rəy odur ki, yeyilməz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun mürtəd olması ilə ona ölüm hökmünü verdi.

Mürtədlərin Övladları Barəsində Hökm: Əgər onların övladları mürtəd olmamışdan qabaq doğulublarsa, o zaman onlar müsəlman kimi sayılır. Əgər onlar mürtəd olandan sonra doğulublarsa və onların valideyinlərindən biri müsəlmandırsa, onlar İslama nisbət olunurlar, yox əgər ikisidə mürtəddirlərsə, o barədə ixtilaf var. Onların uşaqları mürtəddir, yoxsa Əsli küfr sayılırlar. Bəziləri deyir ki: Onlar kafirdirlər. Onları qul etmək olar. İbn Qudamə və Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Onları qul etmək olar».

Mürtədin Malı Barəsində: Əgər bir insan mürtəd olarsa, onun malı mürtəd olmaqla qalır, yoxsa itir? Bu barədə alimlər ixtilaf etmişlər. Bəziləri deyir ki: İnsan mürtəd olmaqla onun malının isməti də itir. Əgər bir insan müsəlmandırsa, mal-dövlət sahibidirsə, əgər o mürtəd olsa artıq mürtədliklə onun malının isməti qurtarır. Bu insanın hökmü öldürülməkdir. Onun malı ona qalmır. Alimlərin çoxu bu rəydədir. Bəzilərinin rəyinə görə: Onun malına əl dəyilmir, hətta hakim hökm verənə qədər. Bəziləri də deyir ki: Əgər insan mürtəd olarsa, mürtədlikdən sonra yenidən İslama qayıdarsa, o zaman onun malı özünə qaytarılar. Əgər mürtəd olan zaman ölərsə, onun malı onun hakimiyyətliyindən çıxar. Bunu İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir. Öləndən sonra onun malı kimə sərf olunur? Əli, Həsən, Şabi, Leys, Əbu Hanifə, İshaq – Allah onlardan razı olsun – deyirlər ki: “Onun malı müsəlman olan varislərinə çatmalıdır”. Bu ən güclü rəylərdən biridir. Rabiyə, Malikin, İbn Əbi Leylənin, Şəffinin, Əhməd – Allah onlardan razı qalsın - rəyinə görə: “Onun malı varislərinə deyil, Beytul mala çatmalıdır”.

Kafirlərin Cəhənnəm Əzabı: Kafirlər arasında bu qədər fərq olsa da belə axirət hömündə onlar eynidirlər. Əbədi Cəhənnəm. Oradan çıxmayacaq və ölməyəcəklər. Əzabda isə eyni dərəcədə deyillər. Cəhənnəmdə əzablarına görə kafirlər bir-birindən fərqlənəcəklər. Cənnət əhli Cənnətdə fərqləndiyi kimi kafirlər də Cəhənnəmdə dərəcələrinə görə fəqlənəcəklər. Məs: Döyüşən kafir ilə döyüşməyən eyni deyildir. Həmçinin salehləri, Peyğəmbərləri, müsəlmanları öldürən kafir ilə, heç kəsdə işi olmayıb öz dinini yaşıyan kafirin əzabı eyni olmayacaqdır. İmanın şöbələri bir-birindən fərqləndiyi kimi, küfr də bir-birindən fərlənir. Möminlər dərəcələrinə görə fərqləndiyi kimi, kafirlər də dərəcələrinə görə fərqlənirlər. Axirətdə kafirlərin əzabları fərqlənəcəkdir. Münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar.

Sələflər ixtilaf ediblər ki, onların dünyada etdikləri yaxşı əməlləri onların əzablarını yüngülləşdirəcəkmi? Bu haqda iki rəy vardır: Birinci Rəy - İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: «Yaxşı əməllərinə görə onların əzabları yüngülləşdiriləcəkdir». Dəlilləri: Peyğəmbər - səllallahu aleyhi və səlləm – in əmisinin cəzası Cəhənnəmdə yüngülləşdiriləcəkdir. Abbas b. AbdulMuttalib – radıyallahu anhu – deyir ki: «Ya Rəsulallah! Şübhə yox ki, Əbu Talib daima səni düşmənlərdən qoruyur və sənə kömək edirdi. Bunlar ona fayda verəcəkmi?» Peyğəmbər: «Bəli, mən onu böyük Cəhənnəm atəşi içində olduğunu gördüm və sonra onu oradan topuğuna qədər olan bir atəş çuxuruna çıxardım. Oradan belə beyni qaynayır»281. İkinci Rəy Kafirlər dünyada etdikləri yaxşı əməllərinə görə Qiyamət günü heç bir yüngüllük görməyəcəklər. «Biz onların etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq». (İbrahim 18). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün onun lehinə saxlayar. Dünyada olan itaətinə görə onun ruzisini verər»282. Səhih rəy də budur ki, onların əzabları yüngülləşdirilməyəcəkdir dünyada etdikləri yaxşı əməllərinə görə. O, ki qaldı Qiyamət günü Əbu Talibin əzabının yüngülləşdirilməsinə – onun əzabı yaxşı əməllərinə görə deyil məhz Peyğəmbər - sallallahu aleyhi və səlləm – in şəfaətinə görə olacaqdır. Qurani Kərimdə bir çox ayələrdə Allah buyurur: «Onların heç bir şəfaətçiləri olmaz». Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əmisinə şəfaət etməsi bunların arasını necə cəm etmək olar? İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Qadağa olunan şəfaət onların cəhənnəmdən çıxmalarıdır. Lakin Əbu Talib üçün olan şəfaət isə əzabın yüngülləşməsi üçündür». İbn Kəsir, Qurtubi – rahmətullahi aleyhi – və s. bu rəyi dəstəkləmişlər. Bəziləri də qeyd edilər ki, bu şəfaət yalnız Peyğəmbər - sallallahu aleyhi və səlləm – xasdır.






Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin