Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə37/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   33   34   35   36   37   38   39   40   ...   218
Məcburiyyət Nədir? İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki, İbrahim ən-Nəhəi – rahmətullahi aleyhi – dedi ki: “Həbsxana – məcburiyyət yeridir”. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: “Qorxulu hədələr – məcburiyyətdir, hətta onlar həyata keçməsə də belə”409. İbn Qudamə – rahmətullahi aleyhi –: “Məcburiyyət 3 cürdür: 1) Bu təhlükə onu həyata keçirə biləcək kimsə tərəfindən olmalıdır. 2) Tələb olunanlar edilmədiyi halda hədənin həyata keçrilməsi ehtimalının çox olması. 3) Bu hədə bir çox müsibətləri: Ölüm, döyülmə və sürgün kimi bəlaları gətirir. O ki, qaldı məzəmmət və təhqirə bu məcbur edilmə sayılmır. Həmçinin az qism malın alınması da məcburiyyət deyildir. Əgər bir kimsəni yüngül vursalar bu da məcburiyyət deyildir. Əgər qorxu olarsa uşağa zərər vuracaqlar bu da deyilir ki, məcburiyyət deyildir çünki zərər başqasına aiddir. Lakin doğru olan bu da məcburiyyətdir. Çünki valideyn üçün övladının işkəncələri malının alınmasından daha dəhşətlidir. Malın alınması məcburiyyət olduğu kimi, uşağın ünvanına olan hədə də məcburiyyətdir”410. Əbu Bəkr İbn əl-Ərabi – rahmətullahi aleyhi – deyir ki: “Küfr edilməsi icazəli olan məcburiyyət – əmr olunanı yerinə yetirmədiyi zaman insanın öz həyatını və ya müəyyən orqanlarının itirməsi təhlükəsi olan qorxudur. Bu halda ona küfr sözlərini ifadə etməsi icazəlidir”411. Yüngül bir təhlükə məcburiyyət sayılmır. Bəzi Sələflər deyiblər ki: “Adi təhdid varsa artıq məcburiyyətdir”412. İbn Həzm – rahmətullahi aleyhi – bəzi Hənəfi uləmalarının sözlərini qeyd edərək deyir ki: “Qamçı zərbəsi, iki əl zərbəsi ilə və ya bir günlük həbs edilmə - məcburiyyət deyildir” sözlərinə belə cavab verir: Bu səhv olan rəydir. Çünki nə Quran, nə Sünnədə dəlili omayandır. İbn Məsud - radıyallahu anhu – deyir ki: “Əgər əmr sahiblərindən kimsə filan sözü söyləməkdən ötrü məni bir iki qamçı zərbəsi vurmaq ilə hədələyərsə mən ondan qutulmaq üçün bunu söyləyərdim”. Səhabələrdən kiminsə buna müxalif olduğunu bilmirəm”413. Küfr sözü söyləmək üçün cəza elə olmalıdır ki, insan buna dözə bilməyəcək: Ölə bilər, şikəst ola bilər və s. Həmçinin küfr sözü dediyi zaman həddi aşan küfr sözü deməməlidir. Elə etməlidir ki, açıq-aydın olmasın. Lakin açıq-aydın deməyi məcbur edərlərsə bu zaman olar qəlbi imanla sabit olmalıdır. Səbr edib ölərsə, bu onun üçün daha yaxşıdır”414. İbn Batta – rahmətullahi aleyhi – deyir ki: “Alimlər ittifaq ediblər ki, ölüm hədəsi ilə qarşılaşan bir kimsənin ölüm qorxusu ilə küfr edərsə, lakin qəlbi imanla dolu olarsa belə, kimsə haqqında kafirdir deyilmir və zövcəsindən ayrılmır”415. İmam Bəğavi – rahmətullahi aleyhi – deyir ki: “Alimlər ittifaq ediblər ki, əgər bir kimsəni məcburən küfr sözü deməyə məcbur edərlərsə, belə bir kimsəyə küfr sözü dili ilə deməsi icazəlidir, əgər qəlbi ilə etiqad etməsə. Belə bir söz küfr deyildir. Əgər bu sözü deməkdən çəkinib və öldürülərsə, bu onun üçün daha yaxşıdır”416.

Həmçinin qəzəbindən səhv edərək Musa, Harun – əleyhimussəlam - ı vurur və saqqalından tutur, həmçinin də Tövratı yerə atır. «Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah bağışlayan və rəhm edəndir» (əl-Əhzab 5). Çünki Allah insanlara gücləri və imkanları ölçüsündə haqqı axtarmalarını əmr etdi. Əgər ictihadlarında haqqa isabət etməzlərsə, Allah heç bir nəfsi gücünün yetmədiyi şeylə yükümlü tutmaz. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənə görə ümmətimin səhvən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan keçib (bağışlayıb)»417. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah - subhənəhu və təalə – qulunun tövbə etməsi ilə sizdən hər hansı birinizin bu halından daha çox sevinir». Bir kimsə otsuz, boş bir quru ərazidə dəvəsi ilə gedirdi. Dəvənin üzərində o, kimsənin yeyəcək və içəcək şeyləri də vardır. (Başqa rəvayətdə: «Çöllük bir əraziyə çatdıqda ona şirin bir yuxu gəldi. Dəvəsi üzərindən enərək bir ağac tapıb altında mürgüləmək üçün uzandı). Oyandıqda bir də baxdı ki, dəvəsi yeyəcək və içəcək şeylərlə birlikdə yoxdur. Dəvəsini axtarmaq üçün oyana-buyana qaçır. Nəhayət dəvəsini axtarıb tapmaqdan ümüdünü kəsdikdə yatdığı yerə qayıdaraq: «Artıq buradan ölənə qədər ayrılmayacağam!» deyib yan tərəfi üstə uzanaraq yatdı. (Ayıldıqda) Bir də baxdı ki, dəvəsi başı üzərində dayanıb. Dəvəsinin ipindən tutaraq sevincinin şiddətindən: «Allahummə Ənnə Abdi Və Ənə Rabbukə – Allahım Sən mənim qulumsan, mən də Sənin Rəbbinəm!» deyə şükr edir. «Sizdən hər hansı biriniz (itmiş dəvəsini) üzərində yemək və içəcəyi ilə birlikdə tapmasından daha çox, Uca Allah tövbə etmiş mömin qulunun tövbəsindən ötrü sevinir»418. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən ola bilər ki, dində ikinci dərəcəli məsələləri insan inkar etməklə kafir olsun, lakin elə də ola bilər ki, insan dini məsələləri inkar etməklə kafir olmaya da bilər”419. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Bu insan: Ya Rəbbim! Sən mənim qulumsan, mən Sənin Rəbbin” səhv etmişdir. Bu isə böyük sevic anında baş vermişdir. Bu sözləri söyləməklə küfrə düşməmişdir, baxmayaraq ki, açıq-aydın küfr etmişdir. Çünki bilərəkdən deməmişdir”420.

İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Mən Cəhənnəm əhlinin Cəhənnəmdən son çıxacaq və Cənnət əhlinin Cənnətə son girəcək olanını bilirəm. Bu o kimsədir ki, Cəhənnəmdən sürünə-sürünə çıxar. Allah: «Get Cənnətə gir!» deyə buyurar. O, kimsə Cənnətə yaxınlaşar və ona elə gəlir ki, cənnət artıq dolmuşdur. O: «Ya Rəbb! Mən Cənnəti dolmuş gördüm!» deyər. Allah: «Get Cənnətə gir! Dünya qədər və dünyanın on misli qədər yer sənindir» deyə buyurar. Qul: «Sən, Aləmlərin Rəbbi olduğun halda mənimlə zarafat edirsən (mənə gülürsən)?» deyər. Hədisi rəvayət edən deyir ki: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – bunu deyərkən arxa dişləri görünənə qədər güldü» dedi. Cənnət əhlinin ən aşağı sakini bu kimsədir»421. Qadi İyad – rahmətullahi aleyhi – deyir ki: “Bu insan özünün nəzarət etmədən bu sözləri demişdir. Çünki gözlənilməz sevinc, fərəh halında bunu söyləmişdir. Dediyi sözlərin əsl mahiyyətinə varmadan söyləmişdir. Adi insanlar arasında olan sözü Rəbbinə qarşı işlətmişdir”422. İmam Şatibi – rahmətullahi aleyhi – deyir ki: “Alimlər arasında bu hədisdə deyilənlər barəsində heç bir fikir ayrılığı yoxdur”423.



Bəzən elə zənn edirlər ki, Əhli Sünnədə təkfir yoxdur. Xeyr, bu əsla belə deyildir. Təkfir vardır nə zaman? Əgər şərtlər cəmlənərsə və manelələr aradan qalxarsa. İlk təkfir edənlər Xəvariclər olublar. Və günümüzdə də bu firqənin qolları çoxalmışdır. Onlardan «İxvan əl-Muslimin», «Təkfir və Hicrət Cəmaatı» və s. qolları vardır. Əhli Sünnə alimləri qeyd edirlər ki, bu firqələrin heç biri Əhli Sünnə vəl Cəmaatdan deyillər.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin