Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə39/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   35   36   37   38   39   40   41   42   ...   218
Qiyamul Hüccə Nədir? - Artıq bilindi ki, müəyyənə hökm vermək üçün mütləq hüccətin qaldırılması lazımdır. İndi isə öyrənək ki, Hüccət nədir? Nə ilə hüccət qalxır? Qiyamul hüccə necə olur? Alimlər bu barədə ixtilaf ediblər ki, hüccət necə qalxır: Birinci Görüş - Bir şəxsə hüccət qaldırmaq üçün dəlil ona çatmalı və o, şəxs dəlili başa düşməlidir. Hüccətdən qəsd olunanı dərk etməlidir. Elm əhlinin bir çoxu bu görüşdədir. İbn Qudamə, İbn Teymiyyə, İbn Qeyyim, İbn Arabi (Məliki məzhəbindən) və Muhəmməd b. AbdulVahhab Allah onlara rəhmət etsin - İkinci Görüş - sadəcə hüccət çatdısa kifayətdir. Başa düşsə də, düşməsə də artıq hüccət qalxmış olur. Onlar deyillər ki, Qiyamul Hüccənin şərtindən deyildir onu başa düşmək. Bu görüşdə olan AbdulVahhab – rahmətullahi aleyhi – nin nəvələrindən olan İshaq b. AbdurRahman və s. Bunu da AbdulVahhaba – rahmətullahi aleyhi – nisbət ediblər ki, o da bu fikirdədir. Lakin bu düz deyildir. O, da birinci qrupa aiddir. Bunların dəlili nədir? Peyğəmbər – sallallahu aleyhi və səlləm – göndərildiyi kafirlərə Quranı eşitdirməklə hüccət qaldırmışdır deyirlər. Allah onları bir çox ayələrdə: Dərk etmirlər, eşitmirlər deyə vəsf etmişdir. «Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya ağıllı-başlı fikirləşəcəklər? Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalətdədirlər». (əl-Furqan 44). Hüccət sadəcə çatdırılmaqla qalxır. Başa düşməsi şərt deyildir.

Bu məsələni düşündükdən sonra səhih olan birinci görüşdür. Bir şəxs hüccəti başa düşmədən ona hüccətin qalxması mümkün deyildir. Bir çox dəlillər vardır ki, şəri əhkamları başa düşməyənin üzürlü olduğunu bildirir. Necə də mühüm bir məsələdə bilməmək üzr olmasın? Bu dəlillərə baxaq:



1 - «Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!» (əl-Bəqərə 286). Allah xəbər vermişdir ki, yalnız gücü çatanı onlara yükləyir və sonra möminlərin duasını qeyd edir ki, unutduqda, yanıldıqda onları cəzalandırmasın. Bu ayədə zikr olunanlar Səhih Müslim əsərində keçən hədisdə də öz əksini tapmışdır. Hədisdə qeyd olunur ki, ayə bitdikdə Allah buyurur: Artıq Mən bağışladım (qəbul etdim). Bu ayə və həmçinin Səhih Müslimdə keçən hədis dəlalət edir ki, Allah bu ümməti başa düşmədiyinə görə üzürlü saymışdır. Üç tərəfdən: 1) Allah heç kəsi gücü çatmadığı bir işə vadar etmir – Əgər insan üz döndərməyibsə və üz döndərməməsilə bərabər başa düşməyibsə, bu insanın gücü çatmadığı bir şeydir. İnsanın da bununla yüklənməsi başa düşmədiyi bir şeylə ona hüccətin qaldırlması gücü çatmayan bir şeylə yüklənməsidir. 2) Allah biləndən sonra unudanı üzürlü saymışdır. Allah buyurur ki, cəzalandırmayacağam. Başa düşməyən insan bilib unudandan daha çox üzürə layiqdir. Allah biləndən sonra unudanı üzürlü saymışdır. Lakin bu insan əslən heç bilməyib də ki, unutsun. 3) Başa düşməmək yanılmaqdır. Filankəs məsələni başa düşülməkdə yanılmışdır. Xəta edənin üzürlü olmasıdır.

2 – «(Ya Muhəmməd!) Davudu və Süleymanı da yad et! O, zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik. Biz məsələnin hökmünü Süleymana anlatdıq. Və onların hər birinə hikmət və elm verdik». (əl-Ənbiya 78-79). Bu məsələni başa düşmədiyinə görə Allah Davud – əleyhissəlam - üzürlü saymışdır. Lakin onda elm və hikmət vardır. Əgər hikmət əhli üzürlü sayılırsa, cəhalət əhli daha üzürlüdür.

3 - Şeyxulİslam – rahmətullahi aleyhi – belə demişdir: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – ona nazil olunmuş hökmü yayana qədər Allah heç kimi cəzalandırmayacağına və onlara çatmayan hökmlərdən ötrü kimsəyə əzab verməyəcəyini bildirmişdir. Allah bir kimsəyə təbliğ (İlahi hökmlər) çatdırılmamışdan əvvəl imanı tərk etdiyinə görə əzab vermirsə, imanın ancaq bəzi şərtlərini yerinə yetirməyən şəxsə əsla əzab verməz. Lakin xəbərdarlığın ona çatması istisna təşkil edir428. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü bağışlanmış olduqlarını iddia edərək dəlil gətirəcək dörd təbəqədən olan insanlar vardır. Qulağı eşitməyən kar, axmaq adam, yaşlı adam və fitrət zamanı ölən insanlar. Kar belə deyər: «Ey Rəbbim, İslam gəldi lakin mən heç bir şey eşitmədim». Axmaq isə: «Ey Allahım, İslam gəldi lakin balaca uşaqlar belə məni ələ salıb başıma dəvə təzəyi atırdılar». Yaşlı dedi: «İslam gəldi, lakin mən heç bir şey başa düşmürdüm». Fitrət429 zamanı ölən insanlara gəlincə isə: «Ey Rəbbimiz, sənin elçilərin olan Peyğəmbərlər bizə gəlmədilər». Uca Allah Ona itaət etmələri barədə onlara əhd edir. Atəşə girin – hökmünü onlara təbliğ etmək üçün onlara bir Peyğəmbər göndərir. Peyğəmbər: «Nəfsim əlində olan Allaha and içirəm ki, əgər onlar atəşə girsəydilər bu onlar üçün sərin və salamat olar, kim də girməz atəşə atılar”430. Bu dörd sinif insanı Allah üzürlü saymışdır. Kar insanı hissiyat orqanının olmamasına görə, Fitrət zamanı ölən kimsənin dövründə Peyğəmbər olmadığına görə, dəli ilə qoca kişiyə gəldikdə isə onlara hüccət çatmışdır. Bəs nə üçün Allah onları üzürlü saymışdır? Gələn dəlili başa düşmədikləri üçün. Onlar da başa düşmədiklərini dəlil gətirdilər.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin