4. Tikintidə yük daşımalar və nəqliyyat xərjinin təyini.
Tikinti xalq təsərrüfatının ən çox material tutumuna və daha çox yük daşınması tələb edən sahələrindən biridir. Qeyd etmək lazımdır ki, yük nəqliyyatı maddi istehsal sahələrinə aid olub o, mal dövriyyəsi sferasında istehsal prosesini davam etdirir və onu başa çatdırır yəni ijtimai istehsalın normal inkişafına həllediji təsir göstərir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, nəqliyyatın maddi istehsal sahəsi olması digər müəssisələrdən onunla fərqlənir ki, nəqliyyat konkret məhsul istehsal edən sahə deyil, xidmətediji sahədir və ondan asılı olaraq çəkilən xərjlərin formalaşmasının özünə məxsus xüsusiyyətləri vardır.
Bununla əlaqədar olaraq, yükdaşımaqda səmərəliliyin yüksəldilməsinin əsas istiqamətləri aşağıdakılardır: optimal nəqliyyat sxeminin seçilməsi, yükdaşımada nəqliyyat xərjlərinin azaldılması, nəqliyyat vasitələrindən düzgün istifadə etmək və s.
Müasir şəraitdə tikintidə əsasən aşağıdakı nəqliyyat növlərindən istifadə edilir: avtomobil; dəmir yol, dəniz və çay nəqliyyatı; hava nəqliyyatı; boru kəməri nəqliyyatı və s. Avtomobil nəqliyyatı, istər tikinti, istərsə də başqa sahələrdə yük və sərnişin daşınmalarında daha çox istifadə olunan nəqliyyat növlərindən biridir.
Avtomobil nəqliyyatının əsas üstünlükləri aşağıdakılardan ibarətdir: nəqliyyat xərjinin az olması, asan idarə edilir, sürətli və mütəhərrik xüsusiyyətə malik olması, başqa nəqiyyat növlərinin yardımı olmadan quruda yük və sərnişinləri lazımi məntəqəyə daha tez çatdırması və s.
Dəmiryol nəqliyyatı dedikdə, lokomotiv və ya motorlu vaqon vasitəsilə vaqonlarda relsli yollarla yük və sərnişin daşıyan nəqliyyat növü başa düşülür. Dəmiryol nəqliyyat ilə yükün daşınması çay və dəniz nəqliyyaitı ilə yük daşımaya nisbətən təxminən iki dəfə sürətli olub, avtomobil və aviasiya nəqliyyatı ilə daşımalardan müəyyən dərəjədə geri qalır.
Dəniz nəqliyyatında, gəmilərin yük və sərnişin daşınması həyata keçirilir. Dəniz nəqliyyatı ilə əsasən daş kömür, qum, taxıl və s. adətən gej xarab olan məhsullar daşınır.
Çay nəqliyyatı, əsasən ölkə daxilində yük və sərnişin daşınmalarını həyata keçirir. Çay nəqliyyatından bir çox ölkələrdə meşə materialların, kəsilmiş ağaj materiallarının və s. daşınmasında geniş istifadə olunur.
Boru kəməri nəqliyyatından, neftin, qazın və kimyəvi maddələrin yarandığı yerdən istehlakçıya daşınmasının (nəql edilməsinin) xüsusi vasitəsi kimi istifadə edilir. Boru kəməri növünə və ərazijə yerləşməsinə görə, magistral və sənaye boru kəməri nəqliyyatı növünə ayrılır. Magistral boru kəməri nəqliyyatına qaz və neft kəmərləri daxildir. Boru kəməri nəqliyyatı iqtisadi jəhətdən aşağıdakı üstünlüklərə malikdir: nəql prosesində itkinin olmaması, nəqliyyat növünün əlverişli və universal olması, yükləmə-boşaltma işlərinin tam mexanikləşdirilməsi və avtomatlaşdırılması və s.
Hava nəqliyyatı, hava yolu ilə yük, sərnişin və poçt daşıyan nəqliyyat növlərindən biri olub, burada sürətli uçuş hesabına vaxta qənaət edilir. Əgər məhsul göndərənləri sürət maraqlandırırsa, onun seçimi hava və avtomobil nəqliyyat istiqamətləri üzrə olajaqdır, əgər onun məqsədi aşağı xərjlərlə yüklərin daşınmasıdırsa bu halda seçim su və boru kəməri üzrə olajaqdır. Qeyd etmək lazımdır ki, hər bir nəqliyyat növü üzrə yük daşınmaq nəqliyyat istehsalının özünə məxsus onun xüsusi növ məhsuludur, bu məhsulun mühüm xalq təsərrüfatı əhəmiyyəti vardır və müəyyən qədər əməliyyat və əsaslı vəsait qoyluşu tələb edir.
Bununla əlaqədar olaraq, daşınan materialların smeta dəyərini təyin edən zaman, materialların tikintiyə gətirilməsi mənbələrini, onların daşınma məsafəsini və şəraiti daha dəqiq bilmək lazımdır. Smeta hesablamalarında nəzərdə tutulan materialların daşınması xərjləri, həmin materiallar üçün müəyyən olunmuş qiymət növündən (franko) asılı olaraq təyin edilir.
Onu da qeyd etmək lazımdır ki, material və konstruksiyalar üçün orta rayon smeta qiymətlərini və materialları göndərənlər üçün buraxılış qiymətdə franko-ambar müəyyən edilmişdirsə, bu halda nəqliyyat xərjində yükləmə xərjləri həmin smeta qiymətində nəzərdə tutulur. Tikintidə yük daşımaların smeta dəyəri TH və Q IV – ün əlavəsində verilmiş «Qiymət məjmuəsində» göstərilmişdir. Həmin qiymət məjmuəsi aşağıdakı hissələrdən ibarətdir:
1. Avtomobil və dəmir yol nəqliyyatı ilə daşınan yüklər;
2. Su nəqliyyati ilə daşınan yüklər.
Nəqliyyatın müxtəlifliyinin təyin olunmasında yüklərin 50-100 km məsafədə yaşanmasında adətən avtomobil nəqliyyatından istifadə olunması məqsədjə uyğun hesab olunur.
Müasir şəraitdə tikintidə müqavilə qiymətinin formalaşması ilə əlaqədar olaraq bir çox hallarda nəqliyyat xərjinin kalkulyasiya yolu ilə təyin olunması zərurəti meydana çıxır. Bu halda hər bir material və konsturksiyaya ayrıja yanaşılır və onların tikinti meydançasına çatdırılması üçün ayrıja kalkulyasiya jədvəli tərtib edilir. Xüsusi ilə qeyd etmək lazımdır ki, nəqliyyat xərjləri daşınan yükün növündən asılı olmayaraq bir ton yük üçün hesablanır. Avtomobil nəqliyyatı üzrə ilə daşınan yüklərin nəqliyyat xərji aşağıdakı xərj elementlərini özündə birləşdirir:
yükləmə xərjləri;
boşaltma xərjləri;
nəqliyyat tarifi (tarif qiyməti).
Materialların yüklənməsi və boşaldılması, avtomobil və dəmiryolu nəqliyyatı üçün TN və Q IV hissəsinin əlavəsində olan qiymət məjmuəsində göstərilmişdir.
Nəqliyyat tarifi (tarif qiyməti) bilavasitə yükün iki məntəqə arasında daşınması xərjlərini əks etdirir. Nəqliyyat tarifi iki göstərijiyə əsasən təyin olunur: yükün sinfi və daşınma məsafəsi.
Yükün sinfi və daşınma məsafəsindən asılı olaraq tarif qiyməti qiymət məjmuəsində xüsusi jədvəl şəklidə verilmişdir.
Nəqliyyat məsafəsi isə hər bir konkret obyekt üçün istehsalçı məntəqəsi ilə tikinti meydançası arasındakı məsafə nəzərdə tutulur. Nəqliyyat tarifinin təyin olunması TN və Q IV-da aşağıdakı jədvəl 6.4 şəklində verilir.
Dostları ilə paylaş: |