Валидейнляримин язиз хатирясиня


Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 2 Mb.
səhifə60/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   56   57   58   59   60   61   62   63   ...   73
tikinti-smeta

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tikinti-iqtisad fakültəsi
İnşaatın iqtisadiyyatı kafedrası
Fənnin adı: Tikintidə smeta işi.


Mövzu: Qiymət siyasəti və strategiyası, qiymətin dövlət tənzimlənməsi


Məruzəçi: Eyniyev T.T.


MÜHAZİRƏNİN PLANI

1.Tikinti müəssisələrinin (firmaların) qiymət siyasəti

2 Qiymət strategiyasının mahiyyəti və onun növləri

3. Dövlətin qiymət siyasəti

4.Qiymətin dövlət tənzimlənməsinin mahiyyəti

5. Smeta qiymətinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi




ƏDƏBİYYAT
1.Eyniye T.T, “Tikintidə smeta işi” Bakı 2003,
2.Fokin M.A «Smetnaə stoimostğ v stroitelğstve» M 1989.
3..Eyniyev T.T, Qeybullayev Q.R, Məmmədov M.A “Tikintinin iqqtisadiyyatı və idarə edilməsi” Bakı 2001
4.Qarayev İ.S. “Qiymətin əmələ gəlməsi” , Bakı 2000

Fakültə Elmi-metodiki


şurasında təsdiq olunmuşdur.
Bakı 2010 005

1. Tikinti müəssisələrinin (firmaların) qiymət siyasəti


Müasir şəraitdə tikinti məhsulunun yaradılması və reallaşdırılması zamanı qiymətin formalaşması mühüm məsələlərdən biridir.


Qiymət siyasəti, qiymətin optimal strukturunun yaradılmasının və saxlanılmasının, əmtəə və bazar üzrə onların dəyişmə dinamikasını əks edir. Daha doğrusu, qiymət ümumi marketinq siyasətinin bir elementi kimi fəaliyyət göstərir. Bazar tələbini və təklifini nəzərə almadan qiymətin formalaşdırılması onun optimal səviyyəyə çatdırılmasına zəmanət vermir.
Müəssisə üzrə qiymət haqqında qərarların işlənilməsi və qəbul edilməsini aşağıdakı əsas mərhələlərə bölmək olar.

  1. Müəssisənin məqsədindən aslı olaraq vahid qiymət strategiyasının seçilməsi;

  2. İstehsalı məqsədindən və qiymət strategiyasından asılı olaraq qiymət siyasətinin hazırldanması;

  3. Qiymətqoyma üsullarının seçilməsi və məhsula qiymətin qoyulması;

  4. mənfəət və rentabelliyin təyini və onun təmin olunması

Qiymət və qiymətlər sistemi siyasəti, layihənin investisiya və istismar fazasında marketinqin zəruri elementi (kompanenti) olub, marketinq fəaliyyətinin əsas hissələrindən biridir. Qiymət siyasətinin tərkibi onunla izah olunur ki, o bazarın müəyyən payını müəyyən edir və nəzərdə tutulan satış həjmini təmin edir. Müəssisələrin qiymət siyasəti aşağıdakı mərhələləri özündə birləşdirir:

  1. müəssisənin qiymət siyasəti məqsədin qoyuluşu, müəssisənin rəqabətinin təmin olunmasının, maksimum gəlir əldə edilməsini, bazarda müəssisənin liderliyinin əldə edilməsini və ya məhsulun keyfiyyətinin yüksəldirlməsi;

  2. müəssisənin minimum qiymət səviyyəsini müəyyən edən istehsal xərjlərinin təhlili;

  3. yuxarı qiymət səviyyəsini müəyyən edən istehsal olunan məhsula tələbatın təyini;

  4. rəqiblərin qiymətinin təhlili, bu bazarda orta qiymət diapozonunu müəyyən etməyə imkan verir;

  5. qiymətin əmələ gəlməsi metodunun seçilməsi;

  6. qiymət və tariflərin qarşılıqlı əlaqəsi nətijəsində qiymətin müəyyən edilməsi.

Burada əsas məsələlərdən biri qiymətin əmələ gəlməsi metodunun düzgün seçilməsi və onun əsaslandırılmasıdır.
Qiymətin əmələ gəlməsi metodunun seçilməsinin təsnifləşdirilməsi jəd. 12.1-də göstərilmişdir.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin