Qiymət strategiyasının növləri (tipləri)
Strategiyanın tipləri
|
Xarakteristikası və tətbiq
olunması oblastı
|
Yeni məhsulun qiymətinin müəyyən olunması strategiyası
|
«Qaymağı yığmaq»
strategiyası
|
Bazarın müxtəlif seçmentində yeni məhsulun bazara çıxarılmasından başlayaraq ona yüksək qiymət qoyulması müəyyən olunur və tələbin səviyyəsi azaldıqja qiymət də aşağı düşür. Bu patentlərin və ya lisenziyaların olduğu halda səmərəli hesab olunur.
|
Aşağı qiymət strategiyası
|
Mövjud rəqabət şəraitində məhsullar bazarında yeni məhsul üçün aşağı qiymət həddi müəyyən olunur.
|
Möhkəm tətbiq olunma strategiyası
|
Əvvəljə orta qiymət səviyyəsi müəyyən olunur, bazarın vəziyyətindən asılı olaraq qiymətin aşağı salınması imkanı nəzərə alınır. Sonra isə rəqabət və tələbdən asılı olaraq qiymət tədrijən artır.
|
Mövjud məhsul üçün qiymət strategiyasının müəyyən olunması
|
Sürüşkən qiymət strategiyası
|
Bu strategiya yeni məhsul üçün «qaymağı» yığmaq. Bu halda məhsul modifikasiya olunur və yaxşılaşdırılır.
|
Nüfuzlu qiymət strategiyası və s.
|
Bu qiymət strategiyası möhkəm tətbiq olunma strategiyasının davamı hesab olunur. Bu halda qiymət elə müəyyən olunur ki, məhsulun keyfiyyəti və istehsalı üzrə rəqabətdən qabaq üstünlüyü təmin etmiş olsun
|
Bu əmtəə və ya xidmət mövjud resurslardan istifadə etməklə layihənin həyata keçilməsinin nətijəsini özündə əks etdirir. Layihələrin işlənilməsi zamanı tələb olunan əsas məsələlərdən biri müəssisələrin strategiyasının təyin olunmasıdır. Sonra isə layihənin strategiyası hazırlanır və marketinq təhlili həyata keçirilir.
Qiymətqoyma strategiyası müəssisənin ümumi marketinq siyasəti ilə bilavasitə bağlıdır. İnvestisiya layihələrinin işlənilməsi prosesində qiymətqoyma metodlarının seçilməsi zamanı müxtəlif güzəştlər, qiymətlərə dövlət nəzarəti, ödəmə və tədarük edilmə, lizinq və ya barter əməliyyətaları və s. nəzərə alınır.
Qiymət hər şeydən əvvəl məhsulun maya dəyəri, bir sıra sair xərjlər və mənfəətdən ibarətdir.
Belə ki, hər bir layihənin qiymətləndirilməsi zamanı istehsal xərjləri ilə bazar qiymətinin daha doğrusu, mümkün reallaşdırma qiymətinin müqayisəsindən və mənffətin səviyyəsi haqqında məlumat almaq olar. Bu zaman aşağıdakı hallar ola bilər:
Xərjlər bazar qiymətindən yuxarı ola bilər. Bu zaman müəssisə həmin layihənin yerinə yetirilməsindən imtina edir.
Məhsulun reallaşdırma qiyməti ilə istehsal xərjləri eyni səviyyədədir. Bu zaman müəssisə mənəffət əldə etmir, yalnız öz xərjlərini çıxarar. Yəni bu səviyyədə də müəssisə üçün sərfəli hesab olunur.
İstehsal xərjləri məhsulun reallaşdırma qiymətindən aşağıdır. Bu zaman müəssisə bu iki səviyyə arasındakı fərqdən mənfəət əldə edir.
Deməli, başa çatdırılmış tikinti məhsulunun həjmindən aslı olaraq istehsal xərjlərinin elə səviyyəsi olur ki, bu zaman həmin səviyyə tikinti təşkilatının gəliri ilə üst-üstə düşür və məhsulun bu səviyyədəki həjmi kritik (böhran) həjm adlanır. Məhsulun dəyərinin və istehsal xərjlərinin daha doğrusu, tikinti məhsulun həjmindən aslılığını aşağıdakı şəkil 12.1-də göstərmək olar.
Şəkil 12.1 Məhsulun dəyəri və istehsal xərjləri ilə
məhsulun həjmi arasında olan asılılıq.
Məhsulun itkisizlik nöqtəsində yaranan kritik həjmi aşağıdakı düsturla hesablamaq olar:
(12.2)
Mk – məhsulun kritik həjmi; man
Xj – sabit xərjlərin miqdarı, man
Xg - məhsulun vahidinin şərti-dəyişən xərjləroi, man;
Q – məhsul vahidinin qiyməti; man.
İstehsal olunmuş məhsulun həjmi, onun kritik həjmindən aşağı olarsa bu halda müəssisədə itki baş verir, yuxarı olduqda isə müəssisə mənfəət əldə edir.
Təjrübədə bəzi hallarda bu məsələsinin əks olunması zərurəti yaranıt. Belə ki, bazarda reallaşdırılajaq tikinti məhsulunun həjmi əvvəljədən məlum olur. Bu zaman tikinti müssisəsi gəlir və xərjlərin müsbət saldosunun (mənfəət) alınması üçün öz məhsulunu bazarda hansı qiymətə reallaşdıra bilmə imkanını tədqiq edir.
Belə ki, horizontal (üfüqi) ox üzərindəki J-nöqtəsindən E-xəttinə vertikal (şaquli) xətt çəkirik. J-nöqtəsi satışın mümkün həjmini xarakterizə edir. Alınmış yoxlama A-nöqtəsini vertikal ox üzərinə köçürərək B-nöqtəsini tapırıq.
Əgər B-nöqtəsindəki rəqəmi satış həjminə bölsək, alınmış kəmiyyət məhsulun satış qiyməti olajaq və bu halda müəssisə mənfəət əldə edəjək və itkiyə yol verməyəjək.
İstənilən müəssisə rəhbəri və mütəxəssis bilir ki, satışın həjmi qiymətdən aslıdır. Çox aşağı qiymət, uyğun olaraq aşağı keyfiyyəti xarakterizə edir. Bu zaman məhsul aşağı gəliri olan və keyfiyyətə maraq göstərməyən istehlakçı qrupu tərəfindən alınır. Çox yüksək qiyməti olan əmtəə böyük istehlakçılar qrupu tərəfindən alına bilmir. Orta qiymətli əmtəyə tələb isə çox olajaqdır.
Müəyyən edilmiş mənfəəti əldə etmək üçün məhsulun həjmini təyin etmək zəruridir. Bu zaman hesablanmış (12.2) düsturuna aşağıdakı əlavələr edilir:
(12.3)
Mn – mənfəəti müəyyən edilmiş səviyyəyə uyğun məhsulun həjmi, man;
M – plan üzrə (hesabı) mənfəət, man;
Əgər müəssisədə bir neçə növlü məhsul istehsal edilərsə bu halda məhsulun həjmi ilə mənfəət arasındakı əlaqə aşağıdakı düsturla hesablanır:
(12.4)
G-bütövlükdə tiknti müəssisəsinin məhsulları üzrə maksimum gəlirin orta norması.
Bu düstur müəssisənin maliyyə nətijələrinin hesabat göstərijiləri əsasında istehsaldakı xərjlərin həjmini və onun struktur nöqteyi-nəzərindən mənfəətinin artımını təhlil etməyə imkan verir.
Məlumdur ki, müəssisə və təşkilatlarında mənfəət aşağıdakı qaydada hesablanır:
M=Pm(Q – Xm.v.)=Jp –Xp.m.; (12.5)
Pm – reallaşdırılmış məhsulun həjmi, man;
Q – məhsul vahidinin qiyməti, man;
Xm.v. – məhsul vahidinə düşən xərjlər, man;
Jp – reallaşdırılmış məhsulun dəyəri (dövriyyə), man;
Xp.m.- reallaşdırılmış məhsulun həjmi üzrə istehsal xərjləri, man;
Düsturdan görünür ki, reallaşdırılan məhsulda mənfəətin artması, onun dövriyyəni artırmaq və xərjləri aşağı salmaq hesabına mümkündür.
Azad bazarın xüsusiyyəti ondan ibarətdir ki, təklif olunmuş məhsulun müəyyən səviyyəsində qiymət özü tarazlaşmaya yönəlir. Təklifin həjmi çox olduqda, qiymət bir o qədər aşağı olur. Yaxud əksinə, təklifin həjmi az olduqda, qiymət bir o qədər yuxarı olur (təklif əyrisi). Tələb çox olduqda qiymət də yuxarı olur və ya əksinə (tələb əyrisi).
Şəkil 12.2 də tələb və təklif əyriləri və bazar (tarazlıq) qiyməti göstərilmişdir. Bu zaman alıjı və satıjının ziddiyyətli maraqları, tələb və təklifin tarazlıq nöqtəsindəki razılıqla həll olunur. Tələb-təklfin tarazlıq nöqtəsindəki qiymət-alıjının əmtəəyə görə ödəməyə hazır olduğu qiyməti, satıjının satış həjmi üzrə məsrəfləri və mənfəətini qane edən qiymətə satmağa hazır olduğu məhsulun qiymətidir.
Тяклиф
Тяляб
Артыг
мящсул
Тяляб вя тяклифин
таразлыг нюгтяси
Мящсулун
чатышмазлыьы
Тяляб вя тяклифя уйьун мящсул щяжми
Г
Г2
Г1
Dostları ilə paylaş: |