Qiymət strategiyası, firmanın öz qarşısına qoyduğu məqsədə çatmasına yönəldilmiş fəaliyyət vasitələridir. Qiymət siyasətinin səmərəliliyinin təmin olunması üçün qiymət strategiyasının düzgün işlənilməsi zəruridir.
Qiymət strategiyasının seçilməsi müəssisənin öz məhsuluna (malına) qiymət qoymasında onun konsepsiyasının əsasını təşkil edir və satışdan alınan gəlirin planlaşdırılmasına imkan yaradır. Bunun üçün bazar iqtisadiyyatı şəraitində müəssisə üçün elə qiymət strategiyasının işlənib hazırlanması tələb olunur ki, o müəssisə qarşısında duran məsələləri həll edə bilsin və bazardakı «qiymət liderliyini» əldə edərək aktiv qiymət strategiyasını seçməyə nail olsun.
Bazar iqtisadiyyatı şəraitində işləyən müəssisələrin fəaliyyət təjrübəsi qiymətlərin müəyyənləşdirilməsi sahəsində müəyyən strategiyaların yaranması imkanı mövjud olmuşdur, bunlardan daha əlverişlisini və daha çox yayılanlarını müəssisə seçə bilər. Bundan başqa qiymət strategiyasının seçilməsi müssisənin bazarda yeri modifikasiya olunmuş və ənənvi məhsulu təklif etməsindən asılıdır.
Yeni məhsul istehsal edərkən və əmtəənin dəyərinə əsaslanan müəssisə aşağıdakı qiymət strategiyasının birini seçə bilər.
Qiymət strategiyasının bir çox növləri vardır, onlardan daha əlverişlisini müəssisə özü seçə bilər.
«Qazmağın yığılması» qiymət strategiyasında bazarın müəyyən bir seqmentində əmtəə (məhsul) üçün yüksək qiymətin müəyyələşdirilməsi satışların yüksək rentabelliyi formasında «qaymağı yığmaqdan» ibarətdir. Bazarın bu seqmentinə daxil olan təzə alıjıların keyfiyyətjə yeni, daha yüksək səviyyəyə keçməsi məqsədilə qiymət yüksək səviyyədə saxlanılır. Bu halda tələbin ilk səviyyəsi aşağı düşdükdən sonra qiymət də aşağı düşür. Bu da satış zonasını genişləndirməyə daha doğrusu yeni alıjıları jəlb etməyə imkan yaradır. «Qaymağı yığmaq» qiymət strategiyasının bir sıra üstün və çatışmayan jəhətləri vardır.
Uzun müddətli qiymət kütləvi şəkildə tələb olunan məhsullar üçün müəyyən olunur, bu uzun müddət fəaliyyət göstərərək müəyyən dəyişikliklərə az məruz qalır.
«Qaymağı yığmaq» strategiyası aşağıdakı şərtlər daxilində reallaşa bilər:
- bazarda yeni əmtəə haqqında informasiya yoxdur və buna baxmayaraq alıjılar onu yüksək qiymətə almağı hazırdılar;
- bu zamanda bazara oxşar, yenilik jəhətdən fərqlənən əmtəə çıxara biləjək rəqib yoxdur.
Dostları ilə paylaş: |