Яли Камали архивиндяки «Короьлу» дастанынын


Qorqud adının məşhur olduğu yerlər



Yüklə 1,1 Mb.
səhifə37/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   33   34   35   36   37   38   39   40   ...   77
Qorqud adının məşhur olduğu yerlər

Yaxın əsrlərə qədər Qorqudun şöhrəti Sır-Dəryadan Şərqi Anadoluya qədər böyük bir sahəyə yayılaraq hakim olmuşdur. Onun bu geniş yerlərdəki nüfuzunun dərəcəsini qolaylıqla seçə bilmək üçün bu sahəyi təşkil edən Sır-Dərya hövzəsi şimal türk­ləri dairəsi, Şərqi Anadolu ilə Azərbaycan – Qafqazdakı nüfuz və mövqeyini ayrı-ayrı təyin etməgə çalışağız:

I.Sır-Dərya hövzəsində oğuz türkmənləri arasında Qorqud haqqında mənqəbələr ğayət yoxdur. Bu mənqəbələr, ümumi pro­letariat tələqqilərinə görə inanılmayacaq dərəcədə xurafi olduğu üçün bunları uzun-uzadıyə izah etməkdən ictinab etdik1. Yalnız bunu qeyd edəlim ki, səyyah Şuller ilə Divayev və Konstanayevin izahatına Qorqudun qəbri pək möhtərəm ədd ediliyormış. Ərəb dininin əfsanəvi təsiri altında qalan ibtidai qəbilələr onun qəbrini ziyarət edib, şəfayət dilərlərmiş.

A.Divayev Qorqudın qəbri ilə bulunduğu yer haqqında mə­lu­mat veriyor. 1894-də nəşr etdigi müşahidəsində, o cümlədən diyor ki:

Taşkənddən Qazalınsığə gedən dəmiryol üzərində Xorxut adında bir postə istasyonı var. Bu istasyonun bir verst yarım uzaqlığında Dədə Qorqudun qəbri bulunur ki, istasyon ona iza­fətən bu adı almışdır. Qəbr xarab bir türbə halındadır. Seyhun nəhrinin tam sahilindədir. O biri tərəfdə çar əsgəri təşkilatının 12 numerolu istehkamına (fort) yaxındır. Türbənin çıraqçı denilən baxıcıları vardır.

Xalq arasında təzimar bir yeri olan Qorqudun qüdsiyyətinə dair bir məsəl də var; Tumanskiyə görə Seyhun hövzəsindəki türkmənlər arasında “Qorqudun gövərini qazma!” məsəli 1896-cı il tarixinə qədər yaşayırmış. Bartold bu məsəlin Qorqudun öz qəbrini hazırlanan bir çox qəbrləri qəbul etməyərək – araması haqqındakı xalq əsatiri ilə əlaqədar olduğunu söyliyor. Bütün bu mənbələrin verdigi məlumata görə türkmənlər arasında Qorqud yalnız bir “şeyx” yaxud “vali” mahiyyətində olaraq tanılıyor. Özbək xanın islam dinini qəbul etməsi haqqında “Tarixi-Dust sultan”dan nəqlən Əbdülqadirin qeyd etdigi əfsanədə Qorqudun türkmənlər tərəfin­dən bir şeyx kibi tələqqi olunduğunu göstəriyor.

§2.Qorqudun qırğız türkləri arasında tanındığının Divayev, başqırdlarça məlum olduğunu Velyaminov xəbər veriyorlar. Vel­yaminov türkmənlər arasında Qorqudun özü üçün xatırlanan qəbirlərdən qaçması” haqqındakı əfsanənin Qırğız steplərində kö­çəbələr arasında məlum olduğunu qeyd ediyor. Və əsatirin qır­ğızlar arasındakı şəklini nəşr edərək onlar tərəfindən Qorqudun möhtərəm bir zat tanıldığını söyliyor.

Əslən başqırdıstanlı olan Əbdülqadir türkmənlər arasında məruf olan “Qorqudun qəbrinin qazma” məsələsinin Qırğız-Qa­zaxlarda da olduğunu söyliyor və Qorqud nüfuzunun Əbubəkr Dibayevin xalq şeirləri məcmuəsindən aldığı bir məsəl ilə qazaq-qırğız baqşılarının (xalq şairlərinin) əsərlərində əks eylədigini yazıyor, şeiri biz də ondan nəql ediyoruz1.

Su basında Süleyman

Su ayağı ayır Qorqut

Belaylərdi sin qorqıt

Aydaçı birmən dəpərim

Türkistandə tumək bab

Sayramdağı sansız bab

Otrar dağı otuz bab

Ən ülkəni arslan bab

Qaraxan ata övliya



Su ayağı ir Qorqut



Fala getdi sin Qırqıt

Baqsı piri iməsən bin

Közindi sal qolım tut

Sizdən mədət, tələyimən.

Sunaq ata övliya

Sizdən mədəd, tələyimən

Qorqud ata övliya.

Daha aşağıda görəcəkimiz kibi Qorqudın nüfuzu, əsərlərinin ən çox intişar etdigi yer bilxassə Seyhundən cənub və şərqə doğru yürüyən bir xətt üzərində oturan şərqi oğuzların yaşadığı yerlər­dir. Almalıq, Sayram sahəsindən Seyhun həvalisinə köçərək bu­rada payməkt belə təsis edən oğuzlar, buralarda ən çox təmas etdikləri qırğızlar və başqırdların əsnafı olmuşdur. Eyni zamanda oğuzlardan bir qolun şimali Xəzərdən, Volqa hövzəsindən keçdigi də nəzərə alınırsa “Tarixi-düst Sultan”ın Saray şəhəri ya­xınlığında mövcudiyyətini söylədigi Qorqud astanası – əgər Dədə Qorqud ilə əlaqədar isə – mühacir oğuzların oralara qədər Dədə­nin nüfuzunu yapmaları da ehtimaldan uzaq degil.

V.V.Bartold dəxi (Rus imperatorlıq arxeoloji cəmiyyətinin şərq şöbəsi nəşriyyatı cild 9, səhifə 272-273) də oğuz cameəsinə mənsub olan türkmənlər ilə qırğızlar arasında yaşayan Qorqud haqqındakı xatirələri qarşılaşdırdıqdan sonra bu nəticəyə vasil oluyor: “Gərək türkmən, gərəksə qırğız rəvayətləri müştərək bir mənbədən gəliyor. Qırğızlarasa Aşağı Seyhunun qədim sakinlə­rindən (oğuzlarından) keçmişdir”.

Əbubəkr Abdullah bin Aybək əl-Dəvadariyə müraciət edə­cək olursaq, tamamilə Bartoldun fikrini təyid edəcək olur. Yuxa­rıda da izah etdigimiz kibi Dədə Qorqud hekayələri oğuznamənin bir qismidir, “Oğuznamə” də oğuz türklərinə aiddir.



§3. Qorqudun şöhrətini daşıyan yerlərdən birisi də Anadolu­dur. Şübhəsiz, Azərbaycan yolu ilə İçəri Anadoluya qədər yayılan oğuz qəbilələrinin digər qismi eyni mənşədən aldıqları bədii ənə­nələri Anadolu topraqlarına da nəql edəcəklərdi. Bu surətlə Qorqud hekayələri də Anadolu türkləri içinə yayılaraq əsrlərcə yaşamışdır.

Qorqud hekayələrinin Anadoluda məşhur olduğunu – “mət­bu sahədə ilk dəfə” önə sürən yenə Bartolddur. Mumileyh XV əsrdə yazılan “Tarixi-Ali Səlcuq”un qeydinə baxaraq, mənqəbə­lərin burada da yaşadığını qeyd ediyor.

Bundan sonra Türkiyəli bir-iki müdəqqiqin nəzərini cəlb edən Qorqud hekayələrinin Anadoluda yayıldığı haqqında hənuz layiqilə ümumi bir tədqiq yapılmamışdır.

Müəllim M.Cövdət Qorqud hekayələrindən birini bilizzat eşit­digi bu sətirlərlə söyliyor: “Küçüklügündə babamın xidmətin­də bulunan bayındırlı Məhəmməd Cavuş Təpəgöz hekayəsini bana tatlı-tatlı anlatırdı” (“Yeni məcmuə”nin fövqəladə nüsxəsi, səhifə 90, İstanbul, 1334). Qorqudun Anadoludakı nüfuzunu görə bilmək üçün daha səlahiyyətdar olan bu amilin izahatını buraya olduğu kibi nəql ediyoruz.



“Başlı-başınə uzun bir tədqiqə möhtac olan oğuz dastanı və “Dədə Qorqud” kitabı həqqində möhtac olan oğuz dastanı və “Də­də Qorqud” kitabı həqqində burada müxtəsərən belə məlumat ve­rəcək degiliz; yalnız Yunisdən əvvəlki Anatolı həyatının imkan mər­təbəsində tam və həqiqi bir lövhəsini ərz və təsvir edə bilmək üçün o devrdə bu mənqəbələrin (Dədə Qorqud) arasında fövqəla­də şaye olduğı oğuz ozanlarının o mənqəbələri əllərində qopuz­lərlə tə­rənnüm etdiklərini də əlavə etməliyiz. Türklərin əski das­tanı dövr­lərinə aid olan bu müştərək məhsullər Anadoluda alplıq həyatının hökmran olduğı zamanlərdə, təbii, xarüqələrə məczub, ibtidai ruhlu insanları fövqəladə əlaqədar və mütəhəssis ediyordı. Əsrlərdən bəri davam edən o əski temalər dəgişməməklə bərabər, zaman və mə­kan etibarilə mənqəbələrdə vücudə gələn bəzi zəruri yeniliklər daha ziyadə təcəssümi dəvət etməkdə və zatən pək əskidən bəri onun zəvqini almış olan xəlq üzərində daha eyi bir təsir icra elə­məkdə idi. O devrə aid bütün o xəlq əsərləri, yaxud dini-əxlaqi moi­zə və hekayələr, “Battal Qazi” kibi qəhrəmanlıq mənqəbələri “Dədə Qorqud” hekayələri yanındə çox sönük və təsirsiz qalıyor­lardı. Bir cümlə ilə xülasə etmək istərsək alplar devri Anatolusu­nun bütün sücayayi-zevqiyyə və əxlaqiyyəsi əl bariz olaraq bu əsərdə görmək mümkün oldığını söyləyə biləriz. “Oğuznamə” ünvanilə də yad edilən bu hekayələrdən bəziləri, mə­səla içlərdən ən şayan-diqqəti olan və müxtəlif Avropa alim­lə­ri tərəfindən yunan əsarətindəki “SİKLON”lərlə böyük bir rabitə görülən o məşhur “Təpəgöz” mənqəbəsi hala Anatolunın bəzi köylərində yaşamaq­dadır” (Türk ədəbiyyatında ilk mütəsəvviflər, səhifə 279-283).

İnostrantsev Türkiyə tarixi şəxsiyyətləri tərəfindən Qorqud adının özlərinə ad olaraq qollanılmasında böylə “Dədə Qorqud” hekayələrinin intişarının təsirini buluyor1. Zaman keçdikcə Qor­qudun təsiri Anadoluda azalmağə başladı. Ehtiva etdigi yüksək şai­ranə qiymətinə rəğmən Qorqud mənqəbələrinin Osmanlı türk­ləri arasında son zamanlara qədər əski qiymətini mühafizə edə­məməsində amil olaraq 1896-da Bartold bu cəhətləri göstəriyor: Osmanlılarca türk kəlməsi adə və sögüş mənasına qollanılmağa başladıqdan sonra tamamilə köçəbə həyatının ruhilə yaradılan dastan əlbəttə öz qiymətini ğayib etmək məcburiyyətində idi1



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin