Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə48/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   103
1870-ci il kəndli islahatı. XIX yüzilliyin 50-60-cı illəri Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərin süquta uğraması və yeni kapitalist münasibətlərinin inkişafı ilə xarakterizə olunur. Rusiyada təhkimçilik, Azərbaycanda isə feodal-asılı münasibətlər məh­suldar qüvvələrin, kapitalizmin inkişafına böyük əngəl idi. Məlumdur ki, 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi burada kapitalizmin inkişafı üçün əlverişli şərait yaratmışdı.

1864-cü ildə Gürcüstanda təhkimçilik hüququnun ləğvi barədə qanun veriləndən sonra isə Azərbaycanda və Ermənistanda kəndli islahatı keçirmək üçük dörd şəhərdə, o cümlədən Bakı və Şuşa şəhərlərində bəy komissiyaları yaradılmış və veriləcək “Əsasnamə”nin layihəsinin hazırlanmasına başlanılmışdı. 1870-ci il mayın 14-də Ön Qafğaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakin olan dövlət kəndlilerinin torpaq quruluşu haqqında “Əsasnamə” verilmişdi. Əslində, bu “Əsasnamə”də yeni bir şey yox idi və o 1847-ci il əsasnamələrinin eyni idi. Həmin “Əsasnamə”lerdə də kəndlilərin şəxsən asılı olmaması, hər 15 yaşına çatmış kəndliyə (kişiyə) beş desyatin pay torpağı verilməsi nəzərdə tutulmuşdu. 1870-ci il “Əsasnamə”sində də bunlar vəd edilirdi. Əslində torpağı 5 desyatindən az olan kəndlilərin böyük əksəriyyətinə əlavə torpaq payı verilmədi. Kəndlinin pay torpağı xalis əkin torpağı deyildi. Kəndlinin yaşayış binasının, təsərrüfat tikililərinin sahəsi də, həmçinin kol-kos basmış, əkin üçün yararlı olmayan torpaqlar da kəndlinin pay torpağına daxil idi. Təzə “Əsasnamə”ni 1847-ci il “Əsasnam”lerindən fərqləndirən cəhət ondan ibarət idi ki, hər bir kəndlinin 5 desyatindən artıq torpaq sahəsi əlindən alınırdı. Bundan başqa, torpaq sahiblərinə bütün torpaqlannın 1/3 hissəsini öz sərəncamında saxlamaq hüququ verilmişdi. Bu o demək idi ki, kəndlilər torpağın qalan 2/3 hissəsinə yiyələnə bilərdilər. Belə hallarda kəndli nəinki “Əsasnamə”də gösterilmiş 5 desyatini, çox vaxt heç 1-2 desyatini də ala bilmirdi. Kəndlilərə verilən torpaqlar onun mülkiyyətinə keçmirdi. Doğrudur kəndliyə öz pay torpağını satın alıb öz mülkiyyətinə keçirmək hüququ verilmişdi, lakin kəndlilərin böyük əksəriyyəti zəruri olan məbləği toplamaq iqtidarında deyildi. Rusiyada təhkimçilik hüququ ləğv ediləndə, dövlət kəndliyə öz torpağını satın almaq hüququ ilə bərabər, bu torpağı almaq üçün ona borc pul da vermişdi. Amma Azərbaycan kəndlisinə borc pul verilməmişdi və onun torpağı satın olmağı məcburi deyildi. Bu, çarizmin milli-müstəmləkə siyasətinin təzahürü idi. Azərbaycan kəndlisinə verilmiş torpaqlar yenə də onun sahibinin mülkiyyəti olaraq qalırdı. Kəndli torpaqdan istifadə müqabilində yenə sahibkara vergi verirdi. Onun hüquqi cəhətdən ancaq bir üstünlüyü var idi: sərbəst başqa yerə köçə bilərdi. Demək, kəndli feodaldan ancaq iqtisadi cəhətcə asılı idi. Lakin onu da qeyd edək ki, l847-ci il “Əsasnamə”sində də kəndli şəxsən azad idi. 1870-ci il islahatından sonrakı şəxsi “azadlıqla” 1847-ci il arasındakı “azadlığın” fərqi ondan ibarət idi ki, əvvəl kəndlinin bir feodalın yanından digərinin yanına köçməsi üçün müəyyən şərtlər vardı; 1870-ci il islahatı ile bu qeyd-şərtsiz oldu.

1870-ci il islahatı ilə kəndlilərdən yığılacaq vergilərdə 1847-ci il “Əsasnamə” lərində nəzərdə tutulduğu kimi qaldı. Yəni kəndli Öz məhsulunun 1/10 hissəsini malcəhət kimi torpaq sahibinə verməli idi. Kəndlilərin bəylərin xeyrinə daşıdıqları biyar mükəlləfiyyətləri ləğv edilmiş və hər kəndli biyarı hər desyatin pay torpağından 30 qəpik hesabilə ödəməli idi. 1870-ci il kəndli islahatının yarımçıq olmasına bax­ma­yaraq mahiyyətcə burjua islahatı idi.

Kəndliyə şəxsi azadlığın verilməsi, əlbəttə, feodal istehsal münasibətlərinə ciddi zərbə olmuş, ölkədə kapitalizmin inkişafına şərait yaratmışdı. Yəni, kəndlilərin, Rusiyada olduğu kimi, pay torpaqlarını satın alıb onun sahibinə çevrilə bilmələri kapitalizmin inkişafına təkan verərdi. Lakin Azərbaycan kəndliləri yalnız 1870-ci il islahatından 42 il sonra verilmiş “Əsasnamə” üzrə öz torpaqlarını satın alıb mülkiy­yətçiyə çevrilə bildilər. 1870-ci il islahatı Quba qəzasına və Zaqatala dairəsinə şamil edilməmişdi. Bu islahat Quba qəzası üzrə 1877-ci, Zaqatala dairəsi üzrə isə 1913-cü ildə keçirilmişdi. 1870-ci il islahatı yalnız sahibkar kəndlilərinə və mülkədar-bəy kəndlilərinə aid idi. Azərbaycan kəndlilərinin isə yalnız beşdə bir hissəsindən bir qədər çoxu sahibkar kəndlilər, qalan böyük kəndli kütləsi isə dövlət kəndliləri olub dövlət-xəzinə torpaqlarından istifadə edirdilər. İslahat bu kəndlilərə toxunmamışdı.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin