Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə47/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   103
1847-ci il “Kəndli Əsasnamələri”. Azərbaycanın sahibkar kəndində bəy - kəndli asılılıq münasibətlərinə tam hüquqi aydınlıq gətirmək və bu münasibətləri rəsmi şəkildə tənzimələmək üçün çar hökuməti 1847-ci ilin aprelin 20-i və dekabrın 28-də iki mühüm sənəd qəbul etdi. “Kəndli Əsasnamələri” adlanan bu sənədlərdən birincisi Şuşa, Şamaxı, Şəki, Bakı Quba və Lənkəran qəzalarının bəy kəndlilərinə, ikincisi isə Qazax Şəmşəddil və Borçalı nahiyələrinin ağa kəndlilərinə aid idi.

Yeni hüquqi sənədə görə 15 yaşından yuxarı kişi cinsindən olan kəndli 5 desyatinə qədər torpaq payı ilə təmin olunmalı, bunun qarşılığında kəndli taxıl məhsulunun onda birini, çəltik, meyvə-tərəvəz məhsulunun üçdə birini malcəhət vergisi şəklində bəyə ödəməli idi. Kəndli torpağı bəyin iş heyvanı, toxumu və alətlərindən istifadə edərək becərirdisə, malcəhət məhsulun beşdə birini təşkil edirdi. Otlaqlardan istifadə edən kəndlilər bəyə çöpbaşı adlı vergi ödəməli idilər. Bəy təsərrüfatında biyara çıxmaq üçün hər kəndli ailəsi bir kişi ayırmalı idi. Biyara çıxan kəndli ildə 18 gün əkin-biçin işi aparmalı idi. Kəndli biyara çıxmaq istəmirdisə, əvəzində pul ödəməli idi. Bütün kəndlilər hamılıqla ildə iki gün bəyin təsərrüfatında əvrəz (iməci) adlanan işi yerinə yetirməli idi.

Bəyin ev işlərini görmək üçün hər on kəndli ailəsi bir kişi, hər on beş ailə isə bir qadın qulluqçu ayırmalı idi. Bu sonuncu tələb əhali içərisində böyük narazılıq doğurmuşdu. Azərbaycanda tarix boyu torpaq sahibinin evinə qadın qulluqçu göndərmək ənənəsi olmamışdı. Azərbaycan bəyləri əsil kişilik göstərərək hökumətdən bu qaydanın ləğv olunmasını qəti şəkildə tələb etdilər. Hökumət kəndlilərin bəyin evinə qadın qulluqçu göndərməsi mükəlləfiyyətini ləğv etməyə məcbur oldu.

“Əsasnamələr” lə bəylərə kəndlilər üzərində polis və məhkəmə hüququ, kəndlilərə isə yaşayış yerini dəyişib başqa kəndlərə keçmək hüququ verilirdi. Başqa bəyin kəndinə keçmək istəyən kəndli bütün vergi və mükəlləfiyyətləri əvvəlcədən ödəməli və onu qəbul edəcək bəyin də razılığını almalı idi.

Beləliklə, 1847-ci il “Kəndli Əsasnamələri” ali müsəlman zümrəsi ilə kəndlilər arasındakı asılılıq münasibətlərini rəsmiləşdirərək qanuni şəklə saldı.

3. 60-70-ci illərin burjua islahatları.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin