Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə49/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   103
Digər islahatlar. Kəndli islahatı ilə eyni vaxtda Azərbaycanda başqa islahatlar da - məhkəmə, şəhər və inzibati idarə islahatlan da həyata keçirilmişdi. Bu islahatlar bü­tün Rusiyada, həmçinin onun müstəmləkə ucqarlarında baş verən sosial-iqtisadi dəyişik­liklərlə, feodal istehsal münasibətlərinin kapitalist istehsal münasibətləri ilə əvəz olunması ilə bağlı idi. Adlarını qeyd etdiyimiz islahatlar əvvəlcə Rusiyanın daxili quberniyalarında keçirilmişdi; onlann bəzisi imperiyanın ucqarlarına 70-ci illərin əvvəllərində, bəzisi isə hətta ondan sonra şamil edilmişdi.

Həmin məhkəmə islahatı ilə keçmiş silki məhkəmələr ləğv edilmiş və məhkə­mələr bütün silklər üçün eyniləşdirilmişdi. Bu o deməkdir ki, əgər qabaqlar bəyi və kəndlini baş­qa-başqa məhkəmələr mühakimə edirdisə, artıq onların hər ikisi eyni məhkəmədə mühakimə olunacaqdı. Arzu eyləyən şəxslər məhkəmə iclasında iştirak edə bilərdi. Lakin çar hökuməti bu dəfə də özünün milli-müstəmləkə siyasətinə sadiq qalaraq Rusiyaya nisbətən ucqarlarda məhkəmə islahatını yarımçıq keçirmişdi. Rusiyada hakimlər seçildiyi halda, ucqarlarda təyin olunur, həm də yalnız ruslardan təyin olunur və işlər rus dilində apanhrdı. Xalqın dili, adət-ənənəsi ilə tanış olmayan hakimlərin fəaliyyətində özbaşınalıq hökm sürürdü.

Çar hökuməti şəhərlərin idarəsi sahəsində də islahat keçirmişdi. Bütün Rusiya şəhə­rləri üzrə islahat keçirilməsi haqqında qanun, yalnız 8 ildən sonra l878-ci ildə Azər­baycana gəlib çatmış və təkcə Bakıya aid edilmişdi. Əgər əvvəllər şəhər dumalarına yal­nız imtiyazlı silkə mənsub şəxslərin seçilmək hüququ var idisə, yeni “Əsasnamə”yə gö­rə hamı, yəni şəhərdə yaşayıb vergi verən əhalinin hər biri seçkidə iştirak edə bilərdi. Vergi ödəməyən fəhlələr, qulluqçular, ziyalılar, bələdiyyə üzvləri seçkilərində iştirak edə bil­məz­dilər. Seçkilərdə 25 yaşına çatmayanların və qadınların iştirak etmək hüququ yox idi. Beləliklə, duma üzvlüyünə seçkilərdə, əslində, şəhər əhalisinin çox az hissəsi iştirak edirdi.

Şəhər dumalarının hüququ da məhdud idi; onların yalnız kiçik təsərrüfat işlərilə məşğul olmaq hüququ vardı. Bu hüquqlar şəhərin abadlaşdınlması və yanğına qarşı tədbirlərdən, bazarları, ticarət, sənaye, səhiyyə və maarifi himayə etməkdən ibarət idi. Görülən bütün işlərə qubernator nəzarət edirdi. Yüksək vəzifəli çar məmurları şəhər başçısı təyin edilirdilər. XIX yüzilliyin sonunda şəhər “Əsasnamə”si məhdud şəkildə olsa da Yelizavetpol, Nuxa, Gəncə, Naxçıvan, Şuşa və Ordubad şəherlərinə də aid edildi.

Qafqazdakı ali hakimiyyət burada çar canişininin əlində cəmlənmişdi. Quber­niyaları bütün mülki və hərbi hakimiyyəti əllərində cəmləşdirmiş qubernatorlar idarə edirdilər. Quberniyalar qəzalara bölünürdü. Qəzalara qəza rəisləri başçılıq edirdilər.

Yuxanda qeyd etmişdik ki. Şimali Azərbaycan ərazisinin demək olar ki, hamısı mərkəzi Şamaxı şəhəri olan Şamaxı quberniyasına daxil idi. 1859-cu ilda şiddətli zəlzələ nəticəsində Şamaxı şəhəri dağılandan sonra çar hökuməti quberniya mərkəzini Bakı şahərinə köçürmüşdü. Həmin vaxtdan Şamaxı quberniyası Bakı quberniyasına çevrilmiş və əvvəl Dağıstan vilayəti tərkibinə verilmiş Quba qəzası da həmin quber­niyanın tərkibinə daxil edilmişdi.

1867-ci ilin sonunda Bakı, Tiflis və İrəvan qubemiyaları hesabına mərkəzi Yelizavetpol şəhəri olan Yelizavetpol quberniyası yaradılmış və Şuşa, Yelizavetpol, Zəngəzur qəzaları həmin quberniyanın tabeliyinə verilmişdi. Bakı quberniyası isə Bakı, Quba, Şamaxı və Lənkəran qəzalarından təşkil olunmuşdu. Sonralar yeni yaradılmış Cavad və Göyçay qəzaları da Bakı quberniyası tərkibinə daxil olunmuşdu. 1883-cu ildə Yelizavetpol quberniyası tərkibində daha iki qəza - Cəbrayıl və Cavanşir qəzaları yaradılmışdı. Qəza mərkəzlərinin hamısında polis idarələri yaradılmış, Qaf­qaz canişinliyi ləğv olunmuş və Qafqazın idarəsi buradakı baş hərbi rəisə tapşınlmışdı.

Çarizmin Qafqazda həyata keçirdiyi islahatlar yalnız bir məqsəd güdürdü-yerlərdə müstəmləkə hakimiyyətini möhkəmləndirmək. İnzibati-ərazi bölgüləri yaradılarkən bu və ya digər bölgüyə daxil edilən əhalinin milli tərkibi, onun məişəti, iqtisadi həyat tərzi nəzərə alınmırdı. Çar idarələrində mühüm vəzifələrin hamısını ruslar, daha doğrusu, rus irticaçı məmurları tuturdular. 4. İslahatdan sonra kənd təsərrüfatının vəziyyəti. Kəndli islahatının yanmçıq keçiril­məsinə bax­maya­raq, məhsuldar qüvvələrin inkişafı kapitalizmin sürətli inkişafına təkan vermişdi. Rusiyanın tərkib hissəsinə çevrilmiş, iqtisadiyyatı Rusiya iqtisadiyyatı ile üzvi surətdə bağlanmış Azərbaycan da, heç şübhəsiz, bu sosial dəyişikliyin, sosial-iqtisadi inki­şafın axınına düşməli idi. Daha dəqiq desək, Azərbaycan iqtisadiyyatı Rusiya sənayesi və bazarının tələbinə tabe olunmuş, onun başlıca vəzifəsi Rusiya sənayesini xammalla təmin etmək idi. Rusiya burada daxili quberniyalarında fəaliyyət göstərən tipdə sənaye ocaqları yaratmırdı ki, bu da Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinin təbiətindən doğurdu. Müstəmləkə iqtisadiyyatının vəzifəsi isə metropoliya sənayesini xammalla təmin etmək idi. Azərbaycan iqtisadiyyatının inkişafındakı əskikliklərə baxmayaraq, XIX yüzilliyin ikinci yansında onun kənd təsərrüfatında və sənayesində kapitalist ünsürlərinin yaranıb inkişaf etməsi, feodal istehsal münasibət­lərinin sıxış­dıniması, şübhəsiz ki, mütərəqqi hal kimi qiymətləndirilə bilər.

Əmtəə-pul münasibətlərinin inkişafı və təsərrüfat qapalılığının ləğvi üçün şosse yollarının qaydaya salınmasının, xüsusən də dəmir yollannın çəkilməsinin böyük əhəmiyyəti olmuşdu. Həmin dövrdə Azərbaycan qəzalarını bir-birilə birləşdirən yolların xeyli hissəsi ya təmir olunmuş, yaxud da yeni istiqamətlərdə uzadılmışdı. 1883-cü ildə Qafqaz dəmir yolunun Bakı ilə Tiflisi birləşdirən hissəsinin və 1900-cü ildə isə Bakını Rusiyanın mərkəzi qubemiyaları ilə birləşdirən Bakı-Vladikavkaz dəmir yolunun istismara başlanması heç şübhəsiz ki, ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyətə malik idi. Bu, Rusiya ilə iqtisadi əlaqələrin daha da artmasına, əmtə mübadiləsinin xeyli asanlaşmasına və ucuz başa gəlməsinə səbəb olurdu. Dəmir yol nəqliyyatının işə düşməsi Azərbaycana təkmilləşdirilmiş kənd təsərrüfatı alət­ləri­nin gətirilməsi üçün də əlverişli şərait yaratmışdı. Doğrudur, bu əlaqələr, dəniz yolu ilə hələ keçən yüzillikdən yaranmışdı, lakin lazımi səviyyədə deyildi. Kənd təsər­rüfatında təkmilləşdirilmiş alətlərin tətbiqində 1850-ci ildə Tiflisdə yaradılmış “Qafqaz kənd təsərrüfatı cəmiyyətinin” ve onun yerlərdəki orqanlarının mühüm rolu olmuşdu. 1885-ci ildə Kürdəmirdə va Gəncədə kənd təsərrüfatı maşınları və alətlərinin sınağı keçirilmiş, az sonra Bakıda, Gəncədə, Nuxada, Zaqatalada, Şuşada kənd təsərrüfatı maşınları və alətləri satan kontorlar açılmışdı. Beləliklə, çox zəif addımlarla olsa da, yalnız varlıların və Rusiyadan köçürülmüş kəndlilərin təsər­rüfatlarında tətbiq edilsə də, Azərbaycanın kənd təsərrüfatına təkmilləşdirilmiş maşın və alətlər yol tapmışdı. Bir sözlə, əkinçilikdə texnikanın tətbiqi tədricən bu təsərrüfata kapitalist xarakteri verir, beləliklə, kapitalist münasibətlərinin əmələ gəlməsinə və bunların daha da inkişafına səbəb olurdu.

Azərbaycanda qabaqcıl kənd təsərrüfatı üsullarının yayılmasında görkəmli ma­arif­pərvər və ictimai xadim Həsən bəy Zərdabinin 1875-ci ildən nəşr etməyə başladığı “Əkinçi” qəzetinin də mühüm rolu olmuşdur. Qəzetdə kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, suvarma işləri, maşınların tətbiti və s. barəsində qiymətli məlumatlar verilirdi.

Şəhərlərin genişlənməsi, əhalinin sayının artması, ixrac üçün əlverişli şəraitin olması XIX yüzilliyin ikinci yarısında Azərbaycanda taxılçılığın inkişafına güclü təkan verdi. Kənd təsərrüfatı istehsalında yenə də birinci yeri buğda və arpa istehsalı tutur, çəltikçilik də geniş inkişaf edirdi. Taxıl məhsullarına olan tələbat onun istehsalının sürətlə artmasına səbəb olmuşdu. Bakı və Yelizavetpol quberniyalarında Bakı-Tiflis dəmir yolu işə düşəndən keçən 15 il ərzində taxıl üçün ayrılmış əkin sahələri və məhsul iki dəfə yarımdan çox artmışdı. İstehsal olunan məhsulun xeyli hissəsi ixrac olunurdu. 80-ci illərin ortalarında üç il müddətində Azərbaycandan Qara dəniz limanlarına, oradan isə xarici ölkələrə 11 milyon pud taxıl göndərilmişdi. Həmin dövrdə Azərbaycanın kənd təsərrüfatında muzdlu əmək də tətbiq olunmağa başlan­mışdı. Kənd təsərrüfatında muzdlu əməyin tətbiqi isə bu sahədə kapitalizmin inkişa­fının başlıca göstəricisidir.

Özünün keçmiş ənənələrinə sadiq qalan Azərbaycan kəndliləri barama istehsa­lına xüsusi fikir verirdilər. Baramaçılığın, ümumiyyətlə, ipəkçiliyin əsas rayonları yenə də Nuxa və Şamaxı qəzaları idi. Şuşa və Quba qəzalarında, Zaqatala dairəsində, Naxçıvan və Ordubadda da barama yeişdirirdilər. Azərbaycanda ildə 200-250 min puda qədər barama istehsal edilirdi. Barama xam halda və emal edildikdən sonra Rusiyaya, həmçinin xarici ölkələrə ixrac olunurdu. Şəkidə bir sıra rus və xarici şirkətlərin baramanı satın alıb göndərən kontorları var idi. Təkcə xarici şirkətlərin kontor­ları bir ildə (1873) 126 min puda qədər barama almışdı.

Azərbaycanda qızılboya istehsalı da çox geniş inkişaf etmişdi. Qızılboyadan Quba və Dərbənddə Rusiya toxuculuq fabriklərinin istehsal etdiyi məmulatı boyamaq üçün geniş istifadə olunurdu. Lakin bu istehsal sahəsi süni boyağın-alizarinin kəş­findən sonra iflasa uğradı və tamamilə aradan çıxdı.

Rusiyada toxuculuq sənayesinin sürətlə inkişafı, onun xammala - pambığa olan tələbatının artması Azərbaycanda pambıqçılığın inkişafına təkan verdi. Tezliklə Azerbaycana rus şirkətlərinin nümayəndələri gəldilər. Pambıqçılığın əsas rayonları Göyçay və Cavad qəzalan idi. Pambığı suvarmasız yetişdirməyin mümkün olmaması Kür-Araz vadisində süni suvarmanın genişlənməsinə şərait yaratdı. Pambığa maraq o qədər artmışdı ki, adətən təsərrüfatla məşğul olmayan bəylərin bir qismi də pambıq becərməyə başlamışdılar. Onlar tesərrüfatlarında bütün işləri muzdlu əmək tətbiq etməklə görürdülər. Pambıq yığımı zamanı təkcə bəylər deyil, bir çox təsərrüfat sahibləri də muzdlu əməkdən istifadə edirdilər. Beləliklə, pambıqçılıq kənd təsər­rüfatında kapitalist istehsal münasibətlərinin inkişafına güclü təkan vermişdi.

Pambıqçılıqla yanaşı tütünçülük də inkişaf edirdi. Azərbaycanda tütün Zaqatala dairəsi, Nuxa və Quba qəzalarında daha çox becərilirdi. Bağçılıq və üzümçülük də əhalinin əsas məşğuliyyətlərindən biri idi.

Naxçıvan qəzası və Zaqatala dairəsində, həmçinin Şamaxı, Quba, Göyçay qəza­larında bağçılıq daha çox yayılmışdı. Bağçılığa və üzümçülüyə kömək etmək məqsə­dilə Mərdəkanda Hacı Zeynalabdin Tağıyev bağçılıq məktəbi açmışdı. Belə bir məktəb Qubada da istifadəyə verilmişdi.

Əkinçiliklə yanaşı maldarlıq da geniş inkişaf etmişdi. Azərbaycanda təkcə qoyunların sayı orta hesabla 2-3 mln. başa çatırdı. Qoyunçuluğun inkişafı yun istehsalına və ixracına (ildə 100 min pud və daha çox) səbəb olmuşdu. Qaramal sax­lanması, atçılıq Azərbaycan maldarlığının mühüm sahələri idi. Azərbaycan, xüsusilə Qarabağ atları ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda məşhurlaşmışdı.

Adlarını çekdiyimiz təsərrüfat sahələrində müəyyən dərəcədə muzdlu əməkdən istifadə edilirdi. Bu, Azerbaycanın kənd təsərrüfatında kapitalizmin təzahürünü göstərir. Lakin Azərbaycan kəndində hələ feodal istehsal münasibətlərinin qalıqları güclü idi.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin