Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Milli - azadlıq hərəkatının yeni mərhələsinin (1905-1917) başlanması



Yüklə 1,84 Mb.
səhifə56/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   103
3. Milli - azadlıq hərəkatının yeni mərhələsinin (1905-1917) başlanması. 1905-ci ildə xalqımızın milli-azadlıq mübarizəsinin 1875-ci ildən başlayan milli oya­nış mərhələsi başa çatdı və hərəkatın tamamilə keyfiyyətcə yeni bir formalaşma və təşkilatlanma mərhələsi başladı.

1905-ci ildə Peterburqda dinc nümayişçilərin çar höküməti tərəfindən amansızlıqla gülləbaran edilməsi - “9 yanvar qanlı bazar günü” hadisəsi ilə Rusiyada mütləqiyyətə qarşı inqilab başladı. Birinci rus inqilabı 1907-ci ilin iyun ayının 3-dək davam etmişdir.

Rus inqilabının başlanması Şimali Azərbaycanda mütləqiyyətə, sosial və milli əsarətə qarşı azadlıq mübarizəsinə güclü təkan verdi. Çar höküməti milli-azadlıq hərəkatının qarşısını almaq üçün təcili tədbirlərə əl atdı. 1905-ci il fevralın 15-də müvəqqəti Bakı general qubernatoru vəzifəsi təsis edildi və çar II Nikolayın fərmanı ilə fevralın 18-dən Bakı şəhəri və Bakı quberniyasında hərbi vəziyyət elan olundu. Fevralın 26-da əvvəllər ləğv edilmiş canişinlik bərpa olunaraq İ.İ.Vorontsov-Daşkov Qafqaz canişini təyin edildi.

1905-1907-ci illərdə çar hökümətinin milli - azadlıq hərəkatının tərkib hissəsi olan fəhlə tətilləri və nümayişlərinə, ölkəmizin əksər qəzalarını bürümüş kəndli çıxışlarına və xüsusilə qaçaq hərəkatına qarşı ordunun gücündən istifadə etməklə gördüyü cəza tədirləri istənilən nəticəni vermədi. Bu dövrdə milli-azadlıq hərəkatı öz kütləviliyi ilə seçilirdi. Xalqımızın bütün nümayəndələrinin fəal şəkildə qoşulduğu milli-azadlıq hərəkatına milli burjuaziya və demokratik ziyalılar rəhbərlik edirdilər. Hər iki qüvvə siyasi cəhətdən kifayət qədər yetkin olmasa da, Hacı Zeynalabdin Tağıyevin başçılıq etdiyi milli burjuaziya imperiyaya qarşı mübarizədə və millətimizin qarşısında öz missiyasını və vicdani borcunu imkan daxilində yerinə yetirməyə çalışırdı. Milli ziyalılarımızın rəhbəri olan görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşov isə nəinki Azərbaycanın, bütün Rusiya müsəlmanlarının liderinə çevrilmişdi. O, bütün xalqlara, o cümlədən müsəlman­lara demokratik azadlıqların verilməsi və o dövr üçün çox mütərəqqi sayıla biləcək konstitusiyalı monarxiya quruluşunun yaradılmasını tələb edirdi.

Cənubi Qafqazda müsəlman əhalinin xeyrinə islahatlar keçirilməsi tələblərini əks etdirən petisiyaların - xahişnamələrin əhalinin adından tərtib edilərək Nazirlər Kabinetinə göndərilməsini də Ə.Topçubaşov təşkil edirdi. 1905-ci il aprelin 15-də H.Z.Tağıyevin sarayında keçirilən müşavirədə Azərbaycan burjuaziyası və ziyalılarının nümayəndələri tərəfindən tərtib olunub, Ş.Əsədullayev, Ə.Ağayev, Ə.Topçubaşov və başqalannm imzaladığı ümumi petisiyada imperiyada yaradılacaq bütün məşvərətçi, qanunverici və bütün digər nümayəndəli (yəni seçkili) idarə orqanlannda müsəlmanlann təmsil olunması, müsəlmanlara aid qanunvericilik təşəbbüsü göstərmək, heç bir maneə qoyulmadan onlara dövlət və ictimai vəzifələr tutmaq imkanı verilməsi, şəxsiyyət və mülkiyyətin toxunul­mazlığı, vicdan, söz, mətbuat, yığıncaq, ittifaq azadlıqları, ana dilində ümumi, icbari və pulsuz ibtidai təhsil hüququnun verilməsi çar hökümətindən tələb olunmuşdu. 1905-ci il 15 aprel petisiyası xalqımızın milli-azadlıq hərəkatının və cəmiyyətin demokratikcəsinə yenidən qurulması uğrunda mübarizəsinin ilk ümummilli proqramı sayıla biləcək tarixi sənəddir.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin