Yeni DÜnya düZƏNİ


IX FƏSİL “Harmageddon” (III Dünya) savaşının ehtimali iştirakçıları



Yüklə 3,78 Mb.
səhifə48/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   44   45   46   47   48   49   50   51   ...   97
IX FƏSİL
Harmageddon” (III Dünya) savaşının ehtimali iştirakçıları
Şübhəsiz ki, Harmageddon savaşını planlaşdıranların bunun üçün bir çox siyasi, geosiyasi və iqtsadi səbəbləri və təbii ki, gələcəyə yönəlik strateji planları var. Bu, məsələnin bir və ən önəmli tərəfidir. Məsələnin ikinci tərəfi isə odur ki, onlar bunu Əhdi-Ətiq və Əhdi-Cədiddə, başqa sözlə, Bibliyada yazılanlar əsasında ssenariləşdirmişlər və bu yolla öz şeytani planlarına dini don geydirməyə çalışırlar:

Altıncı mələk kərənayını çaldı. Mən Allahın qarşısındakı qızıl qurbangahın buynuzlarından çıxan bir səs eşitdim. O səs kərənay çalan altıncı mələyə dedi: «Böyük Fərat çayında əli-qolu bağlanmış dörd mələyi aç burax». İnsanların üçdə birini öldürmək məqsədilə həmin saat, gün, ay və il üçün hazırlanmış dörd mələk buraxıldı(“Vəhy” kitabı, IX fəsil, 13-15 - ci bəndlər).

Beləliklə, müharibəyə Fərat çayı sahillərindən başlamaq nəzərdə tutulmuşdu, bunu İraq savaşına başlamaqla gerçəkləşdirdilər. Daha sonra ABŞ Fəratın axdığı digər ölkəyə - Suriyaya müdaxilə etdi. Plana görə, dünya əhalisinin üçdə biri məhv edilməli və bu yolla Yer üzündəki insanların sayı önəmli dərəcədə azaldılmalıdır. Nəzərə alsaq ki, hazırda dünyada təqribən 7,8 milyard adam yaşayır, bu o deməkdir ki, təqribən 2,6 milyard insanın məhvi öngörülür.

Fərat çayı dörd ölkəni – Türkiyə, Suriya, İraq və İranı əhatə edir. Bu ölkələrdə üst-üstə, təbii ki, bu qədər adam yaşamır. Belə ki, 2004-cü ildə Türkiyənin əhalisi 77.804.122, İranın əhalisi 76.923.300, İraqın əhalisi 29.671.605, Suriyanın əhalisi isə 22.198.110 nəfər olub. Bu isə o deməkdir ki, hətta həmin ölkələrin bütün əhalisi öldürülərsə belə (Allah uzaq eləsin!!!), ölməsi hədəflənən insan sayının heç onda biri belə etməz. Ümumi sayları dünya 1,7 milyard olan müsəlmanların sayı da bu planın həyata keçirilməsi üçün yetərli deyil. Hədəflənən 2,6 milyard göstəricisinin əldə edilməsi üçün işin içində mütləq və mütləq Çin və Hindistanın olması lazımdır. Belə ki, yenə 2004-cü ilin statistikasına görə, bunlardan birincisində 1.330.141.295 nəfər, ikincisində isə 1.173.108.018 nəfər əhalinin yaşadığı bilinməkdədir. Hazırda Çin və Hindistanın toplam əhali sayı 3 milyarda yaxındır.

Harnageddon savaşının, yəni III Dünya müharibəsinin iştirakçıları içərisində Çin və Hindistanın da yer alacağı heç bir şübhə oyatmır. Çünki, “Standart Chartered”in hesabatına görə, 2030-cu ilə qədər məhz bu iki ölkənin ÜDM üzrə ABŞ-ı keçməsi və üçüncü yerə sıxışdırması gözlənilir. Belə ki, bunlardan birincisinin, yəni Çinin ÜDM göstəricisinin 2030-cu ildə 64.2 trilyon dollar olacağı söylənilir. Onu 44,31 trilyon dollarlıq göstərici ilə Hindistanın təqib edəcəyi gözlənilir.

Hesabatda ABŞ üçüncü yerin sahibi kimi qeyd edilib – 31,01 trilyon dollar. Belə olan halda, ABŞ öz dünya liderliyini itirməmək üçün sözügedən iki ölkənin sürətli inkişafını dayandırmaq məcburiyyətindədir. Dayandırmağın ən optimal yolu isə bu iki dövlətin müharibəyə cəlb edilməsidir.

Kəşmir
Hindistanın müharibəyə cəlb etməyin ən asan yolu onu Pakistanla savaşdırmaqdır. Nəzərə alsaq ki, Pakistan “Bir zolaq, bir yol” layihəsinin ən önəmli iştirakçılarından biridir, onun da savaşa cəlb edilməsi ABŞ-ın mənafeləei baxımından böyük önəm daşımaqdadır. Pakistanın İndoneziyada sonra dünyada ən çox müsəlmanın yaşadığı 2-ci, Hindistanın isə 3-cü ölkə olması da ABŞ-ın hədəf və məqsədlərinə tam cavab verir. Məlumat üçün bildirək ki, bu iki ölkədə üst-üstə 344 milyon müsəlman yaşayır ki, bu da dünya müsəlmanlarının təqribən altıda biridir.

Hindistanla Pakistan arasında mövcud olan Kəşmir problemi sözügedən dövlətlərin bir neçə dəfə müharibə etməsinə səbəb olub. Hindistan və Pakistan dövlətlərinin yaranandığı 1947-ci ildə Cammu və Kəşmir maharaca Hayin Sinh tərəfindən idarə edilməkdə idi. Lakin əhalinin 77 faizi müsəlmanlardan ibarət idi. Müsəlmanların azadlıq tələbi ilə ayaqlandığı sırada, daha dəqiq desək, 1947-ci ilin 21 oktyabrında bəzi pəştu qəbilələri Pakistan üzərindən həmdinlərinə yardım üçün sözügedən bölgəyə keçdilər. Nəticədə 3 gün sonra Kəşmir özünün müstəqilliyini elan etdi və Pakistanın tərkibinə daxil olmaq arzusunu dilə gətirdi. Bu, Hindistanın Kəşmirə qoşun yeritməsinə səbəb oldu. Belə olan halda, Pakistan da eyni şeyi etdi və ilk Hindistan-Pakistan savaşı başladı. Savaşa paralel olaraq, iki ölkə arasında oktyabrın 28-dən dekabrın 22-nə qədər davam edən danışıqlar nəticəsində belə qərara gəlindi ki, Kəşmirdə referendum keçirilsin və yerli xalq öz taleyini özü həll etsin. Qərarın qəbul edilməsi savaşın dayanmasına səbəb olmadı və müharibə bir il çəkdi.

1949-cu ildə hərbi əməliyyatlara son verildi. Nəticədə Kəşmir iki hissəyə parçalandı. Onun təqribən yarısı (77,5 min. кm² ) Pakistanın tərkibinə keçdi. Bölgəyə BMT-nin müşahidəçiləri göndərildi.

BMT-nin, tərəfləri qoşunlarını Kəşmirdən çəkmək və orada xalq referendumunun keçirilmək barədə 21 aprel və 13 avqust 1948-ci il, eləcə də 5 yanvar 1949-cu il tarixli çağırışlarına baxmayaraq, nə Hindistan, nə də Pakistan BMT-nin qəraralarına əhəmiyyət vermədilər.

Beynəlxalq basqılara tab gətirməyən Hindistan 1956-cı ildə Kəşmirin əlində olan hissəsinə “Camnu və Kəşmir ştatı” statusu verməyə məcbur oldu. Sriniqar ştatın yay, Camnu isə qış paytaxtı elan edildi. Pakistanla Hindistan arasındakı atəşkəs xətti sözügedən iki dövlət arasında dövlət sərhəddi kimi qəbul edildi.

Kəşmirin Pakistanda qalan hissəsinin, Gilgit şəhəri mərkəz olmaqla, Şimal Əraziləri Agentliyi adı altında Pakistanın tərkib hissəsinə çevrildiyi, 2169 кm² -lik hissəsinə, Müzəffarabad şəhəri paytaxt olmaqla, muxtariyyət verildiyi və bu muxtar qurumun öz hərbi hissələrinə belə sahib olduğu bilinməkdədir.

Kəşmirin, bir hissəsinə də olsa, sahib olmaq Pakistana müttəfiqi Çinlə həmsərhədd olmaq imkanı vermişdir. Üstəlik də bu ərazi Hindistanı Orta Asiya bölgəsi və Əfqanıstandan ayırır.

1962-ci il Hindistan-Çin savaşından sonra Kəşmirin bir hissəsi Hindistandan qopardılmış və Çinin tərkibinə keçmişdir. Çin bundan öncə də, daha dəqiq desək, 1950-ci illərdə Kəşmirin Aksayçin adlı hissəsini ələ keçirə bilmişdi. Beləcə, Kəşmir məsələsi təkcə Pakistanla Hindistan arasında deyil, Çinlə Hindistan arasında da əsas problemlərdən biri olaraq qalır.

Kəşmir probleminin həll olunmamış qalması 1965, 1971-1972, 1999-cu illər Pakistan-Hindistan savaşlarının əsas səbəbi olub. Deyilənlərə 2019-cu il gərginlik və qarşıdurmasını da artırmaq lazımdır.

2020-ci ilin yazında Hindistanın Kəşmirin xüsusi statusunu ləğv etməsi növbəti qarşıdurma üçün ciddi zəmin hazırlamışdır.

Çinlə olan ərazi problemi səbəbindən Hindistan nəinki “Bir zolaq, bir yol” layihəsinə yaxın durmur, əksinə ABŞ-ın təhrik və dəstəyi ilə özünün alternativ “Ədviyyat yolu” adlı layihəsini önə sürməyə çalışır. Bu ölkənin Çin və Pakistana qarşı ABŞ tərəfindən silahlandırıldığı bilinməkdədir.

“Bir zolaq, bir yol” layihəsinin əsas dəhlizlərindən biri olan Çin - Orta Asiya – Qərbi Asiya iqtisadi dəhlizi (CCWAEC) üzərində yerləşən daha iki önəmli ölkə İran və Türkiyədir. Bunlardan birincisini İsraillə, ikincisini isə Rusiya ilə qarşı-qarşıya gətirməyi planlaşdıran ABŞ-ın İrana qarşı olan mövqeyi özünün xüsusi spesifikası ilə fərqlənir. İraq savaşının başlamasından sonra bu ölkəyə özünün “Şiə hilalı” layihəsini həyata keçirərək, İrqa və Suriya əraziləri hesabına İsrail və Livan sərhələrinə qədər uzanan strateji dərinlik əldə etmək imkanı yaradılmışdır. Hazırda İran İsrail üçün bir nömrəli təhlükə mənbəyinə çevrilmişdir. Yeri gəlmişkən qeyd edək ki, İsrail açlqdan-açığa “Bir zolaq, bir yol” layihəsinə qatılmasa da, özünün Hayfa limanını Çinə icarəyə vermişdir ki, bu fakt ABŞ-ı narahat etməyə bilməz.

İsraili ən çox narahat edən fakt İranın nüvə proqramı və İsrailin istənilən nöqtəsini vurmaq imkanına sahib olan ballistik roketləridir.




Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin