Yunesko-nun “İnformasiya hamı üçün” (İfap) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında hesabat


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən



Yüklə 94,26 Kb.
səhifə4/25
tarix01.01.2022
ölçüsü94,26 Kb.
#103803
1   2   3   4   5   6   7   8   9   ...   25
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən keçirilən tədbirlər:
- AQUPDK və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İKT-də qızlar” beynəlxalq gününə həsr edilmiş respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan alim qadınlar, pedaqoq və mütəxəssislər iştirak etmişdir;
- Qadın sahibkarlığının inkişafına həsr olunmuş “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər”  mövzusunda keçirilən Beynəlxalq Forumda panel iclaslarının mövzularından biri “İKT vasitəsi ilə Qadın sahibkarlığının dəstəklənməsi və şəbəkələşmə“ olmuşdur. Tədbirin yekununda Bəyannamə qəbul edilmişdir. Bəyannamənin 2-ci bəndində “Qadın sahibkarlığının inkişafı üzrə əlverişli mühitin yaradılması, xüsusi ilə bu sahədə “bir pəncərə” sisteminin, informasiya kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqi ilə bağlı gələcəkdə iştirakçı dövlətlərin təcrübə mübadiləsi və əməkdaşlığı kimi məsələlər qeyd olunmuşdur;
- Komitənin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirilən Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi çərçivəsində Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Masallı, Zaqatala, Qusar, Bakı şəhəri Xəzər rayonlarında Qadın Resurs Mərkəzləri yaradılmışdır. Bu mərkəzlərdə “İnformasiya texnologiyaları vasitəsilə qadınlarının liderlik bacarıqlarının artırılması” layihəsi çərçivəsində “Şəbəkələşmə” və “Məşğulluq, peşə və əlavə gəlir” mövzularında təlim keçirilmişdir. Layihədə qadınların bacarıqlarını inkişaf etdirmək məqsədilə iki təlim və on vebinar nəzərdə tutulmuşdur. “Limitli resurslarla biznesin qurulması” mövzusunda ilk dəfə canlı vebinar keçirilmişdir;
- 2017-ci ildən etibarən start verilən “Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində keçirilən görüşlərdə gənclər, qadınlar, xüsusilə, gənc ailələr, sosial iştirakçılığı zəif olan insanlar cəmiyyətdə aktual olan mövzular (gənclərin ailə həyatına hazırlığı, internet təhlükəsizliyi və digər) ətrafında sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərdən faydalı məlumatlar əldə edir, öz fikir və təkliflərini birbaşa olaraq çatdıra bilirlər. 2019-cu ilin ilk yarımilliyi ərzində layihə çərçivəsində Bakı (Pirallahı, Yasamal), Sumqayıt , Yevlax (Gəncə, Naftalan, Mingəçevir, Göygöl, Samux, Goranboy, Tərtər, Ağstafa, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Şəmkir), Abşeron , Qobustan ( Ağsu və Şamaxı),Qax (İsmayıllı, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Şəki ) şəhər və rayonlarda regional tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdən 500 nəfərdən artıq bələdiyyə, eyni zamanda ictimaiyyət nümayəndələri faydalanmışdır.





1.5.

Regionlarda məktəblərin genişzolaqlı internetə çıxışın təmin olunması


TN


NRYTN


2019-2021




Yüklə 94,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin