Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə28/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   24   25   26   27   28   29   30   31   ...   49
Qaradonlu stansiyasına çatmağa az qalmışdı ki, təxribatçıları tuta bildilər (S. Vəliyev).

Baş cümlədəki iş budaq cümlədə qeyri-müəyyən bir müddət keçdikdən sonra icra olunur. Məsələn:



Bir müddət keçmədi ki, o, əlaqələri istədiyimiz səviyyədə möhkəmlətdi (S. Vəliyev); Bir həftə keçmədi ki, sağalıb ayağa qalxdı (S. Rəhimov)

Azərbaycan dilində elə zaman budaq cümlələri də vardır ki, bu konstruksiyanın baş cümləsindəki hərəkət budaq cümlədəki hərəkətdən qabaq icra olunur. Əvvəlki tip zaman budaq cümlələrindən fərqli olaraq belə budaq cümlələrin xəbəri inkarda olur. Bunlar da semantik cəhətdən bir neçə qismə bölünür.

Baş cümlədəki iş budaq cümlədə qabaqcadan nəzərdə tutulan bir iş icra olunmadan əvvəl görülür. Məs.:

Hələ stola içki gətirilməmişdi ki, polislər içəri daxil oldu (danışıq dilində); Ovçular tələləri hələ qurmamışdılar ki, meşəbəyinin acıqlı səsini eşitdilər (Ə. Vəliyev).

Baş cümlədəki iş budaq cümlədə icrası başlanan, amma hələ başa çatmayan bir iş barəsində informasiya çatdırıldığı təqdirdə görülür. Məs.:



Məşğələlər hələ başa çatmamışdı ki, RTŞ-nin müdiri məktəbə gəldi (danışıq dilində); Palazı yuyub qurtarmamışdılar ki, suyun kəsilməsi haqqında xəbər verdilər (danışıq dilində).

Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrdəki işlərin icra müddəti eyni bir vaxtda təsadüf edəndə eynizamanlılıq münasibəti yaranır. “Aydın olur ki, budaq cümlə ilə baş cümlənin zaman münasibətlərində, az da olsa, ikili xüsusiyyət vardır; yəni budaq və baş cümlələrdəki işlər ya mütləq, ya da nisbətən eyni zamanda icra olunur. Buna əsasən də komponentlər arasındakı zaman münasibətlərini iki qismə ayırmaq olar: mütləq eynizamanlılıq, nisbi eynizamanlılıq. Mütləq eynizamalılıq münasibəti kəmiyyət etibarilə 45 %, təşkil edir. Nisbi eynizamanlılıq 55 %-dən artıqdır” [5, s. 266].

Mütləq eynizamanlılıq münasibətində budaq cümlədə müəyyən zaman həddi, baş cümlədə isə həmin zamanda bir işin görülməsi barədə informasiya verilir. Məsələn:

Günorta saat 12 olardı ki, Səlim kişi ömrünü balalarına bağışladı (S. Əmirli); Gecənin tən yarısı olardı ki, toy qurtardı (S. Əmirli).

Elə zaman budaq cümlələrinə də rast gəlirik ki, baş cümlədəki iş, hərəkət budaq cümlədəki hərəkətin icra edilməsi müddətində baş verir. İkili əlamətə malik olan işlər bir-biri ilə şərtlənir və məhdudlaşır. Hər iki işin icrası eyni şəraitdə davam edir. Belə olmazsa, baş cümlədəki işin icrası dayana bilər. Məsələn:



Nə qədər ki erməni var, bizə rahatlıq olmayacaq (danışıq dilində). Nə qədər ki, ermənilərin burnu ovulmayıb, Qarabağ geri qaytarılmayacaq (danışıq dilində).

Baş cümlədəki işin icrası budaq cümlədəki işin icrasından asılı olur. Buna görə də budaq cümlədəki iş ardıcıllığına görə əvvələ keçir. Məsələn:



Bəxtimiz o vaxt gətirəcəkdir ki, qaçqınlar doğma el-obalarına qayıdacaqlar (“Yeni Azərbaycan” qəzeti)

Baş cümlədəki iş görülür, budaq cümlədəki iş müəyyən şərait və situasiyada davam edir. Bu o deməkdir ki, budaq cümlədəki iş baş cümlədəki işə nisbətən tez başlanmışdır. Məs.:



Səhər yenicə açılırdı ki, carçı elçilərin gəlməsi xəbərini verdi (Ə. Cəfərzadə)

Zaman münasibəti mürəkkəb cümlə tiplərində özünü müxtəlif şəkildə göstərir. Budaq cümlə baş cümlədəki situasiyanı (işi, hadisəni) zamana görə də konkretləşdirir.



Baş və budaq cümlələr arasında məntiqi-semantik əlaqənin mövcudluğunu tədqiqatçılar haqlı olaraq həmin tip cümlələrin bir-biri ilə sıx bağlılığında görürlər. Həmçinin komponentlər arasında əsas məntiqi-semantik münasibətdən başqa, bir neçə müşayət edən mənaların da varlığını göstərilər [15, s. 12; 26, s. 9].

Tabeli mürəkkəb cümlələrin formalaşması və komponentlər arasındakı zaman münasibətləri tarixən birdən-birə yaranmamışdır. Bu insan təfəkkürünün müəyyən mərhələsində sadə cümlələrin mürəkkəb cümləyə doğru inkişafının nəticəsi olaraq təzahür etmişdir.

İngilis dilinin nəzəri qrammatikası mütəxəssisi M.Bloxun fikrincə, “sadədən mürəkkəbə doğru inkişaf müəyyən bir zərurət nəticəsində baş vermiş, dilin qrammatik quruluşu mürəkkəb cümləyə doğru inkişaf edə bilmişdir. Bu proses əvvəlcə sadə müxtəsər cümlə, sadə geniş cümlə, üzvləri genişlənmiş sadə cümlə, tabesiz mürəkkəb cümlə və tabeli mürəkkəb cümlə xətti üzrə inkişaf etmişdir” [162, s. 54].

Eyni inkişaf xətti Azərbaycan dilinin cümlələrində də özünü göstərmişdir. Tədqiqatçıların fikrincə, “insan təfəkkürünün müəyyən inkişaf dövrü tabeli mürəkkəb cümləyə olan ehtiyacı doğurmuş, bunun nəticəsində sadə cümlələrin bir-biri ilə birləşməsi lazım gəlmiş, bu məqsədlə də dilin öz materialından bağlayıcı elementlər kimi istifadə olunmuşdur” [5, s. 370].

Sadədən mürəkkəbə doğru inkişaf xəttini aşağıdakı qarşılaşdırmadan görə bilərik:



Azərbaycan dilində: Bulud dağıldı (sadə müxtəsər cümlə) - Bulud səhər-səhər dağıldı (sadə geniş cümlə) - Bulud səhər açılanda dağıldı (üzvləri genişlənmiş sadə cümlə) - Səhər açıldı, bulud dağıldı (tabesiz mürəkkəb cümlə) - Səhər açılırdı ki, bulud dağıldı (tabeli mürəkkəb cümlə).

Bu cümlələrdən sonuncusu zaman budaq cümləsidir. Göründüyü kimi, ikinci – sadə geniş cümlə və üçüncü – zaman zərfliyi genişlənmiş sadə cümlələrdə zərflik rolunda çıxış edən üzvü, beşincidə – zaman budaq cümləli tabeli mürəkkəb cümlədə (Səhər açılırdı ki, bulud dağıldı) budaq cümlə (Səhər açılırdı) əvəz edir. Ona görə ki, sadə cümlə daxilindəki cümlə üzvlərinin daşadığı funksiyanı tabeli mürəkkəb cümlədə budaq cümlə yerinə yetirir. Buna görə də budaq cümlələrin böyük bir qismi istənilən vaxt feili sifət, feili bağlama və məsdər tərkibləri ilə cümlə üzvlərinə çevrilir və onların suallarına cavab verir. Bu fikrə əsaslanaraq bəzi hallarda budaq cümlələrin feili sifət, feili bağlama və məsdər tərkiblərindən əmələ gəldiyi qeyd olunur. Z.Tağızadə yazır ki, …budaq cümlələr birdən-birə yaradılmamışdır, budaq cümlə halına keçməzdən əvvəl o, sadə cümlənin feili sifət və feili bağlama birləşməsi şəklində olmuşdur ki, biz indi də asanlıqla belə budaq cümlələri sadə cümlə tərkibində birləşmə halında işlədə bilərik [53, s. 33].

Tədqiqata cəlb edilmiş 20000-ə yaxın tabeli mürəkkəb cümlə arasında zaman budaq cümləsinin işlənmə tezliyinin Azərbaycan dili üzrə 0,7 faiz təşkil etdiyi göstərilir [15, s. 18].

İngilis dilində zaman budaq cümləsinin işlənmə tezliyinin 100 faiz üzrə 0,8 faiz olduğu qeyd olunur [97, s. 127].

İngilis dilindən fərqli olaraq, Azərbaycan dilində baş və budaq cümlə arasındakı zamanca eynilik leksik və morfoloji vasitələrin köməyilə yaranır. Leksik vasitə kimi Azərbaycan dilində “yenicə”, “təzəcə” və s. sözlər budaq cümlədə iştirak edir. Ə. Abdullayev yazır ki, təzəcə, yenicə sözləri o budaq cümlədə iştirak edir ki, onun xəbəri təsdiq fellə ifadə olunur. Zaman budaq cümlələri üzərində aparılan müşahidələr göstərir ki, yenicə, təzəcə tipli sözlər, xəbəri inkar fellərlə ifadə olunan budaq cümlələrdə işlənmir [5, s. 263].

Sitatın təsdiqi üçün aşağıdakı cümlələrə diqqət yetrək: Bayraməli təzəcə soyunub yerinə girmişdi ki, bayırdan tüfəng səsi eşidildi (N. B. Vəzirov); Yenicə bağa gəlmişdi ki, bağbanın ağacın başında meyvə yığdığını gördü (danışıq dilindən).

İngilis dilində zaman budaq cümləsi budaq cümlədəki situasiyanın (iş və hadisənin) vaxtının zaman oxu üzərində göstərilən situasiyanın vaxtı ilə əlaqəsini, münasibətini ifadə edir. Bu əlaqə Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində özünəməxsusdur. Belə ki, zaman oxu üzərində budaq cümlənin vaxtı zaman budaq cümləsindəki vaxtdan əvvəl, sonra və ya eyni ola bilər. Həmçinin budaq cümlələrdəki situasiyaların bir dəfə və ya təkrarən baş verən situasiyalar kimi nəzərdən keçirilməsi də mümkündür. İngilis dilində zaman əlaqəsi əlavə olaraq hər iki situasiyadakı vaxtın davametmə müddətini və eyniliyini ifadə edə bilir. Zaman əlaqələrinin bir çoxu ingilis dilində yalnız bağlayıcıların seçilməsi ilə deyil, həm də hər iki budaq cümlədəki digər mümkün vasitələrlə də ifadə olunur. Bu vasitələrə daxildir: zaman, tərz, feilin semantik kateqoriyaları, zərf və vaxtı bildirən sözönülü ifadələr, sifətlər və isimlər.

İngilis dilində budaq cümlələr arasındakı zaman əlaqələri onların semantik əlaqələri kimi nəzərdə tutula bilər. Burada, əsasən, zaman bildirən bağlayıcılar nəzərdə tutulur.

İngilis dilində zaman əlaqəsi əvvəlki vaxta görə müəyyənləşir. Until, tillbefore bağlayıcıları budaq cümlədəki situasiyanın əvvəlcədən baş verdiyini göstərir. Till bağlayıcısı until kimi eyni qaydada işlədilir, lakin az hallarda istifadə olunur. Until bağlayıcısı vaxtı budaq cümlədəki situasiyanın vaxtına yaxınlaşdırır. Məsələn:




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin