Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə27/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   23   24   25   26   27   28   29   30   ...   49
O gün ki öz doğma evini tərk etdi, faciəli həyat tərzi başladı (S. Rəhimov); Elə ki universitetin Şərq fakültəsinə daxil oldu, günləri qiraətxanalarda keçdi (N. Nərimanov)

Bu misallardan göründüyü kimi, budaq cümlədə baş verən hərəkət, iş tam yerinə yetirilib qurtarandan sonra, baş cümlədəki hərəkət, iş icra olunur. Bu icra prosesi “budaq cümlə + baş cümlə” ardıcıllığında baş verir.

Nümunələr göstərir ki, həm Azərbaycan dilində, həm də ingilis dilində budaq cümlələrdəki iş əvvəlcədən görülsə də, onunla baş cümlədəki işin icrası arasında qısa bir zaman kəsiyi olsun. “Bir işin icrası ilə digər işin icrası arasındakı müddəti yaxınlaşdırmaq daha çox ya budaq cümlənin, ya baş cümlənin, ya da, ümumiyyətlə, onların qarşılıqlı mənalarının hesabına olur” [5, s. 262].

Budaq və baş cümlələrdəki iki işin icrası arasındakı müddət, qarşılıqlı məna köməkçi vasitələrin iştirakı ilə də öz həllini tapır.



  1. budaq cümlədəki işin zamanını baş cümlədəki işin zamanına yaxınlaşdırmaq üçün budaq cümlədə yenicə, təzəcə qəbildən olan sözlərin iştirakı vacib sayılır. Məsələn:

Hürü nənə yenicə dəstamaz alıb namaz qılmaq istəyirdi ki, bayırdan güllə səslərini eşitdi (N. Vəzirov); Yeməyini təzəcə yeyib qurtarmışdı ki, o biri evdən körpənin səsini eşitdi (S. Vəliyev). Bu xoş niyyətlərlə yatağına təzəcə girmişdi ki, telefon zəng çaldı (Anar).

Nümunələrin təhlili göstərir ki, “Azərbaycan dilində bu tip budaq cümlələrin xəbəri bir çox hallaprda nəqli keçmişin hekayəsində, baş cümlənin xəbəri isə şuhudi keçmiş zamanda olur.



Köməkçi leksik vasitələrin (təzəcə, yenicə sözləri) iştirak etdiyi budaq cümlələrin feili xəbəri təsdiqdə olur. Qeyd edək ki, feili xəbəri inkarda olan belə budaq cümlələr Azərbaycan dilində yox dərəcəsindədir” [25, s.461].

  1. budaq cümlədəki işin zamanını baş cümlədəki işin zamanına yaxınlaşdırmaq üçün budaq cümlədə elə ədatının işlənməsi vacib sayılır. Bu zaman yuxarıdakı leksik vasitələrdən birinin (yenicə, təzəcə) budaq cümlədə müşahidə oluna da bilər, olunmaya da. Məsələn:

Elə təzəcə yuxuya getmişdi ki, üstünə ağır bir şeyin düşdüyünü hiss etdi (S. Vəliyev); Elə hörmət qazanırdı ki, xəbislərin güdazına getdi (S. Rəhimov). ... elə təzəcə bazara girmişdi, o yan bu yana baxırdı ki, gördü hamı qaçır (“Koroğlu” dastanından).

  1. baş cümlənin zamanını budaq cümlənin zamanına yaxınlaşdıran leksik vasitələr arasında birdən, o saat sözlərinin də rolu vardır. Bu leksik vasitələr baş cümlədə gəlir. Budaq cümlədə isə təzəcə, yenicə sözlərinin işlənməsi, yaxud işlənməməsi mümkündür. Məs.:

Bədir yenicə stansiyaya çatmışdı ki, birdən qardaşını gördü (S. Vəliyev); Elə ki direktor otaqdan çıxdı, o saat şagirdlər sinfə dağıldılar (danışıq dilində).

  1. baş cümlənin zamanı ilə zaman budaq cümləsinin sintetik tipinin münasibətlərində çox yaxınlıq olur. Məsələn:

Bir dəfə anlatdınmı, o saat yaddaşında həkk olunur (danışıq dilində)

  1. baş və budaq cümlənin komponentlərinin məzmunu göstərir ki, bunlar arasında çox qısa bir zaman münasibəti vardır. Məsələn:

Biçinçilər otu biçib qurtarmışdı ki, Əşrəf böyürdən çıxdı (İ. Şıxlı)

Baş cümlədəki iş budaq cümlədəki iş bir qədər görüldükdən sonra icra olunur. İşin icrasının bu cür ardıcıllığı bir sıra məna variantlarını əmələ gətirir.

Baş və budaq cümlələrdəki işin icra vaxtını bir-birinə yaxınlaşdıran vasitə azca, xeyli tipli sözləridir. Məs.:

Karvan üç yol ayrıcından azca uzaqlaşmışdı, birdən atlılar göründü (“Qaçaq Nəbi” dastanından); Əsgərlər xeyli irəliləmişdi ki, birdən düşmən meşəlikdən onları atəşə tutdu (Tiqana)

Baş cümlədəki iş budaq cümlədə işin icrası müəyyən həddə çatmağa az qaldığı şəraitdə görülür. Məsələn:




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin