Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ


Zaman budaq cümləsində xəbərin morfoloji səciyyəsi



Yüklə 0,86 Mb.
səhifə24/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

2.3. Zaman budaq cümləsində xəbərin morfoloji səciyyəsi

Zaman cümləsində xəbərin morfoloji səciyyəsini öyrənmək, üzə çıxarmaq tabeli mürəkkəb cümlənin struktur-semantik xüsusiyyətlərini üzə çıxarmaq baxımdan önəmlidir. Bu məsələ bağlı müqayisəli tədqiqatlarda mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər bir konkret dildə budaq cümlədə xəbərin forması hər bir konkert dilə xas olan linqvistik qanunauyğunluqlarla müəyyənləşir.

Baş və budaq cümlədəki xəbərlərdə ifadə olunan zaman forması danışıq vaxtının nisbiliyinə əsaslanır. “Nisbi danışıq vaxtı dedikdə isə zaman əlaqələrinin əsası kimi qəbul edilmiş hər hansı başqa bir danışıq vaxtı əsas götürülür. Bu vəziyyət özünü ən çox tabeli mürəkkəb cümlələrdə göstərir” [7, s. 40].

Müxtəlif dillərin materialların araşdıran tədqiqatçılar dillərin qrammatik quruluşunun tipoloji xüsusiyyətlərindən asılı olaraq budaq cümlələrin xəbərinin müxtəlif şəkildə ifadə olunmasını qeyd etmişlər. Belə ki, müəyyən dillərdə budaq cümlənin xəbərinin ifadə olunmasında feilin bütün şəkilləri, digərlərində isə bəzi şəkilləri iştirak edə bilir. M.Əsədova ingilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələrində xəbərin morfoloji strukturunu araşdırıraraq belə qənaətə gəlmişdir ki, ingilis dilində feilin mövcud üç şəklindən ikisi (xəbər şəkli – Indicative; vasitəli şəkil – Subjunctıve mood) tamamlıq budaq cümləsinin xəbərinin ifadə olunmasında iştirak edir. Azərbaycan dilində feilin bütün şəkilləri tamamlıq budaq cümləsinin xəbərini ifadə etmək imkanına malikdir [19, s. 28-29].

Bədii ədəbiyyatdan toplanmış misallardan aydın olur ki, zaman budaq cümlələrində xəbərin ifadə olunması baş cümlə ilə budaq cümlə arasında əlaqə vasitələrinin mənasından asılı olur.

Azərbaycan dilində zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrin zamanları arasında elə bir məhdudiyyətə təsadüf edilmir: həm baş, həm də budaq cümlələrin xəbərləri feilin xəbər şəklinin bütün zamanları ifadə oluna bilər [5, s. 254-261; 16, s. 68-121; 15, s. 29-34]. Lakin bəzi feillərin semantikasından asılı olaraq budaq cümlənin xəbəri ancaq müəyyən formalarda ola bilər. Tabeli mürəkkəb cümlədə baş cümlənin xəbərinin hansı feil forması ilə ifadə olunmasının zaman budaq cümləsinin formalaşmasında rolu böyükdür. Məsələn:



Bunu demək istəyirdi ki, Mirzəcanlı kişilərinin hərəsi bir yana qaçdı (S.Əhmədli).

Cümlənin sonundakı xəbərin şühudi keçmiş zamanda işlənməsi (qaçdı) onu zaman budaq cümləli tabeli mürəkkəb cümlə kimi formalaşdırıb. Bunu Ə. Abdullayev də qeyd etmişdir [5, s. 261]. Yuxarıdakı cümlədə xəbərin əmr, ya da arzu şəklində işlənməsi budaq cümlənin növünü dəyişdirməyə qabildir.



Bunu demək istəyirdi ki, Mirzəcanlı kişilərinin hərəsi bir yana qaçsın

Bunu demək istəyirdi ki, Mirzəcanlı kişilərinin hərəsi bir yana qaça.

Göründüyü kimi, cümlələrin sonundakı xəbərin əmr, ya da arzu şəklində işlənməsi ilə həmin cümlələri məqsəd budaq cümləli tabeli mürəkkəb cümlə formasına salmışdır.

Azərbaycan dilində zaman budaq cümləli tabeli mürəkkəb cümlədə feilin xəbər şəklinin bütün zaman formalarının, o cümlədən əmr və arzu şəkillərinin işləndiyi bədii ədəbiyyat toplanan nümunələr əsasında görmək olur. Məsələn:

Nə vaxt qonaq evdən çıxıb getdi, uşaq xörəyini yeməyə başladı.

Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi.

Lal Hüseyn bu sözü onda dedi ki, Rüstəm kişi maşından düşüb onlara tərəf gedirdi (M.İbrahimov).

Haçan ki, kəndlilərin əkin-biçini başlayır, kənddə heç kəsi tapa bilməzsən.

Nə vaxt Toqata gəldin, atın üzəngisini özüm basıb, səni ona mindirəcəyəm

(“Koroğlu” dastanı).



Nə qədər Cahandar ağa sağdır, kənddə əl-qol aça bilməyəcəkdir (İ. Şıxlı);

Elə ki özünü hazır bildin, heç kimi minnətçi gətirmə, özün gəl imtahan ver (Ə.Vəliyev)

Elə ki təzə paltar geyinib güzgünün qabağında dayanırsan, boyuna tamaşa eləməkdən həzz alıram (Ə.Vəliyev).


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin